Beş cinayət və 4 milyon dollarlıq silsilə oğurluqda ittiham olunan Bosniya və Herseqovinanın keçmiş gözəli Slobodanka Tosic Xorvatiyada tutulub.
gundemxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 32 adamın axtarıldığı “Operation doll” əməliyyatı çərçivəsində həbs olunan model ölkəsi Bosniyaya təhvil verilib.
Ortağı Darko Elez ilə birlikdə ömürlük həbs cəzası alacağı deyilən Tosic Serbiyada “Survivor” yarışmasında iştirak etib.
Qeyd edək ki, “Playboy”a verdiyi pozalarla tanınan model aralarında Djordje Zdralenin də olduğu məşhur mafiya rəhbərləri ilə yaşadığı münasibətlərlə tez-tez gündəmə gəlib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?