gundemxeber.az xəbər verir ki, Masallı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində baş verib.
Kənd sakini, 1964-cü il təvəllüdlü Lələyev Cəsayil Kamil oğlu yaşadığı evdə intihar etmək məqsədi ilə kimyəvi məhlul - xlorofos içib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.Lələyevin həyatını xilas etmək mümkün olmayıb. C.Lələyev Masallı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?