Qısa müddət əvvəl iflas etmiş Amerikanın Detroid şəhərində çox ucuz qiymətə evlər satılır. Şəhərin mərkəzindəki evlərdən biri isə 520 gün əvvəl satışa çıxarılıb. Evin qiyməti isə 1 dollardır. Uzun müddətdir ki, bu evin sahibi yoxdur. Evdəki su çənindən tutmuş borulara qədər hər şey oğurlanıb. Evin qiymətinin bu qədər ucuz olmasının səbəbi isə içində heç nə olmamasıdır. Lakin evin qiyməti 1 dollar olsa da, onu alan yoxdur. Detroit şəhərindəki evlərin qiyməti 500-1000 dollar arasında dəyişir. Lakin heç kəs orada ev almır. Çünki bu şəhərin sakinlərinin hamısı bir müddət əvvəl iflas edib. Orada yaşamaq istəməyən adamlar başqa yerlərə köçüblər. Hazırda şəhərdə heç kəs yaşamadığı üçün evləri alan yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?