GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » KƏLBƏCƏRIN ICRA BAŞÇISINA 300 MIN MANATLIQ RÜŞVƏT ITTIHAMI

KƏLBƏCƏRIN ICRA BAŞÇISINA 300 MIN MANATLIQ RÜŞVƏT ITTIHAMI

Tarix: 4-08-2015, 11:42 Bölmə :Ölkə Baxış: 0
KƏLBƏCƏRIN ICRA BAŞÇISINA 300 MIN MANATLIQ RÜŞVƏT ITTIHAMI

Rayon sakini Əli Bayramov: “Aqil Məhərrəmov pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş söyməkdən belə çəkinmirdi”
Kəlbəcər köçkünü Əli Bayramov rayonun icra başçısı Aqil Məhərrəmovu ondan külli miqdarda rüşvət almaqda ittiham edir. O iddia edir ki, başçı rüşvət kimi aldığı pulu qaytarmamaq üçün oğlu Qalib Bayramovun həbsinə nail olmaq və bununla onu puldan imtinaya məcbur etməyə çalışır. Redaksiyamıza təşrif buyuran Ə.Bayramov deyib ki, icra başçısı onu aldadıb pulunu əlindən alana qədər köçkün rayon sakinləri arasında imkanlı şəxslərdən hesab olunub.

Hazırda isə çörək almağa belə pul tapmır. Bildirir ki, hazırkı duruma onu icra başçısı Aqil Məhərrəmov salıb.

Ə.Bayramov prezident İlham Əliyevə, millət vəkili Mehriban xanım Əliyevaya, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə, baş prokuror Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, milli təhlükəsizlik naziri Eldar Mahmudova, millət vəkili Cavid Qurbanova ünvanladığı məktubu redaksiyamıza təqdim edib. Həmin məktubda Ə.Bayramov yazır: “Oğlum Qalib Bayramov 2006-cı ilin oktyabrında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsində məsləhətçi kimi işə başlayıb. İşlədiyi müddətdə heç bir hüquq pozuntusuna yol verməyib. Yaxşı işinə və yerli kadr olduğuna görə Elşən Əlizadə tərəfindən daim irəli çəkilib, hazırda isə həbs olunmaq təhlükəsi ilə üz-üzədir.

Bunu yaradan səbəblər isə aşağıdakılardır: DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri 2013-cü ilin sentyabr ayında dünyasını dəyişdi. Boş qalan həmin vəzifəyə ən real namizəd mənim oğlum idi. Bu barədə yerli camaat da söhbət edirdi, rayonun rəhbərliyi səviyyəsində də danışılmışdı. Bu ürək açan, hər bir atanı sevindirə biləcək xəbəri eşitmək mənim üçün qürurverici idi. Bu xəbərlər dolaşan vaxt günlərin birində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məhərrəmov məni qəbuluna çağırdı. Aqil müəllim məni mehriban qəbul edib oğlum haqda xoş sözlər söyləməsi deyilənləri təsdiq etdi. Oğlumun DSMF-nin Kəlbəcər rayon şöbəsinə müdir təyin edilməsinin reallığına tam əmin oldum. Bunun üçün nələr etmək lazım olduğunu Aqil müəllimdən soruşdum. Məni ”başa" saldı, bildirdi ki, yuxarılardakıları razı salmaq, oğlumun təsdiqi üçün “nəsə” etməlisən.



Mən bu “nəsə”nin nə qədər olacağını soruşdum. Aqil müəllim məndən 90 min manat gərək olduğun bildirdi. “Fikirləşərəm” deyib Aqil müəllimin qəbulundan çıxdım. Bütün əmlakım gözüm önünə gəldi. İstənilən məbləğ də az deyildi. Bir neçə günün içində 70 min manat düzəldib başçısı Aqil Məhərrəmovun qəbuluna gəldim. Gətirdiyim 70 min manatı Aqil müəllimə verdim.

Aqil müəllim pulun azlığından şikayət edib qalanının da tezliklə çatdırılmasını tapşırdı. Bu minvalla Aqil müəllim hər 5-10 gündən bir mənə qalığın çatdırılmasını, bir az da üstünün düzəldilməsinı tapşırırdı. Birinci dəfə istənilən 90 min manatın qalığı 20 min manatı aparanda evdə də 10 min manat saxlamışdım. Aqil müəllim narazılıq edəndə 10 min manat da gətirə biləcəyimi deyib, icazə alıb çıxdım. Aqil müəllimə bu pulu da gətirib verib, vaxt-vədəni gözləməyə başladım. Bir müddətdən sonra Aqil Məhərrəmov məni qəbuluna çağırtdırıb hər şeyin həll olunduğunu, yuxarılardan kiminsə iştahasının böyük olduğundan əmrin gecikdiyini söylədi.

Buna görə 50 min manat da gətirməyi söylədi. Hər dəfə Aqil müəllim pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş söyməkdən belə çəkinmirdi. Bir neçə gündən sonra deyilən 50 min manatı da Aqil Məhərrəmova çatdırdım. Bir müddətdən sonra eşitdim ki, Gürcüstanda şübhəli ali məktəbə qəbul olunan, sonradan Gəncədəki ali məktəblərin birində təhsil almış Elşən Əlizadə adlı biri DSMF-nun Kəlbəcər Rayon Şöbəsinə müdir təyin olunub. Bu barədə Aqil Məhərrəmova danışdım, məsələnin niyə bu cür alınmasını soruşdum. Aqil müəllim məni arxayın etdi ki, bu müvəqqətidir. Bu yandan da təzə müdir Elşən Əlizadə oğluma bildirib ki, bu yer sənlikdir, mən müvəqqəti bura təyin olunmuşam. Oğlumsa öz yeni müdirinə bildirib ki, mənim heç o yerdə gözüm yoxdur, əl-ələ verək işləyək. Prosesin bu cür aldadıcı manevri məni bir az sakitləşdirdi".

Məktub müəllifi yazır ki, sonradan bilib ki, bu oğluna cinayət işi başlanılması üçün bir oyun olub: “Verdiyim 150 min manatın istənilməməsi üçün yeni müdir oğlumun işlədiyi dövr ərzində pensiya təyinatı üçün sənədlərini hazırladığı şəxslərin işlərini təftiş etdirib, onların pensiyasını dayandırmaqla, oğlumun əleyhinə ərizələr toplayırmış. Bir gün məni çağırıb oğlum haqda topladığı sənədləri göstərdi, bunları rayon prokurorluğuna göndərəcəyini bildirdi. Bunun prokurorluğa göndərilməməsi üçün məndən 100 min manat pul istədi. Mən əlimdə, ovcumda olan, bütün malımı, mülkümü satıb icra başçısı Aqil Məhərrəmova verdiyimi səmimi ona danışdım. Elşən Əlizadə elə oradaca mənə bildirdi ki, bəs onda niyə Aqil Məhərrəmov ona bu sənədlərin toplanıb prokurorluğa verilməsin tələb edib? Bu sual qarşısında aciz qaldım. Aqil Məhərrəmovun qəbuluna getdim. Lakin məni qəbula buraxmadılar. Elşən Əlizadə isə məsələni tezliklə həll etməsəm, sənədləri prokurorluğa verəcəyi ilə məni təhdid etdi. Məcburiyyət qarşısında qalıb ailə üzvlərimin, yaxın qohum və tanışların adına banklardan kredit götürüb 80 min manat düzəldib DSMF-nun Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadəyə verdim. Lakin bir gün Elşən Əlizadə oğluma bildirdi ki, DSMF-nin müdiri Elman Mehdiyev şəxsən özü tapşırıb ki, adı prokurorluqda hallanan işçinin mənim idarəmdə qalması yol verilməzdir. Mən işi prokurorluğa göndərib səni də işdən azad edəcəm. Mən bu proseslər zamanı Mehriban Əliyevayaya, Baş Prokurorluğa məktub yazıb, teleqramın vurmuşdum. Buna görə də Respublika Prokurorluğunda izahatım alınıb, dindirilmişdim. Verdiyim pulların qaytarılması üçün cəhd etdikcə ailəmə təhdidlər artırdı. Oğlumun həbs ediləcəyi, öldürüləcəyi təhdidləri ara vermirdi. Lakin yenə işin sakit həll olunması üçün istənilən məbləği ödəməyə belə gedirdim ki, təki sakitlik olsun, Aqil Məhərrəmova verdiyim pulu geri alım. Bütün bunlardan sonra dövriyyəyə rayon prokuroru Ariz müəllim buraxıldı. Ariz müəllimə 90 min manat pul verdim ki, sakit olsunlar. Lakin bunlar məndən əl çəkmədilər. Bu işlə bağlı 300 min manatdan yuxarı xərcim çıxıb”.
Məktub müəllifi səlahiyyət sahiblərinə müraciətində yazır ki, ondan rüşvət şəklində alınan pulları əmlaklarını, 600 baş qoyunu, 30 baş inəyi, 3 atı, 2 avtomobili, 1 ət mağazasını, bütün şəraiti olan evini satmaqla, 30 nəfərdən çox qohum, qonşu, dost-tanış adına müxtəlif banklardan hər birinin adına götürdüyü kreditlər hesabına toplayaraq verib: “Bu özbaşınalığa son qoyulması, mənə dəymiş ziyanın ödənilməsi, bu hadisələri başıma gətirənlərə qarşı cinayət işinin başlanmasını xahiş edirəm”.

Ə.Bayramov adlarına kredit götürdüyü yaxınlarının ad-soyadları olan siyahıları da təqdim edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal

    Cavid Qurbanovun adı keçən yarım milyonluq ...

    22-09-2015, 22:10

  • 
  • Hansı icra başçısı yol üstündədir... - İTTİHAM VAR

    Hansı icra başçısı yol üstündədir... - İTTİHAM VAR ...

    3-06-2016, 16:44

  • 
  • Cavid Qurbanov oğlunu həbs etdirdi, ETİRAZ OLARAQ KƏLBƏCƏRƏ KEÇİR

    Cavid Qurbanov oğlunu həbs etdirdi, ETİRAZ OLARAQ ...

    16-06-2017, 19:49

  • 
  • Kəlbəcərin icra başçısına ağır ittiham; Aqil Məmmədov şöbə müdiri ilə "bazar" açıb!

    Kəlbəcərin icra başçısına ağır ittiham; Aqil ...

    25-12-2018, 13:56

  • 
  • Prezident yeni icra başçısı təyin etdi

    Prezident yeni icra başçısı təyin etdi ...

    13-05-2020, 16:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu