GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xəstə övladından imtina edən "ata" hüquq müdafiəçilərinə böhtan atır

Xəstə övladından imtina edən "ata" hüquq müdafiəçilərinə böhtan atır

Tarix: 28-07-2015, 13:12 Bölmə :Ölkə Baxış: 0
Xəstə övladından imtina edən "ata" hüquq müdafiəçilərinə böhtan atır

Hüquq müdafiəçiləri təzyiqə məruz qalan ailəni sonacan müdafiə edəcəklərini bildirirlər

“Həyat yoldaşım ikinci övladımız şikəst doğulandan sonra meşşan həyat tərzi yaşamağa başladı. Tez-tez məni döyürdü, təhqir edirdi, az qalırdı qeyri-rəsmi münasibətdə olduğu əxlaqsız qadınları evimizə gətirsin”. Bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində keçirilən mətbuat konfransında Sevda Seyfullayeva bildirib. Onun sözlərinə görə, 25 avqust 2009-cu il təvəllüdlü qızı Aysu anadangəlmə şikəstdir: o nə danışmır, nə yeriyə bilmir, nə görmür, nə də eşitmir. Həyat yoldaşı Faiq Seyfullayev isə bunun günahını nədənsə anada axtarmaq qərarına gəlib və qadına əziyyət verməyə başlayıb. S.Seyfullayeva başına gələn müsibətlərdən qurtulmaq üçün iki il əvvəl Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna müraciət edib.
7 hüquq müdafiəçisinin – Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Zəlihə Tahirova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev və Eldar Zeynalov – iştirak etdiyi mətbuat konfransında məsələni daha geniş diqqətə çatdıran Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bildirib ki, S.Seyfullayeva onlara müraciət etdikdən sonra qrupun üzvləri onun problemilə yaxından tanış olaraq, qadına hüquqi yardım ediblər. Məlum olub ki, xəstə övladına baxmaqdan imtina edən və belə uşaq dünyaya gətirdiyi üçün S.Seyfullayevanı boşamaq qərarına gələn F.Seyfullayev birgə nikah zamanı əldə edilmiş Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 142 ünvanındakı qeyri-yaşayış sahəsini guya qızının müalicəsi adı ilə sataraq pulu mənimsəyib: “Ev əslində baha satılıb, amma sənədlərdə 100 min manat göstərilib. Ev satıldıqdan bir ay sonra F.Seyfullayev boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma zamanı məhkəmə hər uşağa görə 100 manat aliment kəsib. F.Seyfullayev keçmiş xanımını və övladlarını Bakı şəhəri Yasamal rayonu Zərdabi prospekti ev 86, mənzil 83 ünvanındakı evdən çıxarmağa və yenidən evlənməyə qərar verib. Hazırda o, evlənib”.
Bundan sonra prosesin davamını özü danışan mətbuat konfransının iştirakçısı S.Seyfullayeva bildirib ki, belə olduqda keçmiş həyat yoldaşına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və cehiz əşyalarının qaytarılması iddiası ilə məhkəməyə müraciət edib.
Birinci dəfə 29.12.2012-ci ildə Yasamal rayon Məhkəməsində S.Seyfullayevanın cehizlərinin qaytarılmasına, Yasamal rayonu, Ş.Mehdiyev 142 ünvanındakı qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş 100 min manatın 50 min manatının alınaraq qadına verilməsinə, eyni zamanda S.Seyfullayevanın Yasamal rayonu Zərdabi prospekti 86 ünvanındakı 83 saylı mənzilin ½ hissəsinə pay hüququnun tanınmasına qərar verilib: “Onu da qeyd edim ki, mənzil birgə nikah dövründə “Lotos” MTK-dan alınsa da, F.Seyfullayev şəxsi əlaqələri hesabına guya həmin mənzilin rəsmi nikahımızdan (22.04.2005-ci il) 26 gün əvvəl alındığı haqda MTK-dan arayış alıb. Arayışda evin 22 min 800 dollara alındığı əksini tapıb”.
Maraqlıdır ki, məhkəmə “Lotos” MTK-dan F.Seyfullayevin evin dəyərinin hansı tarixdə ödənmiş olması ilə bağlı maliyyə sənədləri tələb etsə də, MTK sənədləri təqdim etməyib və guya arxivi su basdığı üçün sənədlərin məhv olduğunu bildirib: “Keçmiş həyat yoldaşım “Lotos” MTK-nın saxta arayışı ilə evi nikahımızdan 26 gün əvvəl aldığını bildirsə də, evin təmirinə birgə yaşayışımız dövründə 100 min manat xərcləndiyini deyib. Bununla da o, mənim AR Ailə Məcəlləsinin 35-ci maddəsinə (Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması) əsasən hüququmun tanınmasına kömək etmiş oldu”.
Qeyd edilən maddədə göstərilir ki, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilsə, həmin əmlak birgə mülkiyyət sayıla bilər: “İkinci dəfə 20 noyabr 2014-cü ildə Yasamal rayon Məhkəməsi tərəfindən həmin maddəni rəhbər tutaraq çıxarılan qətnamədə (hakim F.Babayev) keçmiş həyat yoldaşım Faiq Seyfullayevin iddiaları rədd edilib, həmin mənzilin bizim birgə mülkiyyətimiz hesab edilməsi, iki övladımla evin ½ hissəsinə mülkiyyət hüququm tanınıb.
Məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə ekspertizasının 29.09.2014-cü il tarixli rəyi ilə ümumi sahəsi 116 kvadratmetr olan mübahisəli sahəyə çəkilən təmir xərci 34 min 348 manat olub. “Lotos” MTK-dan alınan arayışa əsasən 22 min 800 dollara alınmış həmin 3 otaqlı təmirsiz mənzilin təmirinə sonradan 34 346 manat xərclənib. Bu vəsait birgə nikah dövründə qoyulub. Bundan başqa, iş materiallarından da görünür ki, “MBA” LTD şirkətinin vermiş olduğu MB 07/674 saylı 12.05.2014-cü il tarixli arayışda həmin mənzilin hazırkı qiyməti 155-165 min manat məbləğində müəyyən edilib.
Sözügedən qətnamədən razı qalmayan qarşı tərəf-F.Seyfullayev xanımına və onun hüquqlarını müdafiə edən şəxslərə hədə-qorxu gəlir, hüquq müdafiəçilərinə müxtəlif yollarla təzyiqlər etməyə çalışır. O, hətta işə baxan hakimlərə belə qeyri-qanuni yollarla təzyiq etməkdən çəkinmir. S.Seyfullayevanın sözlərinə görə, keçmiş həyat yoldaşı tez-tez evə gələrək onları təhdid edir: “Məhkəməni uduzacağı təqdirdə evi yandıracağı, bizi öldürəcəyi ilə hədələyir. Son günlər isə o, Ali Məhkəməyə tapşırıldığını, qərarın nə bahasına olur-olsun dəyişdiriləcəyini deyir. Onun maddi imkanları həddən artıq genişdir, bir neçə yerdə mağazası, evi, maşınları var”.
Qeyd edək ki, məhkəmədən əvvəl İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafəçisinin – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Səidə Qocamanlı, Sahib Məmmədov, Eldar Zeynalov, Əliməmməd Nuriyev, Zəlihə Tahirova, Arzu Abdullayeva və Mirvari Qəhrəmanlı – Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə ünvanladığı müraciətdə də o da qeyd edilir ki, Ailə Məcəlləsinin 35-ci maddəsinin tətbiqi ilə bağlı artıq Azərbaycan məhkəmə praktikasında presedent hüququ mövcuddur və buna əsaslanaraq prosesdə S.Seyfullayevanın hüquqlarının təmin olunması istiqamətində qərarın çıxarılması mümkündür. Bakı Apelyasiya Məhkəməsində belə bir presedentin mövcudluğunu və qanunu rəhbər tutaraq S.Seyfullayevanın haqlı tərəf olduğu nəzərə alınaraq onun xeyrinə qərar çıxarılıb. Hazırda iş Ali Məhkəmədədir. S.Seyfullayeva bu günə qədər işə baxan hakimlərin ədalətli mövqeyinə görə onlara dərin minnətdarlığını da bildirdi.
Faiq Seyfullayev Apellyasiya Məhkəməsini uduzduqdan sonra başlayıb Yasamal Rayon Məhkəməsinin rəhbərliyindən, bu günə qədər işə baxan bütün hakimlərdən, o cümlədən Sevda Seyfullayevaya köməklik göstərən hüquq müdafiəçilərindən müxtəlif instansiyalara böhtan xarakterli şikayətlər ünvanlayır.
Qeyd edək ki, F.Seyfullayevin atası sabiq bələdiyyə sədridir. O, əvvəllər məhkum olunub. Gəlinini, gəlininin qardaşı arvadını dəfələrlə oğlu və həyat yoldaşı ilə birgə fiziki təzyiqə məruz qoyub. Bütün bunları mətbuat konfransında nəql edən S.Seyfullayeva onu da bildirdi ki, öhdəsində xəstə uşaq olmasa idi bu qədər təhqirlərə və əziyyətlərə məruz qalaraq mücadilə etməzdi: “Amma Aysu kor, kar, lal və yeriyə bilməyən uşaqdır, onunla heç kimin evinə sığına bilmərəm. Başqa yerdə də qalmağa imkanım yoxdur. Əlacsızlıqdan onlarla çəkişmələrdəyəm”.
Sonda hüquq müdafiəçiləri bildirdilər ki, Faiq Seyfullayev bu cür çirkin, böhtan xarakterli əməllərini davam etdirsə, onlar Baş Prokurorluğa rəsmi müraciət edəcəklər. Onlar həmçinin qeyd etdilər ki, bu köməksiz ailəyə hüquqlarının təmin olunması üçün sona qədər hüquqi yardım göstərəcəklər.

Xəstə övladından imtina edən "ata" hüquq müdafiəçilərinə böhtan atır
Xəstə övladından imtina edən "ata" hüquq müdafiəçilərinə böhtan atır
Xəstə övladından imtina edən "ata" hüquq müdafiəçilərinə böhtan atır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Novella Cəfəroğlu ilə DSMF arasında məhkəmə davam edir

    Novella Cəfəroğlu ilə DSMF arasında məhkəmə davam ...

    19-04-2016, 01:13

  • 
  • Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu: Kəmalə Bənənyarlının videosunun yayılması hakimiyyətin işi deyil

    Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu: ...

    30-07-2014, 18:16

  • 
  • Veteran qadınları təhqir edən Cümşüd Nuriyevə sərt cavab verildi: - “Özü də, ətrafı da...”

    Veteran qadınları təhqir edən Cümşüd Nuriyevə ...

    27-11-2019, 13:00

  • 
  • Ölkənin tanınmış hüquq müdafiəçiləri prezident İlham Əliyevə müraciət etdilər

    Ölkənin tanınmış hüquq müdafiəçiləri prezident ...

    30-08-2017, 20:53

  • 
  • İşçi Qrupu siyasi məhbusların azadlığa çıxacağına inanır

    İşçi Qrupu siyasi məhbusların azadlığa çıxacağına ...

    31-10-2014, 17:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu