GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ

“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ

Tarix: 10-07-2015, 11:33 Bölmə :Ölkə Baxış: 0
“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ

Maksim Qorkinin hekayələrindəki adamları həyatda da tapmaq olur. Ədəbiyyat onları görmək və bizə göstərmək üçün sadəcə bir vasitədir. Məsələn, gəlin “Neftçilər” metrosunun yaxınlığındakı parkda dayanıb çörəkpulu qazanan adamlarla tanış olaq. Saat heykəlin qabağında istinin günündə kölgəlik yerə, müştəriyə ümidli maklerləri deyirəm. Burda vaxtilə müəllim işləmiş, ali təhsilli, dünya görmüş insanlar həyatın dibinə yuvarlanıb. Evə bir tikə çörəkpulu qazanmaq dərdi onları bura gətirib çıxarıb. Nə vaxtsa tarixə düşəcək bir adı var bu adamların məskəninin: “Maklerlər bağı”. Uzun, aşağıya doğru axan çayı xatırladır bu park.

“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ


Kirayə həyat

Kirayə ev axtarışında olduğumu biləndə bir neçə nəfər yaxınlaşır. Ağız deyəni qulaq eşitmir: “Cavan oğlan, Zabratda 200 manata əntiqə bir ev var”, “Tələbəyə oxşayırsan, gəl sənə ucuz yer tapacam”, “Kimnən qalacaqsan?”, “Nə qədərə gücün çatır?” Tünlük artır, hərə öz evini tərifləyir, dağın başına qoyur, şirin dilini işə salır.

- 100 manata verirəm. Gəl bura. – bir yaşlı kişi məni qırağa çəkir.

- Dayı, hardadır o ev?

- De ha, burda, Neftçilər tərəfdə. İstəyirsən, gedək göstərim? Hamamı, tualeti, hər şeyi qaydasındadır. Bir otaqlıdır. 150-di, sənə 100-ə verirəm. – dartışdırmağa başlayır. - A kişi, narahat olma deyirəm də... Belə ev tapa bilməzsən heç yerdə. Papamın canı burdan 20 manat-zad qalacaq mənə. Ev yiyəsindən ucuza dedim e sənə.

Üzümə baxır, inanıb-inanmadığımı dəqiqləşdirmək istəyir. Onun dediyi ev burdan elə də uzaq deyil, vaxtilə gənc ailə qalıb, sonra rayona köçüblər. Qonşular da çox mehriban, qonaqpərvər, əl tutan, səxavətli. Dayı kirimək bilmir, dil qəfəsə qoymadan üyüdüb tökür.

- Peşman olmazsan. – qulağıma əyilir. – burdakılara inanma. Hamısı fırıldağın yekəsidir. Özlərinə pul qalsın deyə çox deyirlər. Sən də baxıram saf uşaqsan, aldanarsan...

“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ

Satışda ev var

- Ay bala, bəri dur görüm.

Kök, balacaboy bir qadın məni xilas edir. Dayı əlini yelləməkdə olsun, mən də bu başı bağlı, orta yaşlı xanıma qulaq asım. Əlindəki kağıza “Ev satılır. Qaraçuxurda. 65 min” yazılıb.

- Ev almaq istəyirsənmi?

Kirayə istəyirdim, qəfil bu sualdan diksindim. Yəqin geyim-kecimimdən, danışığımdan varlı-hallı biri hesab edib. Onun gözlərindəki ümid işığı yalan satmağıma kömək edir:

- Hə, ay xala, ev istəyirəm.

- Təksən?

- Hə.

- Gəl, gedək göstərim. Öz evimdi. Makler-zad deyiləm. Təmiz adamam, inan. Məcbur qalıb satıram. Oğlumu evləndirməliyəm. Gözəl evdi, iki mərtəbəli həyət evi. Üst mərtəbə tam remontludu, alt mərtəbəsində az-maz iş qalıb. Razılaşsan 45 minə düşərəm.

65 mindən qəfil bu qədər düşməsi mənə təəccüblü gəlir. Deyəsən, qarımış qızını başından eləmək istəyənlər kimi bu evi də kimə gəldi, neçəyə gəldi satmaq niyyətindədir. Ona görə danışığını şirin salır, üzümə gülümsəyir, məni qarmağa keçirmək üçün kölgəliyə çəkib daha ciddi söhbət edir:

- Sən nə qədər verə bilərsən?

- Vallah, xala 35 minə ancaq... – ağlıma gələn ilk rəqəmi deyirəm.

- Çıx yuxarı, çox azdı...

- Xala, bundan artığım yoxdu.

- Evlisən?

- Yox, subay.

- Nömrəmi götür, bir şey fikirləşərik.

“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ


“Onların hamısı maşşenikdi”

Bu vaxt bir kişi siqaret istəyir, çıxarıb verirəm.

- Mən makler deyiləm, oğlum. Bura məcburən çıxmışam. Bir həyət evim var, onu satmalıyam.

- Maklerlərə niyə demirsiz, dayı?

Üzü çönür, dişinin dibindən çıxanı deməməkdən ötrü siqaretinə qullab vurur.

- Ağzımı açdırma da, - səsi xırıldayır. – Onların hamısı maşşennikdi. Səndən ev götürürlər, sonra onu beş qat qiymətinə satırlar. Bir dəfə başıma gəlib. Ondan sonra tövbə demişəm. Deməli, bir nəfərə deyib ki, sotu 3500-ə verirəm, o da gəlib həyətimə. Halbuki mən 1500 demişdim. O adamı da qovdum, makleri də. İndi heç kimə inam yoxdur. Həm də, oğlum, mənə sroçnu pul lazımdı. Oğlum iflic olub.

Bir anlıq aramızda sükut çabalayır. Ona təsəlliverici sözlər deyirəm, hiss edirəm ki, danışdıqlarım heç özümü də aldatmağa bəs eləməz. Oğlu ayağından, qollarından qıc olub, yeriyə, hərəkət edə bilməyib. Nə qədər dava-dərman, həkim, xeyir eləməyib.

- Son çarə, Almaniyadır. Ona görə evi satıram. Tək oğlumdur. Nə olar, mənə kömək elə, sənin də hörmətini eləyərəm.

Nəsə deməyimə imkan vermədən davam edir:

- Dostundan, tanışından kim varsa, ev axtaran, denən. Ala bu da nömrəm, yaz.

İki nömrə verir, “Nizami Məştağa” deyə qeyd edirəm. Sağollaşıb getmək istəyirəm, o isə danışmağa davam edir, mənə son ümid kimi baxır, açığını deyim, ürəyimdə ona kömək edə bilməyəcəyimi anladığım üçün içim-içimi yeyir.

“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ

“Gir evə, qızla nə eləyirsən elə”

Bu dəfə cavan bir oğlan yaxınlaşır:

- Ev lazımdı, qaqa?

- Hə, amma saatlıq. – valı dəyişirəm.

- Neçə saata?

- İki-üç...

- Bomba bir evim var, Koroğlu metrosu tərəfdə, hamam, tualet, çiçək kimi...

- Neçəyə? – sözünü kəsirəm.

- 60 manat.

- Bahadı.

Aralanıram, bir azdan bir neçə adam qabağımı kəsir, aralarında bir xanım da var.

- Bu gün gələnlərin hamısı saatlıq ev istəyir. Nə məsələdir, görən? – Kök bir kişi qarnını tumarlayıb bığaltı qımışır.

Qaz kimi yırğalanan, bər-bəzəkli xanım səsini başına atır, gənclər pozulub, burda biz belə şeylər eləmirik, nə bilim nə... Qadını susdurmağa çalışır və uzaqlaşıram. İki cavan oğlan məni yarı yolda saxlayır:

- Qaqa, evi verərdim e, amma işverən o qədərdi. Sən indi qızla gedəcəksən. Birdən qonşulardan biri gördü, dedilər ev yiyəsinə, o da mənim mazqimi xarab eləyəcək.

Birinci danışdığım oğlan hardansa tünlükdən, yerdən çıxan qarışqa kimi pırtlayıb ortaya çıxır:

- A kişi, sənə ev verəcəm. 30 manat ver mənə. Gir qızla nə istəyirsən elə.

