Sevdiyi qızın anasını öldürən şəxsin məhkəməsi başlayıb. 1989-cu il təvəllüdlü Samir Hacıəliyev hakim qarşısına çıxarılıb.
S.Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilib. Məhkəmədə məhrum Gülnaz Sultanovanın anası Leyla Ələkbərova mülki iddia qaldırıb. L.Ələkbərova Samir Hacəliyevdən 10 min manat maddi, 15 min manat mənəvi zərərin tutulmasını istəyib. Məhkəmə mülki iddianı qəbul etməyib.
Prosesdə mərhumun qızı Reyhan Fərzəliyeva da eyni tələblə mülki iddia qaldırıb. Hakim bu mülki iddianı icraata qəbul edib. İttihama görə, Samir Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Məlum olub ki, Samir Hacıəliyevin Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun Gülnaz Sultanova ilə də sevgu münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnaz Sultanova onu söyərək təhqir edib. Mübahisə qətllə nəticələnib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Samir Hacıəliyev özünü qismən təqsirli bilib.
O, bildirib ki, hadisə baş verən günü evdə olub və Gülnaz onun anasına zəng edib: "Məni pis söyüşlərlə söyüb. Görüşəndə mübahisə elədik, vurdum".
Təqsirləndirilən şəxs qətlə yetirdiyi şəxsin qızı ilə sevgi münasibətləri yarandığını deyib: "Mən onlara gedib-gəlməyə başladım. Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevib, ona dedim ki, məndən əl çək, ayıbdır. Gülnaz məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini deyirdi. Deyirdi ki, məni sevməsən qızımı öldürəcəm".
Təqsirləndirilən şəxs bildirib ki, mərhum Gülnaz Sultanova ilə aralarında münasibət olmayıb.
Hadisədən bir gün əvvəl mərhumla görüşməsini belə izah edib: "Gülnazla yeyib-içdik. Sonra məndən əl çəkməsini istədim. Dedi ki, ya mənim olmalısan, ya da səni öldürəcəm. Ona dedim ki, nəyəm ki, sənin olum? Sonra Gülnaz evlərinə getdi. Onunla görüşməkdə məqəsədim məndən əl çəkməyini istəmək idi".
Təqsirləndiriləm Samir Hacıəliyev bildirib ki, mərhuma cəmi bir balta zərbəsi vurub. Əməlindən peşman olduğunu deyən S.Hacıəliyev bildirib ki, Reyhanla sevgi münasibətləri qarşlıqlı olub: "İnanırdım ki, həmin qız da məni sevir. Əvvəllər qız bizdə qalıb. Anası onu öldürmək istiyirdi. Qızı bizdə üç gün qalıb, qız mənə deyirdi ki, Samir anamı evə buraxma. Mən də onu evə buraxmırdım. Məni tutdurmaqla hədələyirdi, amma polisə şikayət etməyib".
Təqsirləndirilən şəxs sonradan bildirib ki, mərhum Gülnaz Sultanova ilə münasibətləri olub: "Bizim bu münasibətləri heç kim görməyib. Bu hadisədən bir neçə gün əvvəldə Gülnazla cinsi əlaqədə olmuşam. Onunla iki dəfə cinsi əlaqədə olmuşam".
Samir Hacıəliyev deyib ki, Gülnazın qızı ilə münasibətləri pozulandan sonra Tatyana adlı qızla tanış olub: "Tatyana ilə tanış olandan sonra Gülnaz məni qısqanırdı".
Məhkəmə prosesində qətlə yerilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, Bakıda işləyən zaman S.Hacıəliyevin ona zəng etdiyini bildirib: "Mənimlə tanış olmaq istədiyini söylədi. Dedim elçi göndər. Rayona gələndə də onunla danışdım. Lakin bizə elçi göndərmədi. Bu barədə anama danışdım. Sonra münasibəti kəsmək istədim. Samir əl çəkmədi, mənə və anama zəng edirdi. Anamla mübahisə edəndən sonra Samirgilə getdim. Orada qaldım. Səhər anam gəldi və mənim evə qaytmağımı istədi. Qayıtmadım, üç gün onlarda qaldım. Həmin vaxtlar mənimlə kobud davranırdı. Anama zəng edəndə telefonu yerə çırpdı. Samir içkili idi. Sonra anamla danışıb, məni aparmasını istədim. Anam gəldi. Lakin Samirin anası getməyimi istəmədi. Anamla evimizə getdim. Samir sonra məni evlərinə aparmaq istədi, razı olmadım. O, çıxıb getdi. Ona bizdə alınmadığını söylədim".
O, dörd il ərzində sevgilisi olan S.Hacıəliyevin anası ilə münasibətlərinin olduğunu ifadə edib: "Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununa bağlı maraqlandım. Mənə dedilər ki, "onların münasibətləri var, guya sən bilmirsən?" Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur. Amma ona inanmadım".
Məhkəmənin növbəti iclası avqustun 29-na təyin edilib./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?