Məlumata görə, hadisə Xəzər rayonu ərazisindəki çimərlikdə baş verib. Dəniz kənarında, əraziyə nəzarət olunmayan hissədə çimərkən 1986-cı il təvəllüdlü Mehman Şakir oğlu Xanəliyev batıb. Bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə məlumat verilib.
Məlumat daxil olan kimi hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Xilasedicilər Mehman Xanəliyevin cəsədini çimərliyə ən yaxın xilasetmə məntəqəsindən 35 km aralı, nəzarətsiz ərazidə taparaq sudan çıxarıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?