GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Polis şöbəsində narkomanlarla dəhşətli işgəncələr

Polis şöbəsində narkomanlarla dəhşətli işgəncələr

Tarix: 1-07-2015, 06:27 Bölmə :Ölkə Baxış: 0
Polis şöbəsində narkomanlarla dəhşətli işgəncələr

Təqsirləndirilən şəxs: “Hədə-qorxu gələrək, narkotik vasitələrin mənə məxsus olmasını etiraf etməyi tələb ediblər”

Narkotik və silah gəzdirməkdə təqsirli bilinən Ceyhun Cəbrayılov, Seyfəddin Əliyev və Sərdar Şirinovun cinayət işi üzrə keçirilən məhkəmə iclasında işgəncə faktları açıqlanıb. Xaçmaz rayon Məhkəməsində aparılan araşdırmalar zamanı təqsirləndirilən şəxslər polis tərəfindən şərləbndiklərini, içgəncə altında etiraf edici ifadələr aldıqlarını deyiblər.

İstintaqın gəldiyi nəticəyə görə, 22 mart 2014-cü il tarixdə Xaçmaz şəhər sakinləri Ceyhun Cəbrayılov, Seyfəddin Əliyev və Sərdar Şirinov Xaçmaz rayon polis şöbəsinə gətiriliblər. Onların üstündə axtarış aparılarkən Ceyhun Cəbrayılovun əynində olan gödəkçənin cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, cəmi, 21,13 qram çəkidə narkotik vasitə hesab olunan tiryək, Sərdar Şirinovdan 0,16 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Seyfəddin Əliyevdən isə 0,539 qram çəkidə narkotik vasitə heroin aşkar edilib.

Bundan başqa, həmin tarixdə Ceyhun Cəbrayılovun idarə etdiyi VAZ-2110 markalı avtomobildə “F-1” əl qumbarasının gövdəsi və gövdənin partladılması üçün istifadə edilən “UZRQM” alışdırıcısı da aşkarlanıb. Ceyhun Cəbrayılov həmin silah-sursatı üzərində gəzdirməsi müəyyən edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham ediliblər. Onların barəsində olan cinayət işi baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

“Heç bir yerdə işləməmişəm”

Hakim Füzuli Mirzəquliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Ceyhun Cəbrayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, ailəsi ilə birlikdə Xaçmaz şəhərində yaşayıb: “Rəsmi olaraq heç bir yerdə işləməmişəm. 2009-cu ildə Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə 4 il 6 ay azadlıqdan məhrum edilmişəm.

5 dekabr 2013-cu ildə cəzamın çəkərək azadlığa buraxılmışam. Azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmişəm. Xaçmaz şəhər sakinləri Sərdar Şirinovu, Seyfəddin Əliyevi və Cavid İsmayılovu uzun müddətdir tanımışam. Seyfəddin Əliyevlə 4 il bir yerdə Xaçmaz dəmiryol vağzalındakı qatarlarda fəhlə işləmişəm, Sərdar Şirinovu isə uzun müddətdir ki, tanımışam. Cavid İsmayılov isə qonşuluğumda yaşayıb”.

“Etiraf etdim ki, tiryək mənə məxsusdur”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 22 mart 2014-cü il tarixdə qardaşı Rüstəmə məxsus VAZ-21010 markalı avtomobillə Xaçmaz şəhərində olarkən qonşusu Cavid, tanışları Sərdar və Seyfəddinlə görüşüb: “Təxminən 16 radələrində bir yerdə çay içməyə getmək üçün Cavid, Sərdar və Seyfəddin idarə etdiyim avtomobilinə əyləşdilər. Əvvəl avtomobilə yanacaq vurmaq üçün Qımıl kəndinə dönən yerdə yolun üstündəki yanacaqdoldurma məntəqəsinə sürdüm. Orada olarkən mülki geyimdə olan üzdən tanıdığım polis əməkdaşları bizə yaxınlaşdı. Polis əməkdaşları zor tətbiq edərək, bizi polis şöbəsinə gətirdilər. Polis şöbəsində üstümə baxış keçirilməsi barədə məlumat verdilər. Məni polis şöbəsində kabinetlərin birinə apardılar, sonra ora üç nəfər şəxsi hal şahidi kimi dəvət etdilər. Hal şahidləri gələndən sonra üstümdə nə varsa stolun üstünə qoymağı təklif etdilər. Cibimdə olan qatlanan cib bıçağını, 2 ədəd 1 manatlıq pul əskinazlarını stolun üstünə qoydum. Baxış zamanı polis əməkdaşları cibimə iki büküm qoyublar. Bunların narkotik vasitə olduğunu bilmişəm və buna etiraz etmişəm. Lakin polis əməkdaşları hədə-qorxu gələrək, narkotik vasitələrin mənə məxsus olmasını etiraf etməyi tələb ediblər. Məcbur etiraf etdim ki, içərisində tiryək olan bükümlər mənə məxsusdur. Protokol yazılarkən bildirdim ki, bədənimdə ağrılar olduğundan narkotik vasitə tiryəkdən istifadə edirəm, həmin tiryəki 3-4 gün əvvəl Bakı şəhərindən gələrkən Şamaxinka adlanan yerdən küçədən tapmışam və həmin vaxtdan üstündə qalıb. Üstümdə aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə olan tiryək elektron tərəzidə çəkilib və kağız zərfə qoyularaq qablaşdırılıb”.

“Nə narkotik vasitə, nə də qumbara mənə məxsus deyil”

Ceyhun Cəbrayılov qeyd edib ki, üstündə olan cib bıçağı da zərfə qoyularaq qablaşdırılıb və möhürlənib. Onun sözlərinə görə, həmin bıçaq uzun müddətdir onların evində olub: “Həmin bıçağı avtomobildə nasazlıq olanda təmir zamanı lazım olduğu üçün götürmüşəm. Üstümə baxış keçirilməsi barədə protokol tərtib olunub, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra mən və baxışda hal şahidi kimi iştirak edən üç nəfər şəxs protokolu, üstümdə aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəkin və cib bıçağının qablaşdırıldığı kağız konvertlərin üzərində imza

etdik. Bundan sonra mən və həmin 3 nəfər hal şahidi kimi dəvət olunmuş şəxslərin iştirakı ilə idarə etdiyim VAZ 2110 markalı avtomobilə baxış keçirildi. Baxış zamanı sürücü əyləşən oturacağın altından 1 ədəd salafan bükülü aşkar olundu. Həmin bükülünün içərisində kağıza bükülmüş yaşıl rəngli F-1 markalı qumbaraya oxşar dəmir kütlə aşkar edildi. Amma həmin F-1 əl qumbarası mənə məxsus olmayıb. Həmin qumbaranın kimin tərəfindən avtomobilə qoyulmasından məlumatım olmayıb. Həmçinin əl-qumbarasının büküldüyü sellofana əlim dəyməyib. Buna görə barmaq izlərinin haradan götürülməsi, sellofan torba üzərində barmaq izlərinin haradan peyda olması mənə məlum olmayıb. Bundan başqa avtomobildən 1 ədəd mənə məxsus Nokia markalı mobil telefon və avtomobilin barından isə özümün istifadə etdiyim 1 ədəd “Belamorkanal” siqareti aşkar olunaraq götürülüb. Həmin əl qumbarasına oxşar dəmir kütlə və 1 ədəd “Belomorkanal” siqareti ayra-ayrı kağız konvertdə qablaşdırılaraq mohürlənib. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunub. Həmin protokol ucadan oxunduqdan sonra imza edərək təsdiq etmişəm. Ancaq nə narkotik vasitə, nə də qumbara mənə məxsus deyil. Onlar polis əməkdaşları tərəfindən üstümə və maşınıma qoyulub”.

“Polislər bizə xəsarət yetirdi”

Digər təqsirləndirilən Seyfəddin Əliyev də elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Xaçmaz şəhərində yaşayıb, həbs olunana kimi heç yerdə işləməyib. Seyfəddin Əliyevin sözlərinə görə, 2011-ci ildə Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin n 234.1-ci maddəsi ilə təqsirli bilinib və 3 il azadlıqdan məhrum edilib: “2013-cü ilin dekabr ayında cəzamı başa vuraraq azadlığa çıxmışam. Azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmişəm. Xaçmaz şəhər sakinləri Sərdar Şirinovu, Ceyhun Cəbrayılovu və Cavid İsmayılovu uzun müddətdir tanıyıram, onlarla yaxın münasibətlərim olub. Martın 22-də Ceyhun, Cavid və Sərdarla görüşərək Xaçmaz şəhərində çay içməyə getdik. Ceyhun əvvəl avtomaşına yanacaq vurması üçün Qımıl yolunda yerləşən yanacaqdoldurma məntəqəsinə girdi. Orada bizi polis əməkdaşları saxladı. Polislər bizi döyərək, xəsarət yetirdilər və polis şöbəsinə apardılar. Polis Şöbəsində biz bir-birimizdən ayrıldıq”.

