GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Beynəlxalq Bankda saxta brilyant... - Bir neçə nəfər vəzifəsini, hətta azadlığını itirəcək

Beynəlxalq Bankda saxta brilyant... - Bir neçə nəfər vəzifəsini, hətta azadlığını itirəcək

Tarix: 2-07-2015, 14:36 Bölmə :Ölkə Baxış: 0
Beynəlxalq Bankda saxta brilyant... - Bir neçə nəfər vəzifəsini, hətta azadlığını itirəcək

Avropa Oyunlarından sonra Beynəlxalq Bank işi ilə bağlı iqtidarın yeni qərarlar verəcəyi xəbərləri təsdiqlənir. Məlumatlara görə, iqtidar Beynəlxalq Banka rəhbərliklə bağlı bütün namizədləri nəzərdən keçirir və bugünlərdə son qərarı verəcək. Məlum olub ki, İdarə Heyətinə rəhbərliyin “PAŞA Bank”ın sabiq rəhbəri Fərid Axundova həvalə edilməsi baş tutmayıb.

gundemxeber.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, bankın rəhbərliyinin F.Axundova həvalə edildiyi Cahangir Hacıyevin istefasından bir neçə gün sonra-aprel ayının 2-dən yayılmışdı. F.Axundovun Beynəlxalq Banka sədr təyin edilməsi barədə xəbəri hətta “PASHA Bank”dan da təsdiqləmişdilər. Bu həftə isə “PASHA Bank”da Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr vəzifəsi öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımova həvalə edilib. Maraqlıdır ki, F.Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam edəcək. Bu isə o deməkdir ki, F.Axundovun Beynəlxalq Banka rəhbərlik edə biləcəyi iddiası nöqtələnib. Beynəlxalq Bankın səhmdarlarının toplantısının keçirilməsi artıq 4 aya yaxındır ki, yubanır.

Qeyd edək ki, “Banklar haqqında” Qanunun tələblərinə əsasən, İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aiddir. İdarə Heyətinin sədri vəzifəsini isə hələ də müvəqqəti olaraq Emil Mustafayev icra edir. O isə Beynəlxalq Bankda kredit qalmaqalı ilə bağlı başlanmış istintaqda əsas rol oynayır və borclu oliqarxlarla bağlı bank sənədlərinə məsuldur.

***

Beynəlxalq Bank işi ilə bağlı daha bir sensasion məlumat banka rəhbərlik uğrunda mübarizə aparanlardan birinin xanımının məlum millətdən olması ilə bağlıdır. Qəzetin redaksiyasına verilən xəbərə görə, araşdırma zamanı bankın rəhbərliyində çalışanlardan birinin elə bankda işləyən xanımının anasının məlum millətindən olduğu üzə çıxıb. O da məlum olub ki, həmin rəhbər şəxsin Moskvada yaşayan və bank sistemində çalışan ermənilərlə sıx əlaqələri varmış. Maraqlıdır ki, məhz banka rəhbərlik uğrunda mübarizə aparanlar sırasında həmin adamın da adı çəkilirdi.

Xəbərə görə, bankın filiallarında da bir müddətdir ki, ciddi araşdırma gedir. Məlumdur ki, əvvəllər Beynəlxalq Bankın baş direktoru olan, daha sonra bankın Dubay şöbəsinə rəhbərlik edən Adil Hüseynov (“Qara polkovnik” Fətullah Hüseynovun oğlu) ötən ay Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs edilib. A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. A.Hüseynov Beynəlxalq Bankın Dubay şöbəsi üzərindən yüz milyonlarla dolların müxtəlif şirkətlərə kredit kimi verilməsini təşkil etməkdə ittiham olunur. Həmin kreditlər isə geri qaytarılmayıb. Bu məbləğ 318 milyon dollardır...

Bankın Gəncə filialında da araşdırma başlanması barədə xəbərlər yayılıb. Gəncə filialının müdiri Sabit Fətizadə maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin qardaşı oğludur. Xəbərlərdə deyilir ki, bank rəhbəri brilyanta oxşar daşları brilyant adı ilə rəsmiləşdirib, Beynəlxalq Banka girov qoyaraq qohumlarının adına külli miqdarda kredit götürüb (qafqaznews.az). Bu yolla əlində milyonlarla pul cəmləşdirən Sabit Fətizadə Gəncə və Bakı şəhərlərində xeyli sayda mülk sahibi olub. Onun bu posta təyinatında əmisinin böyük rolu olduğu iddia edilir. Gəncə filialında yoxlama başladığı və yoxlamaya gələnlərin S. Fətizadəni yaxına buraxmadıqları da iddia olunur.

İddialara görə, S.Fətizadənin Çexiyada hoteli belə var. Çexiyadakı hoteli ilə maraqlanmaq üçün filial müdiri hər üç aydan bir Avropaya gedirmiş. Bu iddialarla bağlı bankın Gəncə filialına zəng etsək də, heç kimlə əlaqə yarada bilmədik.

Qeyd edək ki, İlqar Fətizadənin kürəkəni Elmir Həbibullayev də Beynəlxalq Bankda fiziki şəxslərlə iş üzrə məsul baş direktordur. Eyni zamanda, fiziki şəxslərə kreditlərin verilməsi onun nəzarəti altında həyata keçirilir. Elmir Həbibullayev Cahangir Hacıyevin ən yaxın adamlarından biri olub. Uzun müddət kredit komitəsinin sədri vəzifəsində çalışıb. İri kreditlərin rəsmiləşdirilməsi onun nəzarəti altında aparılıb. Cahangir Hacıyevin biznesinin kreditləşməsinin icrasına da birbaşa o nəzarət edib.

Nazir müavini İ.Fətizadənin adı son vaxtlar medianın gündəmə tez-tez gəlir. Hələ AXC iqtidarı dövründə - 1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini işləmiş İ.Fətizadə həmin ilin dekabr ayında Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1999-cu ildən isə maliyyə nazirinin birinci müavinidir.

Heydər Əsədovun kənd təsərrüfatı naziri təyinatından sonra İ.Fətizadə Hesablama Palatasının sədri olmaq istəyirmiş. Amma maliyyə naziri Samir Şərifova yaxınlığı ilə tanınan nazir müavininin namizədliyinə yuxarıdan “yox” deyildi. Və bu vəzifəyə Vüqar Gülməmmədov təsdiqləndi. İ.Fətizadənin baş nazir Artur Rəsizadənin yaxın qohumu olduğu barədə də xəbərlər var. Onun məhz A.Rəsizadənin dəstəyi sayəsində yüksək vəzifə tutduğu deyilir.

Belə görünür ki, Beynəlxalq Bank işi artıq iri fiqurlara çatıb və araşdırmaların sonunda bir neçə nəfər vəzifəsini, hətta azadlığını belə itirəcək...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir?

    Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov ...

    22-07-2015, 13:40

  • 
  • Beynəlxalq Banka yeni sədr təyin olundu

    Beynəlxalq Banka yeni sədr təyin olundu ...

    2-04-2015, 17:16

  • 
  • “PAŞA Bank”ın İdarə Heyətinin sədri təyin edilib

    “PAŞA Bank”ın İdarə Heyətinin sədri təyin edilib ...

    10-06-2022, 17:50

  • 
  • “Amrah Bank”ın rəhbərliyində dəyişiklik olub

    “Amrah Bank”ın rəhbərliyində dəyişiklik olub ...

    8-01-2019, 11:18

  • 
  • Beynəlxalq Bankda təftiş – Cahangir Hacıyevə zərər ödətdirmək istəyirlər

    Beynəlxalq Bankda təftiş – Cahangir Hacıyevə ...

    1-05-2015, 11:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (225)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu