GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Jurnalistlərin şəkil qalmaqalı böyüyür: Mətbuat Şurasının İdarə Heyətinin üzvü öz yoldaşlarını söydü!

Jurnalistlərin şəkil qalmaqalı böyüyür: Mətbuat Şurasının İdarə Heyətinin üzvü öz yoldaşlarını söydü!

Tarix: 28-07-2015, 13:34 Bölmə :Ölkə Baxış: 0
Jurnalistlərin şəkil qalmaqalı böyüyür: Mətbuat Şurasının İdarə Heyətinin üzvü öz yoldaşlarını söydü!

Azərbaycan mətbuatını rəsmi və qeyri-rəsmi şəkildə idarə edən iki qurumun – Mətbuat Şurasının (MŞ) və KİV DDF-nin (KİV-ə Dövlət Dəstəyi Fondu) rəhbərliyində təmsil olunan şəxslər arasındakı qeyri-sağlam münasibətlər getdikcə sosial şəbəkələrə də sıçramaqdadır. Əksər media vasitələri mənzil, ad və digər mükafatlarla susdurulduğundan, bir hissəsinin də gələcək siyahılarda yer almaq gözlənti və ümidləri böyük olduğundan, bu mövzunun üzərindən sükutla keçirlər. Ancaq necə deyərlər, “cidanı çuvalda gizlətmək də olmaz”: hər iki qurumda təmsil olunan şəxslər arasında ciddi intriqa, ziddiyyət, hətta düşmənçilik münasibətləri mövcuddur və bu münasibətlər, gec-tez, media üzərində oynanılan oyunların indiyədək qapalı saxlanan bir çox məqamlarını ictimaiyyət üçün aşkarlayacaq. Baxmayaraq ki, hər kəsin susdurulduğu düşünülür, ancaq hələlik sosial şəbəkələr vasitəsilə üzə çıxan həqiqətlərin bir azdan daha böyük auditoriyalarda səslənəcəyi ehtimalı çox böyükdür. Çünki bu iki qurumun ədalətsiz rəftarıyla üzləşmiş xeyli sayda jurnalist var ki, sadəcə, abırlarına qısılıb susmağa və kənardan müşahidəyə üstünlük verirlər. Ancaq, şübhəsiz, səbrin də bir həddi var və hər an kiçicik damladan aşıb-daşa bilər. Xüsusən də o amili nəzərə alsaq ki, qədim yunan filosofu Aristotel deyirdi: "Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir"...

Mövzudan uzaqlaşmadan, qısaca olaraq deyək ki, MŞ və KİV DDF-də təmsil olunan və özlərini “media kapitanları” sayan (halbuki, bəzilərinin hərbi biletində açıqca “yararsız” yazılıb və üstəlik, heç “yefreytor” səviyyəsində də deyillər-red.) bu “baş redaktorlar”ın münasibətlərindəki qeyri-sağlam mühitə nəyin səbəb olduğunu biz bilmirik. Ancaq görünən odur ki, ortada “qaranlıq” çox şey var: bu, hansısa dövlət vəsaitlərinin çırpışdırılıb mənimsənilməsi uğrunda ənənəvi açıq-gizli rəqabət də ola bilər, bir-birini qəbul etməməzlik də, iddia və hikkə də, maraqların toqquşması da, kiminsə kimin yerinə göz dikməsi də... Hər nədisə, bir azdan gerçəklik üzə çıxacaq, hələliksə bu “media kapitanları"ndan birinin eyni qurumda təmsil olunduğu digər “səngər yoldaşı”na "açdığı atəş"ə baxaq.

Jurnalistlərin şəkil qalmaqalı böyüyür: Mətbuat Şurasının İdarə Heyətinin üzvü öz yoldaşlarını söydü!

Bəli, söhbət “Paralel” qəzetinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Tapdıq Abbasın bu günlərdə ardıcıl olaraq özünün facebook səhifəsində "öz çevrəsi" haqda yazdıqlarından gedir.

Xatırladaq ki, bir neçə gün əvvəl Tapdıq Abbasın ilk statusu ilə bağlı Strateq.az-da "Mətbuat Şurası İdarə Heyətinin üzvü nədən narazı qalıb? – Vicdanın ədalətsizliyə etirazı, yoxsa..." sərlövhəli yazı getmişdi.

Təsəvvür edin ki, yazı gedən gündən indiyədək MŞ və DDF “mənbə” axtarışına çıxıb - bizimlə əməkdaşlıq edən jurnalistləri saf-çürük edirlər. Bir adam demir ki, özünüzü yormayın, cənablar, mənbə elə özünüz, öz yazdıqlarınız, öz bulaşıq və çirkli keçmişiniz, qaranlıq fəaliyyətinizdir...

Jurnalistlərin şəkil qalmaqalı böyüyür: Mətbuat Şurasının İdarə Heyətinin üzvü öz yoldaşlarını söydü!

Mənbə axtaranlara isə Tapdıq Abbasın facebook-da yazdığı növbəti qeydlərini təqdim edirik: “Deməli, belə - belə işlər, dostlar, dünya həqiqətən çox sadə göründüyü qədər mürəkkəb, mürəkkəb göründüyü qədərdən də çətin olan keçməkeşlərin, dərin ziddiyyətlərin, qızğın ehtirasların toqquşduğu, naqisliyin, həsədin, nadanlığın, məkrin, dünya malı və mənsəb uğrunda hər şeydən keçənlərin göstərisi üçün əsil səhnə rolunu oynayır! Cənab Prezidentlə onun iqamətgahı qarşısında MŞ İH - nin üzvləri ilə birlikdə yanaşı şəkil çəkdirdiyimə indi lap çox şad olmuşam! Çünki soradan mənə məlum olub ki, Prezidentlə yanaşı dayanıb şəkil çəkdirdiyim üçün arxada məni xeyli müzakirə edib, haqqımda hədyan danışan bəzi şərəfsizlərin mənim yerimdə dayanıb şəkil çəkdirmək üçün gözlədiyi fürsəti onların əlindən almışam, o kəslərin ki, Prezidentlə şəkil çəkdirib, həmin şəkili bayaraq edib qap-qapı düşüb xeyli mal, mülk qazanmaq istəyən bəzi üzdəniraqların naqis məramına maneə olmuşam! İndi çox mutluyam!!!”.

Jurnalistlərin şəkil qalmaqalı böyüyür: Mətbuat Şurasının İdarə Heyətinin üzvü öz yoldaşlarını söydü!

Biz özünü “media nəhəngi” sayan bu "mutlu" baş redaktor Tapdıq Abbasın üslübunu, cümlə quruluşunu, yazılarında yol verdiyi səhvlərini bir kənara tullayaraq (baxmayaraq ki, bu, yazı-pozu adamı üçün çox vacib şərtdir - red.), ikicə məqama diqqət çəkməklə, hələlik fikirlərimizi yekunlaşdırmaq istəyirik:

1. Görün, bu “media kapitanları” nə gündədir ki, müharibə aparan bir ölkənin taleyüklü məsələləri, informasiya təhlükəsizliyi, medianın problemləri və s. qalıb bir yanda, bunlar hətta necə şəkil çəkdirmək – kimin harada, kimin yanında durmasının gərəkliyi üstündə bir-birini qıracaq qədər düşük müzakirələr, intriqalar aparırlar: deməli, bunların elementar siyasi mədəniyyət anlayışından, etiket qaydalarından, rəsmi və qeyri-rəsmi davranış normalarından belə, xəbərləri yoxdur;

2. Tapdıq Abbas özü etiraf edir ki, bu şəkil çəkdirənlər sırasında onun yerində dayanıb Prezidentlə şəkil çəkdirmək istəyən və sonra da bu şəkli qoltuğuna vuraraq qapı-qapı gəzib, mal-mülk toplayan “şərəfsiz” və “üzdəniraq”lar var. Bu, klassik “mətbu reketçiliyin” ən geniş yayılmış “priyomu”dur ki, Tapdıq Abbas bunu hədsiz dərəcədə dəqiqliklə və çox gözəl ifadə edib. Əla! Bəs, bu Mətbuat Şurası özü "reket"çiliyə qarşı mübarizə aparan qurum deyildimi? Əgər belə “şərəfsiz və üzdəniraq reketlər”i Prezident kabinetinədək və hətta onunla şəkil çəkdirməyədək aparıb çıxarırsınzsa, budurmu sizin “reket jurnalistikası”na qarşı mübarizəniz?!

Ayıbdır, vallah! Bir utanan sifətiniz olsun, barı, susun!!!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənlini Ziyalılar Forumunda təmsil olunanduğuna  görə  Mətbuat Şurasının tədbirlərinə dəvət etmirdilər”

    Cəmil Həsənlini Ziyalılar Forumunda təmsil ...

    12-07-2013, 00:44

  • 
  • "Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır"

    "Jurnalistlərin qədrini bilən adamlar təmsil ...

    7-04-2020, 20:43

  • 
  •  Əli Həsənovun qara günləri qabaqdadır... - Amaşov və Səfərli “xaç atalarının” adını dilə gətirməyə məcbur olacaqlar

     Əli Həsənovun qara günləri qabaqdadır... - ...

    8-05-2020, 16:41

  • 
  • Mətbuat Şurası KİV-i cəbhə xəbərləri ilə bağlı diqqətli olmağa çağırıb

    Mətbuat Şurası KİV-i cəbhə xəbərləri ilə bağlı ...

    2-04-2016, 13:48

  • 
  • Mətbuat Şurası “reket” KİV-lərlə  mübarizəyə DTX, Prokurorluq və DİN-i cəlb edir – Yeni layihə

    Mətbuat Şurası “reket” KİV-lərlə mübarizəyə DTX, ...

    10-04-2017, 13:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu