GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yasamalda güllələnənlərlə bağlı şok faktlar üzə çıxır

Yasamalda güllələnənlərlə bağlı şok faktlar üzə çıxır

Tarix: 12-02-2013, 10:08 Bölmə :Ölkə Baxış: 724
Yasamalda güllələnənlərlə bağlı şok faktlar üzə çıxır

Silahlı insidentdə yaralananlar xüsusi mühafizə
olunur, onların yanına giriş-çıxış nəzarətdədir


Məlum olduğu kimi, yanvarın 5-də gecə saat 23:00 radələrində Yasamal rayonu ərazisində silahlı insident baş verib. Xatırladaq ki, Zahid Xəlilov küçəsində yerləşən (Bakı Dövlət Universiteti ilə üzbəüz) "Elbaro" restoranında müştərilər arasında baş vermiş mübahisə sonda qanlı olayla nəticələnib. 2 nəfər güllə yarası alıb.
Sonradan baş vermiş insidentlə bağlı belə bir rəsmi informasiya yayıldı ki, artıq hadisəni törədən şəxs (Həsənov Samir Budaq oğlu) saxlanılıb. Amma AzNews.az saytının apardığı araşdırmalar nəticəsində saxlanılan şəxsin əslində həmin hadisə zamanı ümumiyyətlə, orada olmaması bəlii olub. Belə ki, iki nəfəri güllələyən bundan sonra hadisə yerindən uzaqlaşıb və sonradan Həsənov Samir Budaq oğlu hadisəni törətdiyini könüllü şəkildə etiraf edib.
Əslində isə hadisəni törədən şəxs Azərbaycanın məşhur bəstəkarlarından birinin qardaşıdır. Hadisəni boynuna götürən şəxsin isə 9-cu mikrorayon ərazisində yerləşən «Zeytunluq bağları»ndakı restoranın sahibidir.
Göründüyü kimi baş vermiş insidentlə bağlı kifayət qədər qaranlıq məqamlar var və biz həmin müəmmalı nüanslarla bağlı geniş araşdırmalara start vermişik. Ötən gün isə AzNews.az-ın əməkdaşı insident zamanı yaralanan və hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan Aydın Məmmədov və oğlu Emin Məmmədov ziyarət etməyə yollanıb. Xəstəxanadan hazırlanan yazını sizə təqdim edirik:

Xəstəxanada danışmaq qadağası

Xəstəxanada tam sakitlik hökm sürsə də, daxili bir narahatlığın olması elə ilk baxışdan müşahidə olunurdu. Xəstələrlə bağlı məlumat almaq isə o qədər də asan başa gəlmədi. Səbəb aydındır, ortada ağır kriminal hadisə və iki yaralı var. İlk gündən bu barədə danışmaq tibbi bacılarına, texniki işçilərə qəti qadağan edilib. Ancaq buna baxmayaraq, xəstələrin hazırkı durumu və ümumiyyətlə, hadisəylə bağlı çox qiymətli informasiyalar əldə edə bildik.

Ata və oğulun ayağına aparat qoyulub

Əldə etdiyimiz məlumata görə, hər iki şəxs xəstəxananın 4-cü, yəni cərrahiyyə şöbəsində müalicə olunur. Onların müalicəsi ilə birbaşa cərrahiyyə şöbəsinin müdiri Vaqif həkim məşğuldur. Yaralılardan biri - Aydın Məmmədov (ata) sırağagün cərrahiyyə əməliyyatı edilib. Onun ayağına xüsusi aparat qoyulub ki, bu həm yara tez sağalsın, həm də ciddi xəsarət qalmasın. Dünən isə oğlu Emin Məmmədov cərrahiyyə əməliyyatına aparılıb və əməliyyat uğurla başa çatıb. E. Məmmədovun da ayağına aparat qoyulub. Hər iki şəxs hazırda reanimasiya şöbəsindədir və yaxın günlərdə palataya köçürüləcəklər.

Xəstələrin yanına yalnız iki nəfər buraxılır

Xəstəxanadan o da bildirildi ki, ata və oğul özünü hazırda yaxşı hiss edir və ətrafdakılarla əlaqədə heç bir problem yaşamırlar. Ancaq onların yanına yalnız yaxın adamları buraxılır(?!):
“İlk gündən Aydın Məmmədovun xanımı və qızı olduğu güman edilən xanımlar yanındadır. Başqa şəxslər, yaxınları məlumat almaq üçün gəlirlər, ancaq onların reanimasiyaya buraxılmasına icazə verilmir”.

Yaralılar ciddi mühafizə olunur

Diqqətimizi çəkən daha bir nüans isə ata və oğulun xəstəxanada ciddi mühafizə altında olması idi. Mühafizəyə polislə yanaşı xüsusi mühafizəçilərin də cəlb edildiyi aydın görünürdü. Onlar növbə ilə reanimasiyanın qapısı qarşısında dayanırlar.
Artıq özünü yaxşı hiss edən Aydın Məmmədov hadisənin necə baş verməsi barədə də xəstəxana çalışanlarına bəzi məlumatlar verib. O, anasının 70 illik yubileyi münasibətilə restorana toplaşdıqları və tanımadığı şəxsin Eminlə mübahisə etdiyini bildirib. Ancaq mübahisənin hansı səbəbdən yarandığını açıqlamayıb. Onun sözlərinə görə, oğlu ilə həmin şəxsin mübahisəsi sanitar qovşağın qarşısında da davam edib və güllələr də məhz orada açılıb. Hər iki şəxs sağ ayağından güllə yarası alıb. Bədənlərini digər yerlərində isə heç bir xəsarət yoxdur.
Xəstəxanada apardığımız müşahidə və söhbətlər zamanı onu da öyrəndik ki, Aydın Məmmədov öz xoş rəftarı ilə fərqlənir: “Çox mehriban adamdır. Özü başına gələnləri danışıb. Hamıya qarşı diqqətlidir, hər kəsə xüsusi hörmətlə yanaşır. Atadan fərqli olaraq oğlu ünsiyyətə meyl etmir. Görünür, baş verən hadisə ona daha pis təsir edib”.
Elnur Əzimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Elbaro” restoranındakı gülləbaranın gizlinləri

    “Elbaro” restoranındakı gülləbaranın gizlinləri ...

    8-02-2013, 11:08

  • 
  • Qəbələdə silahlı insident - iki nəfər qətlə yetirilib - YENİLƏNİB

    Qəbələdə silahlı insident - iki nəfər qətlə ...

    13-12-2013, 18:55

  • 
  • Bakı qana boyandı: - Ölən və yaralananlar

    Bakı qana boyandı: - Ölən və yaralananlar ...

    24-03-2014, 14:25

  • 
  • Zaqatalada dörd nəfəri güllələyən şəxs həbs edildi

    Zaqatalada dörd nəfəri güllələyən şəxs həbs edildi ...

    26-11-2013, 22:11

  • 
  • DİN Azərbaycanda baş verən silahlı insidentlə bağlı məlumat yaydı

    DİN Azərbaycanda baş verən silahlı insidentlə ...

    28-06-2013, 13:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu