İrəvanda Ermənistan Baş Prokurorluğunun qarşısında etiraz aksiyası başlayıb.
Aksiyaçılar Ermənistan Baş prokuroru Artur Davtyanın istefaya getməsini tələb edirlər. Aksiyanın əsas təşkilatçısı aktivist və hüquq müdafiəçisi Vardges Qaspsaridir.
Aksiyaya həmçinin Sasna Çrer qruplaşmasının və həbsdə olan general Samvel Babayanın tərəfdarları da qoşulub.
Artur Davtyan bundan öncə istefa verməyəcəyini açıqlayıb. O, hələlik, Serj Sərkisyanın dövründən bu yana vəzifədə qalan yeganə şəxsdir. Bundan öncə Paşinyanın tərəfdarları onu istefaya səsləyib. Yelk Blokunun deputatı Edmon Marukyan isə rəsmən bu vəzifəyə iddialı olduğunu bəyan edib.
Qeyd edək ki, son 3 gündə İrəvanda aksiyaların növbəti dalğası başlayıb. Ötən gün meriya binasını zəbt edən etirazçılar merin istefa verməsini tələb etmişdilər.
Sorğu
Yeni dizaynımız necədir?