Müğənni Səidə Sultan "Space” kanalından qovulmasına sərt reaksiya verib. "Qafqazinfo” xəbər verir ki, o bu barədə instagram hesabında yazıb:
"Mən bir şeyi başa düşə bilmirəm. O tərbiyədən, qeyrətdən danışan bəsdirin də. Elə ən böyük əxlaqsız, cındır da sizsiniz. Çünki sizin kimilər əxlaqdan danışır. Kimdə nə yoxdur, ondan danışır. Özü də maskalanıb, min hoqqa çıxardan binamuslar. Demişəm cıraram? Əcəb eləmişəm, demişəm. Nə oldu pula satılan fahişələr, başqalarına gücünüz çatmadı? Bilin və agah olun, mən bu Səidəyəm. Məni Allahdan başqa heç kim dəyişə bilməz. O ki qaldı qullara, Allah pis insanların bəlasını versin. Amin! Bu mübarizədir, axıra qədər aparacam və heç kimə əyilməyəcəm! Mən Səidəyəm! Bəyənən bəyənsin, bəyənməyən də mənim olmayan oğlumun! Mənim sənətimi heç kəs almayıb, ala da bilməz. O yol kəsənlər qoy yolumu kəsməkdə olsunlar. Kimə xoş deyil, baxmasın. O xalq xalq deyənlər də dilini qoysun qarınlarına, xalqı təhqir edən olmayıb. Belə xalq dərdi çəkən çaqqallara desələr ki, Qarabağı almaq lazımdır, qaçıb arvad tumanı altında gizlənəcəklər. Məni mən kimi sevənləri də çoxlu-çoxlu öpürəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?