GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda xakerlərə hökm oxundu – 41 il həbs cəzası

Azərbaycanda xakerlərə hökm oxundu – 41 il həbs cəzası

Tarix: 7-07-2015, 09:00 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda xakerlərə hökm oxundu – 41 il həbs cəzası

Onlar cinayət başında yaxalanıblar.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kompüterlərlə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başa çatıb.

gundemxeber.az xəbər verir ki, lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının hökmü ilə Fərid Hadıyev 10 il, Yaşar Ələkbərov və Rinat Aqarunov 9 il 6

ay, Nasir İbrahimov 6 il 6 ay, Fərrux Bayramov və Nair İfrahimov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank

hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib.

Hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya

Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin

əmlakını gizli olaraq talama), 271.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompyuter sisteminə qanunsuz daxil olma) və 272.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompüter sistemində məlumatları

qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb.

Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç və İfraimov Nair İlişayeviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin

qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Bakıda fəaliyyət göstərən banklardan birində əməliyyat şöbəsində baş mütəxəssis işləyən Fərid Hadiyev informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq

talamaq məqsədilə yaxın tanışı Yaşar Ələkbərovla qabaqcadan əldə edilmiş razılığa əsasən tanışları Nasir İbrahimova və Nair İfraimova Bakıda fəaliyyət göstərən digər bir bankda etibar etdikləri Azərbaycan Respublikası

vətəndaşlarının adına bank hesabları açmağı tapşırıblar.

Nasir İbrahimov Fərrux Bayramova, Nair İfraimov Rinat Aqarunova informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ayrı-ayrılıqda onların adına bank

hesablarını açmağı təklif edib, Fərrux Bayramov və Rinat Aqarunov da bununla razılaşıblar. Nasir İbrahimov Fərrux Bayramovla, Nair İfraimov isə Rinat Aqarunovla birlikdə Fərrux Bayramovun və Rinat Aqarunovun

adlarına bank hesabları açdıraraq, hər ikisi üçün “MasterCard Standard” plastik kartı sifariş etmiş və hazır olan kimi hesabın açılması ilə bağlı sənədləri kartla birlikdə götürüblər.

Bundan sonra Fərid Hadiyev qabaqcadan əldə edilmiş razılığa əsasən, işlədiyi bank filialında xidməti fəaliyyətinin imkanlarından istifadə etməklə iri məbləğdə əmanətləri olan bir sıra şəxslərin kredit kartlarının nömrələrini

öyrənərək, həmin nömrələri mobil telefonla Yaşar Ələkbərova göndərib.

Yaşar Ələkbərov mart ayında həmin nömrələrdən istifadə edərək qeyd olunan bank əmanətçilərinin kart hesablarından ümumilikdə 76 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Fərrux Bayramovun

“MasterCard Standard” plastik kartına, may ayında isə təxminən 178 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Rinat Aqarunovun “MasterCard Standard” plastik kartına köçürüb və hər iki halda Fərid

Hadiyevi məlumatlandırıb.

Pulların köçürülməsindən sonra Fərid Hadiyevin tapşırığına əsasən, Nasir İbrahimovla Fərrux Bayramov birlikdə sonuncunun adına olan plastik kartdan istifadə etməklə Bakı şəhərində müxtəlif yerlərdə yerləşən

bankomatlar və bank filialı vasitəsilə qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıblar.

Nair İfraimov isə Moskva şəhərində Rinat Aqarunovun adına olan plastik kartdan istifadə etməklə bu şəhərdəki bankomatlar vasitəsilə qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıb. Beləliklə, Fərid

Hadıyev, Yaşar Ələkbərov, Nasir İbrahimov, Fərrux Bayramov, Rinat Aqarunov və Nair İfraimov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda

əmlakını gizli olaraq talayıb nağdlaşdırdıqları 254 min ABŞ dolları məbləğində pulu öz aralarında bölüblər.

Qrupun üzvləri növbəti dəfə öz hüquqazidd əməllərini davam etdirməyə cəhd göstərərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanıblar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-in tutduğu şəxslər hökmdən narazıdır

    MTN-in tutduğu şəxslər hökmdən narazıdır ...

    23-11-2015, 19:41

  • 
  • Dələduza hökm oxundu

    Dələduza hökm oxundu ...

    9-06-2016, 16:59

  • 
  • Oğru qadınlara HÖKM OXUNDU

    Oğru qadınlara HÖKM OXUNDU ...

    22-06-2017, 14:43

  • 
  • Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu

    Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu ...

    20-02-2015, 13:05

  • 
  • Bakıda adam öldürən fəhləyə hökm oxundu

    Bakıda adam öldürən fəhləyə hökm oxundu ...

    4-02-2016, 16:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu