Menendezin layihəni bir anda gündəmə gətirməsinin sürpriz olduğu deyilir
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma erməni soyqırımı barədə qətnamə layihəsini qəbul etməsi yeni faktların məlum olmasına yol açıb. Türkiyə hökumətinə qarşı paralel hökumətin ölkəni qaralama kampaniyası yerli seçkilərdən sonra xaricdə də davam edir. Paralel hökumətin ABŞ-dakı əsas qurumu olan Türk Amerikan Birliyinin (TAB) 10 apreldə 12 səsə qarşı 5 səs çoxluğu ilə qəbul edilən erməni layihəsini hazırlayan və ABŞ Konqresi tərəfindən tənqid edilən senator Robert Menendezi qonaq etdiyi məlum olub. ABŞ senatının Xarici Əlaqələr Komitəsinin təsdiqlədiyi 1915-ci il hadisələriylə əlaqədar iddiaların olduğu layihəni hazırlayan Menendez səsvermədən bir gecə əvvəl TAB-nın təqdimat mərasimində iştirak edib. Menendezin layihəni bir anda gündəmə gətirməsinin sürpriz olduğu deyilir. Nümayəndələr palatası və Senatda hansısa bir hazırlıq olmadığı üçün diplomatik dairələr, layihənin bu il gündəmə gəlməsini gözləmirdilər. Son iki həftədə Türkiyədə yaşanan bəzi proseslərin Menendezi bu hərəkəti etməyə vadar edib. ABŞ-dakı "Camaat"a yaxın adlar isə bu əlaqənin ortaya çıxmasından sonra sosial şəbəkədə özlərini müdafiə etməyə çalışıblar. ABŞ-ın Nyu Cersi ştatının kongres üzvü, Demokrat Partiyadan olan senator Menendez erməni məsələsi mövzusunda Türkiyə və Azərbaycana yönəltdiyi ağır ittihamlarla gündəmə gəlib.
Soldakı: erməni soyqırımı layihəsini gündəmə gətirən Menendez
Sağdakı: Paralel hökumətin ABŞ-dakı əsas qurumu olan Türk Amerikan Birliyinin sədri Furkan Koşar
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?