GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Saakashvili rüşvəti necə kəsdi?

Saakashvili rüşvəti necə kəsdi?

Tarix: 28-07-2015, 13:47 Bölmə :Ölkə Baxış: 0
Saakashvili rüşvəti necə kəsdi?

Gürcüstanın prezidenti Mikheil Saakashvili Ukraynanın «Bulvar Qordana» həftəliyinə müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

«GÜRCÜSTANDA NAZİRLƏRİN ƏN CAVANI 28, QOCASI 40 YAŞINDADIR»

- Zəhmət olmasa, deyin, bu doğrudur ki, Gürcüstan hakimiyyətində faktiki olaraq 40 yaşdan yuxarı şəxs yoxdur?

- Doğrudur, yaşı 40-dan çox olan yalnız Xarici İşlər naziri Grigol Vashadzedir. Onu da 1988-ci ildə SSRİ Xarici İşlər Nazirliyində işdən qovublar. Çünki partiyanın toplantısında Sovet İttifaqının gələcəyi barədə fikirlərini Qorbaçovun üzünə demişdi. Əgər onu nəzərə almasaq, mən indiki komandanın ən yaşlı adamıyam. Komanda üzvlərinin heç biri, faktiki olaraq, SSRİ zamanında vəzifədə olmayıblar. Mən özüm, məsələn, Sovet İttifaqı canını tapşıranda beşinci kursda oxuyurdum. Hələ bizdə elə nazir var ki, 27-28 yaşındadır. Heç vaxt pioner olmayıb, onların yadına da gəlmir ki, SSRİ zamanında həyat necə idi.

- Bu yaşda naziri təsəvvür edə bilmirəm... və heç problem də çıxmır?

- Əksinə, belə daha yaxşıdır. Çünki cavan adamlar sovet nomenklaturasının doqmaları ilə xəstələnməyiblər. Mən də tez-tez nazirliklərə gedirəm, 30-40 nəfərlə müzakirələr aparırırq, hamısı da gənc.

- Mənim bildiyimə görə, Gürcüstan hakimiyyəti, faktiki olaraq, tamamilə ABŞ və İngiltərə universitetlərini bitirmiş gənclərdən təşkil edilib.

- Bəli, amma vəzifə seçimləri yalnız Qərb təhsili əsasında edilməyib. Sadəcə olaraq, bu şəkildə alınıb. Gürcüstanda ali təhsil məktəbləri korrupsiyaya uğramışdı. Ona görə istər-istəməz oxumağa xaricə gedirdilər.

Sizcə, məmurlar İlham Əliyevin sözünü eşidirlər?​


- Siz çoxlu hökumət qurumunu, onlarla qərarverici funksiya daşıyan təşkilatı ləğv etdiniz. Bu, nə qədər faydalı oldu?

Özünüz nəticə çıxarın. Tutaq ki, biz sanitar-epidemioloji stansiyanı bağladıq. İndi heç kim gedib restoranların mətbəxində tarakan olub-olmadığını yoxlamır. Yəni, bu stansiya vardı deyə həmin tarakanlar az idi? Hamımız yaxşı bilirik ki, həmin stansiyanın həkimləri sadəcə olaraq gedib restoranlardan pul yığırdılar. Bunun əvəzinə yaxşı olardı ki, restoran sahibləri həmin həkimlərə verdikləri pulu elə mətbəxlərini təmiz saxlamağa xərcləsinlər. Yəni, indi sahibkar işə sərf etməli olduğu pullarını ikiayaqlı tarakanlara – dövlət məmurlarına xərcləmir.

- Bəs, yanğınsöndürmə xidmətinin işi niyə Sizi qane etmirdi ki, onu da ləğv etdiniz?

- Yəni, indi yanğın təhlükəsizliyi idarəsi heç kimi yoxlamır deyə yanğınlar daha çox olur? Ağlı üstündə olan hansı sahibkar istəyər ki, oturduğu bina onun başına uçsun? Əlbəttə, normal işləyən, əhalini yanğından mühafizə edən yanğınsöndürənlər, onun sağlamlığının keşiyində duran sanitar stansiyalar yaxşıdır. Amma bu işlərdən əsər-əlamət qalmamışdı.

Mənim böyüdüyüm yerdə çox varlı bir qonşumuz vardı. Hansısa dövlət standartları idarəsində rəisin müavini idi. Gürcüstana hansısa malın gətirilməsinə icazə verirdi. Kimsə ona 10, bir başqası 20 «yaşıl» verirdi. O da həmin pulların hesabına ayda üç min, bəlkə daha çox pul toplayırdı. Yalnız ona görə ki, hansısa kağıza qol çəkirdi. Bunların hamısı xüsusi olaraq belə təşkil edilmişdi...

- ... ki, rüşvət yığılsın...

- Bəli, ölkə inkişaf etməsin.

- Siz də bütün bu idarələri qəsdən yığışdırdınız?

- Bəli, idarənin özünü ləğv etmədən, orada rüşvətin qarşısını almaq küləyə qarşı hərəkət etmək kimi bir işdir. Başqalarının qanını sormaqdan başqa heç bir işi olmayan dövlət məmurlarının hamısını yaxşıları ilə əvəz etmək mümkün deyil. Bu qədər düzgün işləyən əvəzləyici adamı hardan tapasan?

- Siz gömrüyə də kameralar quraşdırdınız...

- Təkcə bu deyil, sərhəd keçid məntəqələrimizin Avropa standartlarına uyğun olmasına çalışırıq. Artıq Azərbaycan və Ermənistanla sərhədlərimizdə yeni buraxılış məntəqələri açmışıq. Türkiyə ilə sərhəddə də belə məntəqələr yaratmağı planlaşdırırıq.

Praktiki olaraq, bütün maşınlar (bəzi istisnalar olmaqla) sərhədi ləngimədən keçəcəklər. Sürücü heç maşından düşmədən pəncərədən pasportunu təqdim edib, yoluna davam edəcək.

«AZƏRBAYCANDAN, ERMƏNİSTANDAN GƏLƏNLƏRİ RÜŞVƏT VERMƏYƏ GÖRƏ HƏBS ETDİK»

Mən bunun nə demək olduğunu çox yaxşı bilirəm. Ukrayna-Slovakiya və Ukrayna-Macarıstan sərhədində əsgərlikdə olmuşam. Maşınların elə yalnız zarafata saxlandığını, sürücülərin ələ salındığını görmüşəm. Çox vaxt, heç pul almaq qalsın bir kənara, sərhədçilərlə gömrük arasında hansısa bürokratik proseduraya görə maşınlar saatlarla gözləyir, sadə vətəndaşlar əziyyət çəkirdi.
Bizdə SSRİ-nin bu kimi qalıqları artıq yoxdur. Üç il əvvəl mən sərhəd polisini tam tərkibdə dəyişib ora tamamilə yeni adamlar gətirdim.

- Həm də yüksək maaşla?

- Şübhəsiz. Niyə? Birincisi, onlar daha layiqli görünməlidirlər. Yekəqarın, qırmızıyanaq adamlar gəlib-gedənlərə müştəri kimi baxmamalıdır. Onlar dövlət qulluqçularıdır, öz dövlətlərini təmsil edirlər. Ona görə də yaxşı geyinməli, gülümsəməlidirlər. Gülümsəmək və mehribanlıq olduqca vacibdir. Bu da Sizə fərq, mədəniyyət fərqinə özünüz baxın.

Ermənistandan, Azərbaycandan bizim ölkəmizə gələnlər avtomatik olaraq pasportlarının arasına pul qoyurdular. 5, 10, 15, sonra 20 dollar qoyub adına da «bəxşiş» deyirdilər.

Daxili İşlər naziri onda mənə dedi: «Yaxşı, bir müddət əməkdaşları bu şirnikləndirici vəziyyətdən qoruya biləcəyik. Amma hamı pasportunun arasına pul qoysa, iki-üç aydan sonra onları saxlamaq mümkün olmayacaq. Nəsə fikirləşmək lazımdır».

Biz əvvəlcə sərhəd-keçid məntəqələrinə plakatlar vurduq ki, pul vermək olmaz, bu qanunla qadağandır. Xeyri olmadı. Onda məcbur olduq, pul verənləri 24-48 saatlığa həbs edək. Çox böyük səs-küy yarandı, həmin ölkələrin səfirləri üstümüzə gəlirdi ki, bəs kasıb, yazıq qadını da saxlamaq olar? Razıyam, bu, çox pis iş idi, amma belə kəskin tədbirlər öz nəticəsini verdi. Üç-dörd həftədən sonra daha heç kim pasportunun içinə pul qoyub bizim məmura uzatmırdı, hamı bilirdi ki, bizdə bunu etmək olmaz!

- Gürcüstanda maşınların texniki baxışdan keçirilməsi tələbi həqiqətən aradan qaldırılıb? Yəni doğrudurmu ki, indi maşını alan adam onun sənədləşdirmə işlərinə cəmi 20 dəqiqə vaxt sərf edir?

- Bəli, doğrudur. Mən hələ parlamentdə müxalifətdən deputat olanda bilirdim ki, bütün maşınlardan yalnız eyni idarədə (əlbəttə, bu da Daxili İşlər nazirinə yaxın idarə idi) texniki baxışdan keçməlidirlər. Bu xidmət də çox baha idi. Bizim eksperiment onu göstərdi ki, bu xidmətin ləğv edilməsi heç də pis nəticə vermədi. Hansı sürücü xarab maşını sürmək istəyər? Heç kim!

- Bəs o da düzdürmü ki, Siz bir neçə saatın içində Gürcüstanda dövlət yol polisini ləğv etdiniz?

- Bəli, 2004-cü ildə biz bir neçə ay yol polisində islahatlar aparmağa çalışdıq. Sonra gördük, bir nəticə vermir, ona görə həm yol polisini ləğv etdik, həm də o biri polisin sayını 80 faizə qədər azaltdıq. Qərarı verəndə bahar idi və hamı deyirdi ki, yayda ölkədə xaos başlayacaq, maşınlar bir-birinə dəyəcək, sadə vətəndaşların evləri qarət olunacaq, hər şey alt-üst olacaq, ümumiyyətlə tam fəlakət olacaq. Amma heç nə baş vermədi. Məlum oldu ki, polis özü elə problemin bir hissəsidir, onun həlli deyil. Hardasa, dörd-beş ay bizdə bu şəkildə davam etdi.

ən dəqiq bilirdim ki, polisin özü cinayətkar aləmin bir hissəsinə çevrilib. Hətta parlamentdə komissiya sədri olanda evimin zirzəmisində oğurluğa görə polisə müraciət edəndə, polis mənə məsləhət gördü ki, özüm oğruların başçısı ilə dil tapım. Hətta, bir axşam zəng etdilər ki, restoranlardan birində görüşünüzü təşkil edə bilərik. Qulağıma inana bilmirdim! Real olaraq, polis belə işləyirdi, bu cinayətkar sistemin bir hissəsi idi. Ona görə də onların hamısı qovuldu. İndi statistikaya baxsanız, polisdə işləyənlərin 95 faizi yeni kadrlardır.

- Həm də yüksək maaşlarla?

- Bəli, maaşın miqdarı müxtəlif faktorlardan asılıdır. Məncə, hazırda orada aşağı maaş 400 dollardır. Amma 1000, 1500, hətta 3000 dollar maaş alanlar da var.

- Üstəlik sosial ödənişlər...

- Və üstəlik sığorta. Bundan başqa, onlar yaxşı maşınlarda gəzir, yaxşı geyimləri, etibarlı silahları var. Gözəl ofislərdə otururlar. İndi bizdə pis vəziyyətdə polis məntəqəsi, prokurorluğun, məhkəmələrin uçuq-sökük binaları qalmayıb. İki ildən sonra, praktiki olaraq, ölkədə kondisioneri, isitmə sistemi olmayan dövlət təşkilatı binası qalmayacaq. Əgər kabinet işıqlı və ətraf yalnız şüşələr olarsa, hər şey şəffaf olacaq.

- Gürcüstanda deyirlər ki, nə partul xidməti, nə yol polisi, nə də adi polis rüşvət götürmür...

Bəli, elədir. Çoxlu başqa hallar da danışırlar. Məsələn, hansısa qadın açarı evdə qalır, polisə zəng edir. Üç nəfər gəlir, onu götürüb aparırlar işə - ərinin yanına, açarı ərindən alıb qayıdırlar geri, qapını açırlar.

- Rüşvət almağa görə Gürcüstanda həbs cəzası neçə ildir?

- Çox... altı ildən, doqquz ilə qədər. Özüm də tez-tez televiziyada rüşvətə görə ittiham olunan vəzifəli adamlar haqqında məlumatları izləyirəm.

- Nə baş verir, onları işdən çıxarırsınız?

- Mütləq. Getdikcə rüşvətin səviyyəsinin azalması məni sevindirir. Əlbəttə, hər cür adam var. Bəziləri deyir ki, Gürcüstanda indi də korrupsiya yuxarı səviyyələrdə qalıb. Tamamilə cəfəngiyyatdır. Əgər burada korrupsiya olsa, mütləq aşağılarda da (əslində «aşağı» sözünü düzgün saymıram) olacaq. Korrupsiya bütün hakimiyyət strukturlarına yayılır, onun sistemdə bir tərəfə yayılıb, o biri tərəfdə olmaması mümkün deyil.

Yarımhamilə olmaq mümkün olmadığı kimi, bu da mümkün deyil. Sistemdə virus varsa, o tezliklə yayılacaq.

Siyasi iradə olanda hər şeyi həll etmək mümkündür. Biz hakimiyyətə təzə gələndə polisin maaşı 20 dollar idi. Amma polis əməkdaşları heç bu pulu götürmürdülər də. Sadəcə maaş cədvəlinə qol çəkirdilər, maaşları rəsilər özlərinə götürürdü. Bundan savayı, aşağıdan-yuxarı hamı aylıq haqq verirdi. Yəni, bu doğru idi?

Mən seçiləndə, gördüm ki, prezidentin maaşı 40 dollara yaxındır. Soruşuram: «Məndən əvvəlki prezident bu pula necə yaşayırdı?», «Bax, belə yaşayırdı». Hələ andiçmə mərasimi olanadək Davosa iqtisadi foruma getmişdim. Onda mənə sutkaya 10 dollar sutkalıq xərc yazırdılar. Onda hiddətlə dedim ki, orda bir fincan kofenin neçəyə olduğundan xəbəriniz var? dedim, hətta prezidentin xərclərinin büdcədən ödənməsinə baxmayaraq, bu səfərə mənə beş min dollara qədər pul lazımdır, başqa cür mümkün deyil.

Bütün səviyyələrdə bu cür vəziyyət vardı. Ona görə, fikirləşdik ki, heç olmasa, əvvəlcə polisə, vergi məmurlarına, deputat və nazirlərə yaxşı maaş ödəməliyik, sonra da başqalarına. Əgər bunun nəticəsində vergilərin ödənməsi 40 faiz artsa, demək, biz doğru istiqamətdəyik. Birinci il vergi ödənişləri üç dəfə artdı. Bəzi hallarda bu ödənişlər 16-17 dəfə artmışdı. Bunun hesabına vergilərin dərəcələrini 60 faizə qədər endirdik. Niyə? Çünki iqtisadiyyatı leqallaşdırmaq lazım idi.

İndi Gürcüstanda iqtisadiyyat demək olar ki, qanunidir. Bizdə siyasətdə varlı adamlar yoxdur. Mənə sual verirlər: «Bunun sirri nədir?» Yox, bizdə varlı deputatlar var. Amma birincisi, onların sayı azdır, ikincisi, onların pulları birbaşa deputat fəaliyyətləri ilə bağlı deyil. Məncə, hakim partiyanın beş nümayəndəsi korrupsiya ittihamı ilə həbs edilib, bir neçə nazir, nazir müqvinləri məhkəməyə çəkilib.

Korrupsiyanın vəziyyətini parlamentin, ya da hökumət evinin qarşısındakı bahalı maşınların sayı ilə asanlıqla müəyyən etmək olur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qorbaçov SSRİ-nin bərpsından danışdı

    Qorbaçov SSRİ-nin bərpsından danışdı ...

    11-03-2013, 10:19

  • 
  • Saakashvili-nin xanımı parlament seçkilərinə qatılır

    Saakashvili-nin xanımı parlament seçkilərinə ...

    19-08-2016, 18:09

  • 
  • Siyasi Büro üzvü Yakovlev Yerevanda dedi: “Dərhal Dağlıq Qarabağı Azərbaycandan götürün…” - SERGEY BABURİN SSRİ-Nİ DAĞIDANLAR HAQDA

    Siyasi Büro üzvü Yakovlev Yerevanda dedi: “Dərhal ...

    12-12-2019, 19:33

  • 
  • Mustafa Cemilev: “Dağlıq Qarabağ münaqişəsinə görə Qorbaçov şəxsən məsuliyyət daşıyır”

    Mustafa Cemilev: “Dağlıq Qarabağ münaqişəsinə ...

    23-05-2016, 16:57

  • 
  • SSRİ-nin baş naziri Bakıya qoşun yeridilməsinin gizlinlərini açdı

    SSRİ-nin baş naziri Bakıya qoşun yeridilməsinin ...

    26-09-2014, 15:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu