Bakıda sevdiyi qızla məhəllədə öpüşdüyünə görə onu öldürən gəncin fotolarını əldə etmişik. Axar.az-ın əməkdaşı cinayəti törədən Kamran Həsənzadənin Feysbuk səhifəsini tapıb. Kamranın şəkillərdən dindar olduğu görünür və onun əqidə dostları müxtəlif rəylər yazıblar. Qatilin dostları ona azadlığa çıxmağı arzulayıblar və bu əməlini dolayısı ilə namus, qeyrətin təmizlənməsi kimi təqdim ediblər. Öldürülən 25 yaşlı Nazim Ələkbərovun sevgilisi Aysel isə milli.az-a baş verənlər barədə yazıb: "Nazimin sevdiyi qız mənəm və o, məni ötürən zaman öldürülüb. Əzabdan ölürəm. Bizi bu dünyada ayırdılar. İki ay yarım idi ki, bir-birimizi görmürdük. Mənə zəng etdi ki, gəl səni görüm. Bulvarda oturduq, əlimi ürəyinin üstünə qoydu və dedi ki, bax Aysel sən burdasan. Sonra gətirib evdə düşürdü məni. Dedim ki, sən get, mən özüm gedərəm, amma sözümə baxmadı. Biz blokda öpüşmədik. Yalan deyirlər. Sadəcə, onu qucaqlayıb evə getdim, 20 dəqiqə sonra eşitdim ki, bıçaqlayıblar. Nazimlə bir-birimizi çox sevirdik. Anası qoymur qəbrinə gedim. Dirisindən ayırdılar, ölüsündən də. Nazim, səni çox sevirəm, o dünyada görüşərik". Xatırladaq ki, N.Ələkbərovun sevdiyi qızı məhəlləsində ötürüb, sağollaşarkən öpüşdüyü bildirilir. Qız gedən kimi həmin məhəllədə yaşayan 24 yaşlı Kamran Həsənzadə onun qarşısını kəsib. Məhələdə öpüşməyi ona irad bildirərək qətlə yetirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?