APA-nın məlumatına görə, bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı keçirdikləri mətbuat konfransında açıqlayıblar.
Hüquq müdafiəçiləri bildiriblər ki, AXCP fəalı K. Bənənyarlının gizli videoçəkilişi haqqında müəyyən araşdırmalar aparıb, müəyyən şəxslərlə görüşlər keçiriblər: “Həmin şəxslər də çox təəccübləndilər. Doğurdan da məlum oldu ki, bu hakimiyyətin sifarişi deyil”.
O da qeyd edilib ki, sözügedən videonun yayılmasına görə, K. Xəlilova məsuliyyəti öz ətrafında axtarmalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?