İrəvanda aksiya iştirakçıları yeni tələb irəli sürüblər.
Onlar həmçinin ötən il elektrik enerjisi qiymətlərinin qaldırılması ilə bağlı qərara yenidən baxılmasını tələb ediblər. Azvision.az bildirir ki, bu barədə kütləvi aksiya zamanı bəyan edilib.
İndiyədək etirazçıların əsas tələbi iyunun 17-də elektrik enerjisi qiymətlərinin 16% artırılmasının ləğv edilməsi idi. Hökumətin bu addımı insanların kütləvi şəkildə etiraz mitinqinə toplaşmasına səbəb olub. Hazırda mitinqdə 5 mindən çox adamın iştirak etdiyi bildirilir. Havanın yağışlı olmasına baxmayaraq, insanlar meydanı tərk etmir.
* * * 22:55
İrəvanda havanın kəskin pislışməsinə baxmayaraq, elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası davam edir.
Musavat.com xəbər verir ki, güclü yağış və külək Baqramyan prospektindəki aksiyanın iştirakçılarının əzmini qıra bilməyib.
Əksinə, axşam saatlarında aksiya iştirakçılarının sayı artmağa başlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?