Daşkəsən rayonunda ailə daxilidə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Ötən gecə Daşkəsən rayonunun Quşçu kənd sakini, 1985-ci il təvəllüdlü Zahir Həsənov qarının sol hissəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
Bıçaq Z. Həsənovun bağırsağını və sol böyrəyini zədələdiyi üçün dərhal əməliyyat edilib. Xəstəxananın həkimi Etibar Abbasovun APA-ya bildirdiyinə görə, yaralının sol böyrəyi çıxarılıb və hazırda onun vəziyyəti ağırdır. Zahir Həsənovu xəstəxanaya gətirən yaxınları onun həyat yoldaşı ilə mübahisə etdiyi üçün qayınanası tərəfindən bıçaqlandığını bildiriblər.
Daşkəsən rayon Polis Şöbəsinin hadisə ilə bağlı araşdırma aparan müstəntiqi Təvəkkül Həsənov faktla bağlı araşdırma aparıldığını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?