Paytaxtın giriş qapısı, həm də Xəzər sahili yetərincə cəlbedicidir
«Avroviziya-2012» mahnı yarışmasına ev sahibliyi edən Bayıl qəsəbəsində inşaat işlərinin ekunlaşmaması müsabiqə getdiyi zaman belə üzərisi örtüklənmiş yarımçıq inşaat meydançalarının sayının çoxluğundan da aydın idi. Bununla yanaşı, ayrı-ayrı şirkətlərin Bayıl sakinləri ilə evlərinin satılması ilə bağlı danışıqlar aparması da qəsəbə ərazisində böyük inşaat layihələrinin nəzərdə tutulmasından xəbər verirdi. Amma bunların heç bir hələlik baş vermir və Bayıl qəsəbəsi, hətta qəsəbənin ortasından keçən asfalt yol örtüyü belə «Avroviziya» tədarükündan necə qalıbsa, həmin vəziyyətdədir. Bu yöndə apardığımız araşdırmalardan belə aydın olur ki, əlsində Bayıl qəsəbəsinin gələcəyilə bağlı xüsusi layihə hazırlanıb və dövlət başçısı tərəfindən də həmin layihə müsbət qarşılanıb. Bu barədə Nazirlər Kabinetindəki qaynaq tərəfindən redaksiyamıza bildirildi ki, çoxlu sayda göydələnlərin inşa edilməsi nəzərdə tutulan Bayıl qəsəbəsində torpaq sürüşmələrinə birdəfəlik son qoyulması üçün də xüsusi layihə hazırlanıb: «Həmin layihə 35 min sakini olan qəsəbənin az qala eyni vaxtda boşaldılmasını tələb edir. Yəni bu o deməkdir ki, Bayıl qəsəbəsində evlər bir günün içində plana düşəcək və hazırda tikilən yeni binaların əksəriyyətinin təkrar plana düşəcəyi şübhəsizdir. Təbii ki, əgər böyük planın icrasına start verilərsə». Bu layihənin hələ 3 il əvvəl hazırlandığını bildirən mənbəmiz həmin dönəmdə prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun Bayıl qəsəbəsindəki inşaat layihələrini nəzarətə alma niyyətində olduğunu da bildirdi: «Amma daha bir neçə oliqarx-məmurun bu əraziyə maraq göstərməsi inşaat layihələrinin ertələnməsinə nədən olub. Həmin dönəmdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, nəqliyyat naziri Ziya Məmmədovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və daha iki şəxsin də Bayıldakı layihələrdə gözünün olduğu aydın oldu. Yəni rəqabətin böyük olması Bayılda yalnız kosmetik işlərin həyata keçirilməsilə müşaiyət olundu». Mənbəmiz bildirir ki, Bayılda durumun bu şəkildə olması səbəbindən yeni inşaat projeləri qəsəbənin ərazisində Şıxov istiqamətinə doğru yön almağa başlayıb ki, bu da əslində daha böyük işlərin görülməsi üçün o qədər də əlveripşli deyil: «Diqqət yetirirsinizsə, həmin ərazidə maksimum 3 mərtəbəli binalar inşa edilir. Hətta onların özləri də təhlükə altındadırlar. Çünki Xəzərin sahilində böyük binaldar üçün ən əlverişli ərazi məhz Bayıl qəsəbəsidir. Bu isə yenə də oliqarxların savaşının hansı sonluqla bitəcəyindən asılı olan bir məsələdir» Elçin
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?