Qohumlar arasında mübahisə bıçaqlanmaya səbəb oldu. Hadisə bu gecə Qubada, Amsar kəndində baş verib. İnsident zamanı qayın öz yeznəsinə bıçaqla xəsarət yetirib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü, Amsar kənd sakini Mehdi Cəmo oğlu Əsgərov Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanaya daxil edilən M.Əsgərov nazik bağırsağından əməliyyat edilib. Xəstəxananın həkimi Ramazan Fətəliyevin bildirdiyinə görə, onun vəziyyəti hazırda orta ağırdır. Onu yaralayan 1970-ci il təvəllüdlü Zülfüqarov Vüqar Şıxməmməd oğlu hadisəni sərxoş halda törədib. Quba rayon Polis Şöbəsindən faktı təsdiqləyərək Zülfüqarovun artıq saxlanıldığını bildiriblər.
Qohumlar arasında qan tökülməsinə səbəb olan mübahisənin səbəbi isə hələlik açıqlanmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?