GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədova daha bir zərbə

Ziya Məmmədova daha bir zərbə

Tarix: 20-10-2015, 11:14 Bölmə :Ölkə Baxış: 0
Ziya Məmmədova daha bir zərbə

Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bir qismi də Dövlət Yol Polisinə verildi

Nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Bu barədə yayılan son məlumatların təhlili onu göstərir ki, nəqliyyat nazirinin vəzifədən yola salınması hər an reallaşa bilər.

Ziya Məmmədovun vəziyyətinin gərginləşməsi isə xeyli vaxtdır özünü biruzə verir. Onun hələ Avropa Oyunları davam edən müddətdə gözlənilməz üç ciddi zərbə aldığı bəllidir. Bunlardan birincisi “Atletlər kəndi”ndə baş vermiş məlum qəza ilə bağlıdır.

Bu işlə bağlı açılmış cinayət işinin istintaqı elə bir fakt üzə çıxarıb ki, bu, bir neçə məmurun karyerasına son qoya bilər.

İkinci ciddi zərbə isə “qiyamçı səfir” Arif Məmmədovun müxalifətə “transferidir”. Qovulmuş səfirin ailəsinin və özünün hələ Ziya Məmmədovla yaxın əlaqələrinin olduğu üzə çıxıb. Ziya müəllim hələ Gəncədə işləyən zamanlarda (o, 1989-1991-ci illərdə Gəncə Lokomotiv Deposunun rəisi vəzifəsində işləyib) Arif Məmmədovun atası ilə olduqca yaxın dostluq münasibətləri qurubmuş.

Ziya Məmmədov nazir təyin olunan zaman A.Məmədovun atasını işlədiyi Gəncə Ət Kombinatından işdən çıxarıblar. Ziya Məmmədov dostunu dəstəksiz buraxmayıb. Onu Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinə məsul vəzifəyə gətirib. Zahid Məmmədov xeyli müddət Z.Məmmədovun rəhbərlik etdiyi nazirlikdə məsul vəzifədə çalışıb.

Maraqlıdır ki, A.Məmmədov Abbas Abbasovla yaxınlıq iddialarını təkzib etməyə çalışsa da, Z.Məmədovla bağlı analoji iddiaları cavabsız buraxıb.

Arif Məmmədovun arxasında da sabiq vitse-primyer Abbas Abbasovun durduğu barədə iddialardan sonra isə onun qardaşının Bakıda həbsi, bəzi qohumlarının Gəncədə işdən çıxarılması hakimiyyətin bu məsələdə qəzəbinin və məlumatın dəqiqliyinin dərəcəsini göstərdi. Rüstəm İbrahimbəyovdan 2013-cü il seçkisində hakimiyyətə qarşı“müxalifət” düzəldən A.Abbasovun indi də Arif Məmmədovu ortaya atması iqtidarı daha sərt addımlar atmağa məcbur edib. Bu, A.Abbasovla yaxınlığı olan Z.Məmmədova da bir xəbərdarlıq hesab oluna bilər.

Yeri gəlmişkən, vaxtilə Ziya Məmmədovun ən böyük biznes ortağı olan “Baghlan Gorup”un prezidenti “Hafka” ləqəbli Hafiz Məmmədovun Beynəlxalq Bankdan götürdüyü milyonlarla manat kreditdə nazirin də müəyyən məsuliyyəti olduğu bilinib. Bu, birbaşa imza məsuliyyəti olmasa da, aydındır ki, indi ölkədən qaçdığı deyilən iş adamının Z.Məmmədov kimi şəriki olmasaydı, ona dövlətin bankından milyonlarla manat kredit verilməzdi.

Bir mənbənin iddiasına görə, “Hafka” istintaqı belə bir mesaj göndərib ki, onun bankrot olmasında Məmmədovların da rolu var və bir çox əmlakı keçmiş şərikləri tərəfindən əlindən alınıb

və bu səbəbdən borcunu qaytara bilmir. Mümkündür ki, bu, daha çox “Hafka”nın özünü qorumaq cəhdi və ya keçmiş şəriklərinə pislik etmək cəhdi olsun...

Avropa Oyunları bitməmiş daha bir xəbər Z.Məmmədovu mətbuatın diqqətinə gətirib. Mediaya məlum olub ki, Azərbaycanda ən bahalı layihələrdən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət (30 il) istismarda olacağı vurğulanırdı.

Məlumatlara görə, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni beton örtüklü avtomobil yolunun layihələndirilməsi və tikintisinə 2010-cu il - 2 milyon 500 min, 2011-ci il - 90 milyon, 2012-

ci il - 40 milyon, 2013-cü il 100 milyon, 2014-cü il üzrə 20 milyon manat ayrılıb.

Daha bir maraqlı fakt “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Nəqliyyat Nazirliyinə həvalə edilmiş tədbirlər siyahısını nəzərdən keçirdiyimiz zaman məlum olub. Həmin proqramda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km hissəsində yenidənqurma işləri görüləcəyi nəzərdə tutulub. Amma Nəqliyyat Nazirliyi, nədənsə, təmir-bərpa işlərinə neftin qiymətinin düşdüyü bir dövrdə başlayıb və magistral yolun 74-cü kilometrliyindən start verib.

Ekspertlərin iddiasına görə, buna səbəb böyük vəsait xərclənərək tikilən yolun tez sıradan çıxmasdıdır. “Ağır tonnajlı avtomobillər yolu

sıradan çıxarıb” iddiası isə ciddi arqument kimi qəbul edilmir. Dövlət büdcəsinə milyonlarla manata başa gələn bu yolun belə tez sıradan çıxması isə Z.Məmmədova, eləcə də bu işdə cavabdeh olan digər məmurlara baha başa gəlməkdədir.

Belə ki, son günlər nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafı ilə bağlı baş verənlər onun “vurulması” prosesinin son mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bölüşdürülməsinin sürətlənməsi, Z.Məmmədovun “biznes imperiyası”nın sökülməsi elə vəziyyət yaradıb ki, o, hakimiyyət piramidasında statusunu itirəcək. Beləliklə, çox ciddi əsaslara söykənərək söyləmək olar ki, daha bir oliqarx əfsanəsi bitmək üzrədir.

Bu əfsanə isə daha çox onun nazir təyin olunması ilə başlamışdı. Nazir təyin olunduqdan sonra Z.Məmmədov özünün biznes imperiyasını yaratmağa başladı. “Qarant” holdinqə çevrilən ZQAN” holdinq quruldu. Lyuks otellər şəbəkəsi yaradıldı, Məmmədovların tikinti biznesi çiçəklənməyə başaldı, "Bank of Baku" quruldu. Nəqliyyat biznesi tamamilə onun nəzarətinə keçdi. Bakı Beynəlxalq Avtovağzal Kompleksi tikildi. Qardaşı Elton Məmmədov deputat oldu. Nəqliyyat Nazirliyi dövlət budcəsindən infrastrukur layihələri üçün ən çox pul alan qurumlardan birinə çevrildi. “Dövlət Dəmir Yolu” QSC-də Z.Məmmədovun nəzarətinə keçdi. “Azəyolservis” ASC-də nəqliyyat nazirinin kölgəsi altında işləyirdi. Onun keçmiş iş yoldaşları Arif Əsgərov “Dövlət Dəmir Yolu” QSC-nin sədri, Musa Pənahov öz müavini, Cavid Qurbanov “Azəyolservis” ASC-yə rəhbər təyin edildi. Hafiz

Məmmədov çox böyük holdinq qurdu və milyonçu oldu.

Artıq bütün bunlar geridə qalıb və keçmiş dəmiryolçu üçün uzun müddət yanan “yaşıl işıq”dan sonra “sarı işıq” yanıdırılıb. Böyük ehtimalla o, indi ömür qatarının hansı xəttə yönləndiriləcəyini gözləməkdədir...

Bir gün öncə isə prezidentin Fərmanı ilə isə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib. Hüquqşünasların fikrincə, İnzibati Xətalar Məcəlləsinin (İXM) tətbiqinə dair Fərmana edilən dəyişikliyə əsasən, əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların baxdığı bəzi inzibati xətalara dair işlərə bundan sonra Dövlət Yol Polisi baxacaq. Baxılmas səlahiyyəti Nəqliyyat Nazirliyindən alınaraq Dövlət Yol Polisinə verilən inzibati xətalar əsasən aşağıdakılardır:

– “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi (İXM-in 150-2.1.2-ci maddəsi);

– sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi (İXM-in 150-2.1.7-ci maddəsi);

– avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması (İXM-in 150-3-cü maddəsi);

– xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması (İXM-in 150-4-cü maddəsi);

– avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar (İXM-in 163-cü maddəsi);

– iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması (İXM-in 163-1-ci maddəsi);

– avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması (İXM-in 163-1-ci maddəsi) və bəzi başqa xətalar.

Sadalanan xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək bundan sonra Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Bu yeniliyin təcrübədə tətbiqi xeyli maraqlı məqamlar vəd edir. Bu o deməkdir ki, məsələn, bundan sonra yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət

Yol Polisi yoxlayacaq. Eləcə də yollarda ağırçəkili avtomobillərin kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol Polisi tərəfindən istifadə olunacaq və kütlə parametrlərini pozan sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunacaq.

Başqa sözlə, bundan sonra taksilərin, yük avtomobillərinin və sərnişin avtobuslarının fəaliyyətinə həm sərnişin və yükdaşıma qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət edəcək. Amma bundan ötəri müəyyən təşkilati və qanunvericilik işləri həyata keçirilməlidir. Hər halda, bu işin sonrakı gedişi yaxın gələcəkdə bəlli olacaq.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun “qələmi qırılır”: naziri bitirən şok səbəblər

    Ziya Məmmədovun “qələmi qırılır”: naziri bitirən ...

    29-06-2015, 10:39

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədovun qoçuları qəza törətdi

    Ziya Məmmədovun qoçuları qəza törətdi ...

    22-01-2015, 23:42

  • 
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu