Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Qeyd edək ki, qətl keçən il oktyabrın 3-də Xəzər rayonu Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranan mübahisə zəminində həmyerlisi Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb. Asif Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.
Asif Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Sorğu
Yeni dizaynımız necədir?