GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədovun “qələmi qırılır”: naziri bitirən şok səbəblər

Ziya Məmmədovun “qələmi qırılır”: naziri bitirən şok səbəblər

Tarix: 29-06-2015, 10:39 Bölmə :Ölkə Baxış: 0
Ziya Məmmədovun “qələmi qırılır”: naziri bitirən şok səbəblər

Tikintisinə 545 milyon 287 min 800 manat xərclənən Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür; nazirin vəziyyətini mürəkkəbləşdirən daha üç səbəb də var…
ziya1Nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Bu barədə yayılan son məlumatların təhlili onu göstərir ki, nəqliyyat nazirinin vəzifədən yola salınması hər an reallaşa bilər. Z.Məmmədov Avropa Oyunları davam edən müddətdə gözlənilməz üç ciddi zərbə alıb. Bunlardan birincisi “Atletlər kəndi”ndə baş vermiş məlum qəza ilə bağlıdır.
“Yeni Müsavat”dakı eksklüziv xəbərlərə görə, bu işlə bağlı açılmış cinayət işinin istintaqı elə bir fakt üzə çıxarıb ki, bu, bir neçə məmurun karyerasına son qoya bilər…
İkinci ciddi zərbə isə “qiyamçı səfir” Arif Məmmədovun müxalifətə “transferidir”. Qovulmuş səfirin ailəsinin və özünün hələ Ziya Məmmədovla yaxın əlaqələrinin olduğu üzə çıxıb. Ziya müəllim hələ Gəncədə işləyən zamanlarda (o, 1989-1991-ci illərdə Gəncə Lokomotiv Deposunun rəisi vəzifəsində işləyib) Arif Məmmədovun atası ilə olduqca yaxın dostluq münasibətləri qurubmuş.
Ziya Məmmədov nazir təyin olunan zaman A.Məmədovun atasını işlədiyi Gəncə Ət Kombinatından işdən çıxarıblar. Ziya Məmmədov dostunu dəstəksiz buraxmayıb. Onu Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinə məsul vəzifəyə gətirib. Zahid Məmmədov xeyli müddət Z.Məmmədovun rəhbərlik etdiyi nazirlikdə məsul vəzifədə çalışıb.
Maraqlıdır ki, A.Məmmədov Abbas Abbasovla yaxınlıq iddialarını təkzib etməyə çalışsa da, Z.Məmədovla bağlı analoji iddiaları cavabsız buraxıb.
Arif Məmmədovun arxasında da sabiq vitse-primyer Abbas Abbasovun durduğu barədə iddialardan sonra isə onun qardaşının Bakıda həbsi, bəzi qohumlarının Gəncədə işdən çıxarılması hakimiyyətin bu məsələdə qəzəbinin və məlumatın dəqiqliyinin dərəcəsini göstərdi. Rüstəm İbrahimbəyovdan 2013-cü il seçkisində hakimiyyətə qarşı “müxalifət” düzəldən A.Abbasovun indi də Arif Məmmədovu ortaya atması iqtidarı daha sərt addımlar atmağa məcbur edib. Bu, A.Abbasovla yaxınlığı olan Z.Məmmədova da bir xəbərdarlıq hesab oluna bilər.
Yeri gəlmişkən, vaxtilə Ziya Məmmədovun ən böyük biznes ortağı olan “Baghlan Gorup”un prezidenti “Hafka” ləqəbli Hafiz Məmmədovun Beynəlxalq Bankdan götürdüyü milyonlarla manat kreditdə nazirin də müəyyən məsuliyyəti olduğu bilinib. Bu, birbaşa imza məsuliyyəti olmasa da, aydındır ki, indi ölkədən qaçdığı deyilən iş adamının Z.Məmmədov kimi şəriki olmasaydı, ona dövlətin bankından milyonlarla manat kredit verilməzdi.
Bir mənbənin iddiasına görə, “Hafka” istintaqı belə bir mesaj göndərib ki, onun bankrot olmasında Məmmədovların da rolu var və bir çox əmlakı keçmiş şərikləri tərəfindən əlindən alınıb və bu səbəbdən borcunu qaytara bilmir. Mümkündür ki, bu, daha çox “Hafka”nın özünü qorumaq cəhdi və ya keçmiş şəriklərinə pislik etmək cəhdi olsun…
Avropa Oyunları bitməmiş daha bir xəbər Z.Məmmədovu mətbuatın diqqətinə gətirib. Mediaya məlum olub ki, Azərbaycanda ən bahalı layihələrdən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət (30 il) istismarda olacağı vurğulanırdı. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin katiblik rəisi Anar Nəcəfli modern.az saytına açıqlamasında bildirib ki, Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir: “Bu çərçivədə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan hissəsində təmir-bərpa işlərinə başlanılıb. Təmir-bərpa işlərinə magistral yolun 74-cü kilometrliyindən start verilib.
Aparılan işlər şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altındadır”.
Maraqlıdır ki, Anar Nəcəfli Quba-Bakı beton yolunun dağılma səbəbini iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib: “Təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 km-lik hissəsində aparılır. Normadan artıq yüklənən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayan yolun hərəkət hissəsinin, daha doğrusu, yolun sağ hərəkət zolağı bərpa olunur.
Bu üzdən həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yaranmış müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi və ”Azəryolservis” ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir”.
Məlumatlara görə, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni beton örtüklü avtomobil yolunun layihələndirilməsi və tikintisinə 2010-cu il – 2 milyon 500 min, 2011-ci il – 90 milyon, 2012-ci il – 40 milyon, 2013-cü il 100 milyon, 2014-cü il üzrə 20 milyon manat ayrılıb.
Daha bir maraqlı fakt “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Nəqliyyat Nazirliyinə həvalə edilmiş tədbirlər siyahısını nəzərdən keçirdiyimiz zaman məlum olub. Həmin proqramda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km hissəsində yenidənqurma işləri görüləcəyi nəzərdə tutulub. Amma Nəqliyyat Nazirliyi, nədənsə, təmir-bərpa işlərinə neftin qiymətinin düşdüyü bir dövrdə başlayıb və magistral yolun 74-cü kilometrliyindən start verib.
Ekspertlərin iddiasına görə, buna səbəb böyük vəsait xərclənərək tikilən yolun tezsıradan çıxmasdıdır. “Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb” iddiası isə ciddi arqument kimi qəbul edilmir. Dövlət büdcəsinə milyonlarla manata başa gələn bu yolun belə tez sıradan çıxması isə Z.Məmmədova, eləcə də bu işdə cavabdeh olan digər məmurlara baha başa gələ bilər…

“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədova daha bir zərbə

    Ziya Məmmədova daha bir zərbə ...

    20-10-2015, 11:14

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Əliyev Ziya Məmmədova olan etimadını itirib

    Əliyev Ziya Məmmədova olan etimadını itirib ...

    6-11-2015, 14:30

  • 
  • Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO

    Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO ...

    11-07-2020, 13:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu