Bakıda məcburi köçkünlərin üçün inşa edilmiş yaşayış sahəsindən silah sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış sahəsində “AKM”, “TOZ-18” və “Karabin” markalı, nömrələri silinmiş 3 ədəd odlu silah, 165 ədəd patron, 5 ədəd patron darağı və 2 ədəd süngü-bıçaq tapılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?