Mamlımatan, yeriyəndə qaz kimi dövrə vuran qadın səsini başına atır:

- Cəhənnəm olun, burdan. Ev verənin də, ora qızla girənin də... – bura yazılmayacaq söyüşlər söyür. – Buna bax, utanmır, qız gətirəcək. Camaatın evi nədir sizin üçün?

Oğlan gülümsünür, kürəyimə vurub deyir ki, qardaş, sənin işin alınmadı. Guya kor-peşman ordan aralanıram.

“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ

Yazıçı makler

Hə, burda bir də yazıçı var, adının çəkilməyini istəmir. Hətta şəkil çəkdirməyimizə də razı olmur. Gəlin, onun hekayəsinə qulaq asaq:

“Tiflis Dövlət Universitetində, rus filologiyasında oxumuşam. AYB-nin üzvüyəm. İki kitabım çıxıb. Bu işdən əvvəl bir neçə yerdə işləmişəm, çətinliklər çəkmişəm, hekayələrimi yazmışam. Gec evlənmişəm, 35 yaşında, özü də məcburən. Mən düşünürəm ki, evlilik yazıçıya mane olur. Qız kəndçimiz idi, atam, anam məcbur elədi, razı oldum çarəsiz. Bir neçə il Gürcüstanda müəllim işləmişəm. Bakıya ailəmlə bir yerdə köçdük, elə o vaxtdan burda qalıram. Çap olunmağımda o vaxt elə də problem olmayıb. İlk dəfə “Pioner” jurnalında balaca bir şeirim gedib. Sonra da ard-arda dərc olunmuşam. Kitabım Bayatı mağazasında satışdadır. Özümü göstərmək, gözə soxmaq kimi iddiam yoxdur”.

“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ

Sonra maklerliyə necə başladığını danışır:

“Maklerlik yəhudilərin peşəsi olub, sonra onlar köçdükdən sonra biz bu işə sahib çıxmışıq. Mən təsadüfən bu işə girmişəm. Ağacın yanında durmuşdum, bir kişi yaxınlaşdı ki, maklersən, dedim, hə. Makler gərək birincidən yalan deyə. Doğrusu, heç bilmirdim bu işi. Bu kişinin evini sata bilmədim. Sonra bir qadın ev almaq istəyirdi, bir neçə maklerlə söhbət edirdi, mən də orda boynubükük oturmuşdum. Axırda dedim, ay bacı, məndə də ev var. O da dedi ki, bıy, ay camaat, pakistanlıya bax necə bizim dildə gözəl danışır. Mən də zarafatla dedim, pakistanlının evinə baxmaq istəyirsən deyəsən. Razılaşdı, getdik baxdı, evi bəyəndi, aldı, mənə də xidmət haqqı kimi 200 dollar verdi”.

Maklerlər bağından uzaqlaşanda anladım ki, bu həyatda çox adam öz həqiqi rolunu oynamır, hamı başqasının rolunu ifa etməyə məcburdur.

Ayxan Ayvaz

“Gir evə, qızla nə istəyirsən elə” - REPORTAJ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 10 qəpiklik kəmər, 50 qəpiyə “Orient” və... REPORTAJ

    10 qəpiklik kəmər, 50 qəpiyə “Orient” və... ...

    20-12-2013, 14:30

  • 
  • Ev dəllalları; onlar müştəriləri necə aldadır?

    Ev dəllalları; onlar müştəriləri necə aldadır? ...

    9-11-2013, 22:14

  • 
  • Ziya Məmmədov və qardaşının adı hallandığı məhkəmədən reportaj - FOTOLAR

    Ziya Məmmədov və qardaşının adı hallandığı ...

    9-10-2014, 03:40

  • 
  • Lotu Qulidən üzr istəyən gəncdən yeni video: “Dilini tikə-tikə edib sənə yedirəcəm” – 18 + VİDEO

    Lotu Qulidən üzr istəyən gəncdən yeni video: ...

    29-03-2018, 16:29

  • 
  • Tələbə qızlar üçün KİRAYƏ EV VAR: Bəs tələbə oğlanlar?.. - ƏNƏNƏVİ PROBLEM

    Tələbə qızlar üçün KİRAYƏ EV VAR: Bəs tələbə ...

    24-09-2022, 11:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu