GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Saatlının fironu: İlham Quliyevdən İlham Əliyevə şikayət

Saatlının fironu: İlham Quliyevdən İlham Əliyevə şikayət

Tarix: 28-07-2015, 19:30 Bölmə :Ölkə Baxış: 0
Saatlının fironu: İlham Quliyevdən İlham Əliyevə şikayət

2010- cu ilin yazında baş vermiş Kür daşqınları zamanı su basmaya məruz qalmış Saatlı rayonu Novruzlu kənd sakini Cahangirova Xanım dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətin diqqət doğuracağını nəzərə alıb, gundemxeber.az olaraq onu olduğu kimi diqqətinizə çatdırırıq;
“Cənab prezident, Sizin tədbirlərdə, görüşlərdə vətəndaşlara problemlərini bildirməyi və tədbir görüləcəyi fikrinizi əsas tutub bildirirəm ki, Saatlı rayonunda problemlər baş alıb gedir. Bu problemləri saymaqla qurtaran deyil. Belə ki, rayonda işsizlik problemi, vətəndaşlara sosial yardımın verilməsi, içməli su, qaz, işıq, kənd yollarının bərbad vəziyyətdə olması, səhiyyə, təhsil, mədəniyyət, bölgələrin inkişafı ilə bağlı nəzərdə tutulan dövlət proqramının həyata keçirilməsində və s.- də ciddi problemlər var.
Qeyd etmək istəyirəm ki, Saatlı RİH başçısının birinci müavini İlham Quliyev Saatlı rayonunda at oynadır. İ. Quliyev deyir ki, rayonun başçısı da mənəm, rəisi də, məhkəməsi də… Hətta İ. Quliyev RİH başçısına da yalan məlumatlar verib onu inandıra bilir. Saatlı rayonunda hər bir vətəndaş bilir ki, həftənin 5- ci günü RİH başçısının qəbul günüdür. Qəbula gələn vətəndaşlar başçı ilə görüşmək ümidi ilə gəlsələr də qəbulda İ. Quliyevi görürlər. İ. Quliyev qəbula hər həftə gələn vətəndaşlarla ünsiyyətdə kobud rəftarı ilə yadda qalıb. Onun vətəndaşlarla kobud rəftarına qarşı irad bildirənləri isə “gözü çıxmış qardaşından dərs götürməyi” istehza ilə məsləhət görür. Belə ki, bir ay ərzində hər həftə qəbula gələn və ya Sizə problemlərini yazılı şəkildə bildirən vətəndaşları hüquq mühafizə orqanlarına zəng etməklə qarşısı alınır. Əgər araşdırma aparılsa Saatlı RİH- də problemlərinin həll olunması üçün müraciət edən vətəndaşların hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirilməsinin şahidi olarıq.
Cənab prezident, rayonda olan problemlər və İ. Quliyevin qanunsuz hərəkətləri ilə bağlı oğlum Cahangirov Rövşən Gülağa oğlu keçən ay Sizə etdiyi müraciətlə bağlı 15 iyul 2015- ci il tarixdə 070 347 75 75 saylı mobil nömrədən zəng edərək məhkəməyə çağrılıb. Məhkəmənin hakimi Şahin Quliyev oğluma bildirib ki, onun prezidentə ünvanladığı məktubunda şərəf və ləyaqətinin təhqir olunduğunu bildirən birinci müavin İ. Quliyev məhkəməyə müraciət edib. Maraqlıdır beş nəfər ailə üzvümüzn heç birinin işlə təmin olunmaması, nəvələrimi və oğlumun ailəsini aldığım pensiya ilə saxlamağım, imkansızlıq ucbatından elektrik sayğacına işıq pulu yükləyə bilməməyim, bizim ailəmizin yaşayış tərzinin ibtidai icma qurluşunda yaşayan insanlardan fərlənməməsi və s. bu hallar nəinki oğlumun, hətta bütün ailəmizin şərəf və ləyaqətinin təhqir olunması deyilmi? Üstəlik məhkəmə hakimi İ. Quliyevin hansı xüsusiyyətlərinə görə onun maraqlarından çıxış edir? Deməli Saatlı rayonunda olan idarə rəhbərləri İ. Quliyevin razılığı olmadan daşı daş üstünə qoya bilməz.. Birinci müavinin istehza ilə dediyi “bu rayonun başçısı da mənəm, rəisi də, məhkəməsi də” ifadəsi öz təsdiqini tapır.
Əlavə olaraq qeyd edim ki, İ. Quliyev dövlət vasitəsilə özünə biznes qurmağı da yaddan çıxarmayıb. Dövlət vəsaiti ilə biznes quran birinci müavin nəinki Azərbaycanda, hətta Türkiyədə belə gələcəyi üçün gün ağlamağı yaddan çıxarmayıb. Əgər obyektiv araşdırma aparılsa İ. Quliyevin il ərzində gömrük və sərhəd xidmətindən neçə dəfə istifadə etməsinin şahidi olacaqsınız.
Cənab prezident, problemlər çoxdur, həll edən isə yoxdur. Əgər vətəndaş Sizə problemləri çatdırırsa və bunun nəticəsində birinci müavin tərəfindən məhkəməyə müraciət edilib məhkəmə hakimi də deyirsə ki, get özünü öldür, biz beş ailə üzvü ilə birlikdə təhlükəsizliyimizin təmin olunması üçün Sizdən sığınacaq istəyirik.
Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən ...

    17-10-2015, 13:28

  • 
  • Saatlı sakinləri nədən GİLEY EDİR?.. - "Pul ayrılsa da..."

    Saatlı sakinləri nədən GİLEY EDİR?.. - "Pul ...

    14-06-2021, 10:35

  • 
  • Saatlı rayonu satışa çıxarılıb?

    Saatlı rayonu satışa çıxarılıb? ...

    13-06-2013, 15:20

  • 
  • Saatlının dərdi var, Saatlı xəstədir... - GİLEY

    Saatlının dərdi var, Saatlı xəstədir... - GİLEY ...

    12-02-2020, 15:44

  • 
  • Ziya Məmmədovun Saatlı görüşündə rüsvayçılıq: tərifə görə 100 manat...

    Ziya Məmmədovun Saatlı görüşündə rüsvayçılıq: ...

    30-11-2014, 20:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu