GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Binəqədi icra başçısının "kadr islahatları"

Binəqədi icra başçısının "kadr islahatları"

Tarix: 22-07-2015, 13:42 Bölmə :Ölkə Baxış: 0
Binəqədi icra başçısının "kadr islahatları"

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun fəaliyyəti ilə bağlı istiqlal.az-a yeni məlumatlar daxil olub. Binəqədidəki mənbələr qalmaqallı başçının “kadr siyasəti” barədə yeni faktlar açıqlayıb.

Mənbənin bildirdiyinə görə, “kadr islahatlar”ı cənab İsgəndərovun (İcra Hakimiyyətində onun ləqəbi belədir) tabeçiliyində olan insanları istismar etməklə yanaşı, onları hər zaman təzyiq altında saxlamağa hesablanıb. İllərdir rayonun sosial-iqtisadi inkişafında əməyi olan insanlar Xaləddin müəllimin bir sözü ilə işləri ilə vidalaşmalı olublar. X.İsgəndərov təyinatından dərhal sonra köhnə müavinləri ilə vidalaşıb - Eldar Ağayev və Fəxrəddin postlarını itiriblər. Daha bir müavini Qəzənfər Novruzovu isə (Bir qardaşı Vaqif Novruzov Bakı Yaşıllaşdırma Departamentinin müdiri, daha bir qardaşı Səbuhi Novruzov isə Naxçıvan MR daxili işlər nazirinin müavinidir) həbsxanaya yollaya bilib – yanan bina ilə bağlı bütün məsuliyyəti ona “yükləyib” yaxınlarda zindana göndərdi. İlqar Süleymanov və Aygün Əliyeva təyinat alıb. Bunların hər ikisi Cənab İsgəndərova yaxınlığı ilə tanınırlar. Digər müavin Vüsal İsmayılov isə illərdir “ip üstündə” gəzir.


Mənbə bildirir ki, cənab İskəndərov icra hakimiyyətinin şöbə müdirlərini də əlüstü dəyişib - Natiq, Mehdi, Emin, Nəsimi, İlqar, Nəbi və Səmayə adlı köhnə şöbə müdirləri vəzifələrini itiriblər. Başçının köməkçiləri Eldar və Rəşad digərləri kimi vəzifələri ilə sağollaşdılar. Bundan sonra Cənab İsgəndərov İcra Hakimiyyətinin müxtəlif şöbələrində “təmizliyə” başlayıb. Belə ki, Ümumi şöbədən 3 nəfər, Qəyyumluq Komissiyasından 2 nəfər vaxtından əvvəl “təqaüdə” göndərilib, İctimai-siyasi şöbənin əməkdaşları tamamilə dəyişdirilib (bu şöbəyə Cənab İsgəndərovun gəlişindən sonra 4-cü müdir - Natiq, Tamilla, Aqil və Nuridə Allahyarova təyin olunub), Sosial-iqtisadi şöbədən 1 nəfər vəzifələrindən azad olunublar.

Qaynaq deyir ki, cənab İsgəndərov “kadr soyqırımı”nı yerli icra nümayəndəliklərində və guya özünüidarə orqanı olan bələdiyyələrdə də davam etdirib. Biləcəri qəsəbə nümayəndəsi Sahib Quliyevi İbad İbrahimov əvəz edib, müavinlərini isə 3 dəfə, Xocasən qəsəbə nümayəndəsini 4 dəfə, 28 may qəsəbə nümayəndəsi 3 dəfə, müavinləri 3 dəfə, Binəqədi qəsəbə nümayəndəsi 3 dəfə dəyişdirilib. Qəsəbənin əvvəlki icra nümayəndəsi Salam Əsgərli spiker Oqtay Əsədovun qohumudur. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsi də Xaləddin İsgəndərovun yarıtmaz kadr siyasəti nəticəsində daima yenilənməyə meyllidir – rəis 3 dəfə dəyişdirilib. Binəqədidə 3 Mənzil-İstismar Sahəsinin rəisi və elə bu sayda da məktəb direktoru da Xaləddin İsgəndərovun “novatorluğu”nun qurbanı olublar.

Mənbənin məlumatına görə, X.İsgəndərov İcra Hakimiyyəti ilə yanaşı, YAP Binəqədi rayon təşkilatını da inhisarına alıb. Rayon təşkilatının sədri Nəbi Xəlilovu məqamından uzaqlaşdıraraq onun yerinə Ramiz Göyüşovu “məsləhət görüb”. N.Xəlilovun könlünü almaq və çoxillik YAP-çı təcrübəsindən bəhrələnmək üçün vergi sistemində işlə təmin ediblər. X.İsgəndərov həmçinin YAP Binəqədi rayon təşkilatının Aparat rəhbərini iki dəfə dəyişib. İlk dəfə təyin olunan Qabil adlı YAP-çını Sevinc adlı xanım əvəz edib.

Prezident israrlıdır, bəs Xaləddin İsgəndərov?

Məlmatlara görə, cənab İsgəndərovun “sehrli dəyənəyi” rayon bələdiyyələrinin sədrlərindən də yan keçməyib. Belə ki, cənab İsgəndərov yerli özünüidarə qurumlarından 4-nü - ən böyüklərinin işinə qeyri-qanuni müdaxilə edərək onlarla da “xudafizləşib”, yerlərini X.İsgəndərovun yaxınları tutublar. Binəqədi rayon Bələdiyyəsinə Sitarə Cabbarlı, Xocasən Bələdiyyəsinə Anar, Binəqədi qəsəbə Bələdiyyəsinə Aytac Əliyeva, Biləcəri qəsəbə Bələdiyyəsinə isə Hikmət sədr “seçilib”. Əslində bələdiyyələrlə bağlı Cənab İsgəndərovun bu kimi özfəaliyyəti bununla yekunlaşmır. Belə məlumatlar gəzir ki, Xaləddin müəllim rayon ərazisindəki bütün əməliyyatlara nəzarətlə yanaşı, Binəqədi bələdiyyələri üçün dövlət büdcəsindən ayrılan 200 min manatlıq dotasiyanı da “tikinti-təmir” adı altında yağmalayıb. Bu pula nəzarəti isə oğul Elnur İsgəndərov həyata keçirib. Əgər belə olmasaydı bələdiyyələrə ayrılan həmin vəsaitin hara xərclənməsi barədə məlumatlar verilərdi.

Prezident İlham Əliyevin təbirincə desək, ortada iş deyilən bir şey yoxdur: "Bələdiyyənin öz səlahiyyəti var, indi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə görülən işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu, bələdiyyənin bilavasitə işidir”. Bu fikirləri Prezident İlham Əliyev elə Xaləddin bəyin hakimi-mütləq olduğu rayonda - 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləmişdi.

Dövlət başçısı demişdir ki, bütün kənd yolları dövlət büdcəsi, yaxud Prezidentin Ehtiyat Fondu hesabına tikilir: “Bələdiyyə sadəcə, bir möhür idarəsidir. Yəni qanunsuz əməllərə ştamp qoysun! Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır...”
Amma nə yazıq ki, Binəqədidə baş verənlər ölkənin hüquq-mühafizə orqanları başbilənlərinin tüklərini belə tərpətmir. Niyə? Bəlkə cənab İsgəndərov toxunulmazdır. Amma məhz bu məsələ ilə bağlı prezident İlham Əliyev başqa şeyləri deyir: “İndi Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyət olmalıdır. Dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar”.

Göründüyü kimi, prezident bu tip məsələlərdə israrlı olsa da Xaləddin İsgəndərov kimi icra başçıları nəyinki israrlı olmaq, heç görünmək də istəmirlər. Onların bu hərəkəti himayə etdikləri bələdiyyə sədrlərinə də əlavə “stimul” verir. Məsələn, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyevanı cənab İsgəndərova məxsus xüsusi maşınının gəzdirdiyini söyləyirlər. Hətta onu da deyirlər ki, Aytac Əliyeva qəsəbəyə girəndə “tras həyəcanı” yaşanır, yollar maşınlardan təmizlənir, bələdiyyə binasının dəhlizində milçək belə uça bilmir. Qəsəbə bələdiyyəsinə toplanan vergilər kəndin sosial-iqtisadi inkişafına deyil, boş yerə saxlanılan 38-40 nəfərlik “tikintilərə nəzarət dəstəsi”nə maaş kimi ödənilir. Şikayətə, müraciətə gələn qəsəbə sakinləri isə Aytac xanımın saatlarla sürən telefon danışıqları fonunda mürgü döyür. Etiraz edənlərə isə “xanım cənab İsgəndərovla” danışır hədəsini gəlirlər.

Bu yerdə yenə Prezidentin çıxışından bir sitatı da xatırlamaq yerinə düşər: “Bir daha bütün dövlət məmurlarına, dövlət qurumlarında çalışanlara xəbərdarlıq edirəm. Qanuna hər kəs əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək...”

Maraqlıdır, Azərbaycan prezidenti Milli mətbuatın 140 illiyi ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə medianın idarəetmədə və islahatlar prosesində, o cümlədən məmur özbaşınalığının, qanunsuzluğun qarşısının alınmasında əvəzsiz olduğunu bildirdi. İlham Əliyev xəbərləri internet üzərindən bilavasitə özünün oxuduğunu da diqqətə çatdırdı: “Mənim köməkçilərim bəzi məlumatları gizlətməyə çalışırlar, amma onlar görürlər ki, mənim xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram...”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • Binəqədi İcra hakimiyyəti başçısının müavini iki milyon manatla birgə yoxa çıxıb

    Binəqədi İcra hakimiyyəti başçısının müavini iki ...

    12-11-2013, 15:32

  • 
  • Hakimiyyətdən sərt mövqe: Siyavuş Novruzovun əmisi oğlu həbs olundu

    Hakimiyyətdən sərt mövqe: Siyavuş Novruzovun ...

    23-05-2016, 13:55

  • 
  • Binəqədi faciəsinin ildönümü...

    Binəqədi faciəsinin ildönümü... ...

    26-07-2016, 23:51

  • 
  • Binəqədi İH-dən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA – Özəl

    Binəqədi İH-dən kadr dəyişikliyi ilə bağlı ...

    2-12-2013, 16:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu