GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “TÜRKİYƏ SURİYAYA HÜCUM EDƏCƏK, ƏSƏD QAÇACAQ” – Rəsul Quliyev

“TÜRKİYƏ SURİYAYA HÜCUM EDƏCƏK, ƏSƏD QAÇACAQ” – Rəsul Quliyev

Tarix: 31-07-2015, 00:15 Bölmə :Ölkə Baxış: 0
“TÜRKİYƏ SURİYAYA HÜCUM EDƏCƏK, ƏSƏD QAÇACAQ” – Rəsul Quliyev

AzPolitika.info Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyevlə müsahibəni təqdim edir.

- Rəsmi Ankaranın çağırışıyla toplanan NATO-nun iclasından sonra qurumun rəhbəri Türkiyəni müdafiə edən bəyanat verib. Bir çox müşahidəçilər bunun Suriyanın işğalı üçün zəmin ola biləcəyini düşünürlər. Sizcə, bu mülahizə nə qədər doğrudur?

– NATO-nun iclasının toplanmasında heç bir qeyri adilik yoxdur. Hansısa bir üzvün tələbi ilə iclasın keçirilməsi nizamnamədə öz əksini tapıb. Bu toplantısız da NATO ölkələri, xüsusilə ABŞ artıq yarım ildir İŞID-lə müharibə aparır və İraqın işğal olunmuş torpaqlarının 20 faizi artıq azad edilib. Yəni İŞİD-lə müharibə Türkiyəli və ya Türkiyəsiz, davam etdiriləcəkdi. Türkiyənin bu əməliyyatlarda yer alması həmin coğrafiyada qurulacaq yeni siyasi sistemin onun əleyhinə çevrilməsinin qarşısını ala bilərdi. Fikrimcə, Türkiyənin bu addımı onun öz dövlət maraqlarının ortaya qoyduğu zərurətlərdən irəli gəlir.

- Belə bir fikir də var ki, son zamanlar Türkiyə sərhədlərində baş verənlər, əslində qardaş ölkəni Suriyaya çəkmək üçün qurulmuş ssenari idi və buna nail olundu. Bundan sonra kürd separatizmini dəstəkləyən qüvvələr onun arxasından çəkiləcək. Bu hadisələr ABŞ-dan necə görünür?

– Türkiyə istəsə də, istəməsə də qonşu ölkələrdəki mövcud proseslər baş verdiyi andan etibarən bu proseslərin içinə çəkilmişdi. Ortaq tarixi keçmiş və müştərək mənəvi-mədəni dəyərlər yaxın qonşularında yaşanan hadisələrin ona təsir göstərməsini şərtləndirir. Türkiyə bu proseslərə laqeyid qala bilməzdi və qalmırdı da. Odur ki, xüsusilə son zamanlar baş verənlərin Türkiyəni Yaxın Şərq probleminin mərkəzinə çəkmək məqsədi daşıdığı mülahizəsiylə razılaşmıram. Bilirsiniz ki, bölgə dövlətləri üçün artıq təhdid halına çevrilmiş “xilafət” iki ölkədə – İraq və Suriyada yerləşir və təbii ki, onları bu ölkələrdən təmizləmək lazımdır. NATO-nun üzvü olan Türkiyə hər iki ölkə ilə sərhəddədir və özünün strateji məqsədləri vardır. Türkiyə İraqdakı şiələrin hökumətinə alternativ, Suriyada sünnü höküməti yaratmaq istəyir – şiələrlə, ələviləri qıraqda qoymaq istəyir. Qərb bu siyasətin işləməyəcəyinə əmindir. Suriyada yaşayan kürdlər isə hadisələrin inkişafına sünnülük-şiəlik müstəvisindən yox, müstəqil dövlət qurmaq, heç olmazsa muxtariyyatlıq almaq şərtilə Əsəd rejimi ilə vuruşmağa hazırdır. Bu isə Türkiyə üçün ən böyük təhlükədir, ona görə indi Ankara İŞID-dan çox kürd separatizmindən qorxur. Çox ehtimal ki, HATO silahlı qüvvələri, Liviyadakı kimi, hava hucumları ilə Türk quru qoşunlarının irəliləməsinə şərait yaradacaq. Bəşər Əsədin istefa verib ölkədən qaçması reallaşan kimi, (Onun qaçmağa ancaq bir yeri var – Rusiya!) Türk qoşunları hucumu dayandıracaq. Ölkədə sünnü, şiə və kürd nümayəndələrindən müvəqqəti hökumət yaradılacaq, ölkəni İŞID-çılərdən təmizləyənə qədər müvəqqəti hökumət işini davam etdirəcək. Yeni konstitusiyada şiə və kürdlər üçün kabinetdə vəzifələr nəzərdə tutulacaq. Belə bir ssenari ilə hadisələr davam edəcək. Türklər məqsədlərinə nail olmasalar da, təhlükəli İŞİD-çilərdən canlarını müvəqqəti qurtara biləcəklər. Kürd məsələsini isə uzun sürən danışıqlarla uzatmaq mümkün olacaq.

- Kürd separatçılarının mənafeyindən çıxış edən HDP lideri Səlahəddin Dəmirtaş, iyulun 29-dakı açıqlamasında PKK-nın silahları buraxması məsələsində tam razılığa gəldikləri zamanda Ankaradan sərt açıqlamalar gəldiyini deyib. Onun fikrincə, AKP hakimiyyətinin özü problemin sülh yoluyla həllində maraqlı deyil. Niyə bu problemin həllini heç kimsə arzulamır?

– AKP hakimiyyətinin kürd separatçıları ilə danışıqlar aparıb, onlara istər Suriyada, istərsədə Türkiyədə muxtariyyat verilməsiylə razılaşması “Böyük Kürdüstan”ın yaranmasında mühüm rol oynaya bilərdi. Bu da Türkiyənin torpaq bütünlüyünü təhdid edirdi. Ankaranın bu mövqedən gec və ya tez geri çəkilməsi lazım idi. HDP liderinin çıxışına nəzər salsanız, görərsiniz ki, o da danışıqların son anında hakimiyyətin geri çəkildiyini, PKK-nin artıq bütün məsələlərdə razılığa gəldiyi və silahları buraxmaq istədiyi zaman hər şeyin tərsinə çevrildiyini etiraf edir. Dəmirtaş bildirib ki, Türkiyənin bu mövqeyi PKK liderlərini belə təəccübləndirdi. Əslində burda təəccüblü heç nə yox idi. Rəsmi Ankaranın Suriyada vətəndaş müharibəsi başlananda – 4 il öncə tutduğu mövqe, atdığı addım tələsik verilmiş qərar idi və Türkiyənin dövlət maraqlarına cavab vermirdi. AKP hakimiyyəti çıxdığı səhv yoldan geri qayıtmağa məhkum idi və bunu da etdi. Amma bu səhvlərin ağır nəticələri də olacaq. Türkiyə AKP-nin böyütdüyü problemləri ortadan qaldırmaq üçün xeyli əziyyət çəkəcək.

- Səlahəddin Dəmirtaş bu hadisələrin arxasında Türkiyə “dərin dövləti”nin dayandığını bildirib. Doğrudanmı “dərin dövlət” əfsanələri həqiqətdir? Dövlətləri idarə edən “gözəgörünməz” qüvvələr var?

– Mən dünyanı idarə edən ilahi qüvvə, masonizm, “dərin dövlət” və sair fantaziyalara, miflərə, əfsanələrə inanmadığım üçün bu sualınızı qeyri-ciddi hesab edirəm.

- Amma bunu biz yox, kürd separatçılarının siyasi təşkilatının-HDP-nin lideri Səlahəddin Dəmirtaş deyir…

– Olsun. Səlahəddin Dəmirtaşın hər sözü doğrudur, deyə bir şey yoxdur ki. Dövlətlər hansısa qüvvələr tərəfindən deyil, öz maraqları ilə idarə olunurlar. Bəzi addımları atmaq o maraqlar baxımından vacib şərtə çevrilir və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, o addım atılır. Dövlət maraqlarını isə onun geopolitik mövqeyi, iqtisadi, hərbi gücü və bu komponentlərin tələbləri, əhalinin sosial-mənəvi xarakteri, ittifaqda olduğu blokların tələbləri və sairə kimi bir sıra amillər müəyyənləşdirir. Bəzən biz bu amilləri bilmədiyimizə görə miflər uydururuq. Ümumiyyətlə insan anlamadığı proseslərlə qarşı-qarşıya qalanda əfsanə uydurmaq qabiliyyətini ortaya qoyur. Bütün miflərin yaranma səbəbi məlumatsızlıqdır. İnsan oğlu hər şeyin rahatına qaçır. Anlaya bilmədiyi hadisələrin gerçək səbəbini araşdırmaq çətin olduğundan daha rahat yola baş vurur və əfsanələr yaradır. Hesab edirəm ki, “dərin dövlət” “masonçuluq” və sairə kimi miflər də bu cür bilgisizlikdən törəyən əfsanədir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Ərdoğan NATO-dan qovulsun!"

    "Ərdoğan NATO-dan qovulsun!" ...

    25-02-2016, 12:48

  • 
  • “Türkiyə “S-400″lər və “F-35″lərdən daha əhəmiyyətlidir” – NATO-nun baş katibi

    “Türkiyə “S-400″lər və “F-35″lərdən daha ...

    18-07-2019, 11:20

  • 
  • ABŞ-dan Suriyada durumla bağlı açıqlama

    ABŞ-dan Suriyada durumla bağlı açıqlama ...

    21-01-2018, 23:46

  • 
  • Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun kənarında” olduğunu bildirib

    Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun ...

    8-11-2019, 09:46

  • 
  • İŞİD Türkiyənin cənubunu ələ keçirir

    İŞİD Türkiyənin cənubunu ələ keçirir ...

    27-08-2015, 23:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu