Masallıda intihar hadisəsi baş verib. Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Masallı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Çaxırlı kəndində anadan olan, Sarı Cəfərli kəndində yaşayan 1989-cu il təvəllüdlü Nəzər Behbudov özünü Ramazan bayramının ikinci günü asıb.
Ailəsi onun asılmış meyitini iyulun 18 axşam saat 22-radələrində Çaxırlı kəndində yaşadığı evin həyətindəki yarımtikilidən aşkar ediblər.
Prokurorluqdan onu da qeyd etdilər ki, özünü öldürən şəxsin ailəsi ilə heç bir problemi olmayıb. Lakin o əsəb xəstəliyindən əziyyət çəkirmiş və bu xəstəlikdən də bir müddət müalicə alıb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda istintaq başlanıb, araşdırma davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?