Azərbaycanda internetlə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəməkdə təqsirləndirilən Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İfraimov Nair İlişayeviç və Rinat İliç Aqarunov barələrindəki hökmdən apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsinə təqdim edilən şikayətə noyabrın 26-da baxılacaq.
Qeyd edək ki, 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar.
Bu ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində F.Hadıyev 10 il, Y.Ələkbərov və R.Aqarunov 9 il 6 ay, N.İbrahimov 6 il 6 ay, F.Bayramov və N.İfrahimov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?