“Təqsirim yoxdur”

Seyfəddin Əliyevin sözlərinə görə, polis əməkdaşları onun şalvarının cibinə iki ədəd siqaret kağızı bükümü qoyublar: “Bunun narkotik vasitə olduğunu bilmişəm və etiraz etmişəm. ,Lakin polis əməkdaşları zorla üzərimdə axtarış aparıblar. Beləliklə, əynimdəki şalvarın cibindəki bir manatı, iki ədəd siqaretin kağızına bükülmüş heroini,

gödəkçəmin cibindəki Nokia markalı mobil telefonu və alışqanı çıxardılar. Məcbur olaraq bükümlərin içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini 3-4 gün əvvəl bazara gedərkən küçədən tapdığımı və özüm istifadə etdiyim üçün cibimdə saxladığımı dedim. Polis əməkdaşları məni saxlayarkən xəsarət yetiriblər. Lakin polis əməkdaşlarının təzyiqi ilə xəsarəti yıxılarkən aldığım barədə izahat vermişəm. Mənim heç bir təqsiri yoxdur. Əvvəllər də heç bir günahı olmadan cinayət məsuliyyətinə cəlb edilmişəm və barəmdə bəraət verilməsini istəyirəm”.

“Nəşənin mənə məxsus olduğunu etiraf etməyi bildirdilər”

Sərdar Şirinov da ittiham üzrə təqsirli bilməyərək bildirib ki, Ceyhun Cəbrayılov və Seyfəddin Əliyevlə birlikdə olduqları zaman polis əməkdaşlarının hücumuna məruz qalıb. Onun sözlərinə görə, polis şöbəsinə aparılıb və orada üzərinə baxış keçirilib: “Baxış zamanı 200 manat və ə 1 ədəd sellofan bükülünü çıxarılıb. Mənə həmin bükülüdəkinin nəşə olduğunu dedilər. Polis əməkdaşları həmin nəşənin özümə məxsus olmasını etiraf etməyimi bildirdilər. Məni hədələdilər ki, əgər həmin narkotik vasitənin özümə məxsus olmasını etiraf etməsəm, əlavə iki kibrit qutusu nəşəni də üstümdən tapacaqlar. Bu səbəbdən həmin narkotik vasitənin mənə məxsus olmasını etiraf etmişəm və guya bazar ətrafından tapdığını göstərmişəm. Baxış zamanı polis əməkdaşları cibinə qoyduqları nəşəni və 200 manat pulu ayrı-ayrı kağız zərflərə qoyaraq qablaşdırdılar. Əslində narkotik vasitə qəbul etmirəm və narkotik vasitəni üzərimə polis əməkdaşları atıblar. Ona görə də barəmdə bəraət verilməsini xahiş edirəm”.

Məhkəmənin hökmü ilə Ceyhun Cəbrayılov 4 il 6 ay, Seyfəddin Əliyev 2 il 4 ay, Sərdar Şirinov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb.

    Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb. ...

    13-01-2016, 12:47

  • 
  • Göygöldə 2 narkotik istifadəçisi saxlanılıb

    Göygöldə 2 narkotik istifadəçisi saxlanılıb ...

    2-06-2018, 11:50

  • 
  • Narkotik daşıyan dəstə tutuldu

    Narkotik daşıyan dəstə tutuldu ...

    21-12-2012, 14:08

  • 
  • Narkotik alverçisi tutuldu

    Narkotik alverçisi tutuldu ...

    30-03-2016, 10:42

  • 
  • Külli miqdarda narkotik və silah götürülüb

    Külli miqdarda narkotik və silah götürülüb ...

    5-02-2018, 15:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu