GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hansı icra başçısı yol üstündədir... - İTTİHAM VAR

Hansı icra başçısı yol üstündədir... - İTTİHAM VAR

Tarix: 3-06-2016, 16:44 Bölmə :Siyasət Baxış: 0
Hansı icra başçısı yol üstündədir... - İTTİHAM VAR

2013-cü ildən etibarən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Aqil Sadıq oğlu Məmmədov rayona rəhbər təyin olunduqdan sonra bütün önəmli strukturlara özünə yaxın olan adamları təyin edib

Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan mənbə iddia edir ki, Aqil Məmmədov vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə Kəlbəcər camaatına qarşı böyük haqsızlıqlar edir. Bundan başqa, icra başçısının dövlət büdcəsindən şəxsi məqsədləri üçün istifadə etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Aqil Məmmədovun paytaxtın müxtəlif ərazilərində bahalı villaları, mənzilləri, həmçinin ticarət obyektləri mövcuddur: «İcra başçısı cah-cəlal içində yaşasa da, Kəlbəcər camaatı, əsasən də gənclər işsizlikdən əziyyət çəkir, sosial problemlər məngənəsində boğulurlar. Məhz elə bu səbəbdən də Aqil Məmmədovun fəaliyyəti camaat tərəfindən ciddi etirazla qarşılanır. Deyilənlərə görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vaxtının böyük bir hissəsini müxtəlif istirahət mərkəzlərində əyləncəyə sərf edir. Belə ki, o, kefindən, istirahətdən qalan adam deyil. Buna görə də əhalinin dərdi-səri, problemləri icra başçısını bir o qədər də maraqlandırmır. Bir sözlə, Aqil Məmmədov öz fəaliyyətilə Kəlbəcər rayon sakinərinin qayğılarını bir qədər də artırır». İcra başçısının əslən Kəlbəcər rayonunun Ağdaban kəndindən olduğunu qeyd edən mənbə bildirir ki, tezliklə icra başçısı və müavinləri, həmçinin rayonun digər rəhbər şəxsləri dəyişdirilə bilər: «Deyilənlərə görə, artıq Aqil Məmmədov və komandasında təmsil olunan şəxslərin məsələsi yuxarıların diqqət mərkəzindədir. Belə ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı son zamanlar Prezident Administrasiyası da daxil olmaqla bir çox qurumlara şikayət xarakterli müraciətlər ünvanlanıb. Bildirilir ki, həmin müraciətlərin araşdırılması məqsədilə müvafiq komissiya yaradılıb və artıq Aqil Məmmədovun, eyni zamanda icra başçısının birinci müavini Eldəniz Mehtiyevin, başçısının müavini – sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri İkram Salmanovun, başçının müavini – ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytac Rüstəmzadənin, icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mahir Muxtarovun, Kəlbəcər Rayon Maliyyə Şöbəsinin rəisi Cəmil Abdullayevin, o cümlədən rayon mərkəzi xəstəxanasının baş həkimi Mehparə Kazımovanın məsələsi ciddi şəkildə müzakirə olunur. Bu səbəbdən də Aqil Məmmədov təşviş içindədir. Çünki ehtimal olunur ki, tezliklə Kəlbəcər rayon icra başçısı və müavinləri, həmçinin rayonun digər rəhbər şəxsləri dəyişdirilə bilər. Deyilənlərə görə, bunun üçün kifayət qədər əsas var. Belə ki, icra başçısının adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallanıb, barəsində müxtəlif şikayətlər edilib». Misal kimi, Kəlbəcər köçkünü Əli Bayramovun üzləşdiyi problemi qeyd edən mənbənin sözlərinə görə, adıçəkilən şəxs icra başçısı Aqil Məmmədovu ondan külli miqdarda rüşvət almaqda ittiham edib. Məcburi köçkünün iddia edir ki, icra başçısı rüşvət kimi aldığı pulu qaytarmamaq üçün oğlu Qalib Bayramovun həbsinə nail olmaq və bununla onu puldan imtinaya məcbur etməyə çalışır: «Oğlum Qalib Bayramov 2006-cı ilin oktyabrında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsində məsləhətçi kimi işə başlayıb. İşlədiyi müddətdə heç bir hüquq pozuntusuna yol verməyib. Yaxşı işinə və yerli kadr olduğuna görə Elşən Əlizadə tərəfindən daim irəli çəkilib, hazırda isə həbs olunmaq təhlükəsi ilə üz-üzədir. Bunu yaradan səbəblər isə aşağıdakılardır: DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri 2013-cü ilin sentyabr ayında dünyasını dəyişdi. Boş qalan həmin vəzifəyə ən real namizəd mənim oğlum idi. Bu barədə yerli camaat da söhbət edirdi, rayonun rəhbərliyi səviyyəsində də danışılmışdı. Bu ürək açan, hər bir atanı sevindirə biləcək xəbəri eşitmək mənim üçün qürurverici idi. Bu xəbərlər dolaşan vaxt günlərin birində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov məni qəbuluna çağırdı. Aqil müəllim məni mehriban qəbul edib oğlum haqda xoş sözlər söyləməsi deyilənləri təsdiq etdi. Oğlumun DSMF-nin Kəlbəcər rayon şöbəsinə müdir təyin edilməsinin reallığına tam əmin oldum. Bunun üçün nələr etmək lazım olduğunu Aqil müəllimdən soruşdum. Məni «başa» saldı, bildirdi ki, yuxarılardakıları razı salmaq, oğlumun təsdiqi üçün «nəsə» etməlisən. Mən bu «nəsə»nin nə qədər olacağını soruşdum. Aqil müəllim məndən 90 min manat gərək olduğunu bildirdi. «Fikirləşərəm» deyib Aqil müəllimin qəbulundan çıxdım. Bütün əmlakım gözüm önünə gəldi. İstənilən məbləğ də az deyildi. Bir neçə günün içində 70 min manat düzəldib başçısı Aqil Məmmədovun qəbuluna gəldim. Gətirdiyim 70 min manatı Aqil müəllimə verdim. Aqil müəllim pulun azlığından şikayət edib qalanının da tezliklə çatdırılmasını tapşırdı. Bu minvalla Aqil müəllim hər 5-10 gündən bir mənə qalığın çatdırılmasını, bir az da üstünün düzəldilməsinı tapşırırdı. Birinci dəfə istənilən 90 min manatın qalığı 20 min manatı aparanda evdə də 10 min manat saxlamışdım. Aqil müəllim narazılıq edəndə 10 min manat da gətirə biləcəyimi deyib, icazə alıb çıxdım. Aqil müəllimə bu pulu da gətirib verib, vaxt-vədəni gözləməyə başladım. Bir müddətdən sonra Aqil Məmmədov məni qəbuluna çağırtdırıb hər şeyin həll olunduğunu, yuxarılardan kiminsə iştahasının böyük olduğundan əmrin gecikdiyini söylədi. Buna görə 50 min manat da gətirməyi söylədi. Hər dəfə Aqil müəllim pulu aldıqca yuxarıdakıların ünvanına elə hey asıb-kəsir, söyüş söyməkdən belə çəkinmirdi. Bir neçə gündən sonra deyilən 50 min manatı da Aqil Məmmədova çatdırdım. Bir müddətdən sonra eşitdim ki, Gürcüstanda şübhəli ali məktəbə qəbul olunan, sonradan Gəncədəki ali məktəblərin birində təhsil almış Elşən Əlizadə adlı biri DSMF-nin Kəlbəcər Rayon Şöbəsinə müdir təyin olunub. Bu barədə Aqil Məmmədova danışdım, məsələnin niyə bu cür alınmasını soruşdum. Aqil müəllim məni arxayın etdi ki, bu müvəqqətidir. Bu yandan da təzə müdir Elşən Əlizadə oğluma bildirib ki, bu yer sənlikdir, mən müvəqqəti bura təyin olunmuşam. Oğlumsa öz yeni müdirinə bildirib ki, mənim heç o yerdə gözüm yoxdur, əl-ələ verək işləyək. Prosesin bu cür aldadıcı manevri məni bir az sakitləşdirdi. Verdiyim 150 min manatın istənilməməsi üçün yeni müdir oğlumun işlədiyi dövr ərzində pensiya təyinatı üçün sənədlərini hazırladığı şəxslərin işlərini təftiş etdirib, onların pensiyasını dayandırmaqla, oğlumun əleyhinə ərizələr toplayırmış. Bir gün məni çağırıb oğlum haqda topladığı sənədləri göstərdi, bunları rayon prokurorluğuna göndərəcəyini bildirdi. Bunun prokurorluğa göndərilməməsi üçün məndən 100 min manat pul istədi. Mən əlimdə, ovcumda olan, bütün malımı, mülkümü satıb icra başçısı Aqil Məmmədova verdiyimi səmimi ona danışdım. Elşən Əlizadə elə oradaca mənə bildirdi ki, bəs onda niyə Aqil Məmmədov ona bu sənədlərin toplanıb prokurorluğa verilməsini tələb edib? Bu sual qarşısında aciz qaldım. Aqil Məmmədovun qəbuluna getdim. Lakin məni qəbula buraxmadılar. Elşən Əlizadə isə məsələni tezliklə həll etməsəm, sənədləri prokurorluğa verəcəyi ilə məni təhdid etdi. Məcburiyyət qarşısında qalıb ailə üzvlərimin, yaxın qohum və tanışların adına banklardan kredit götürüb 80 min manat düzəldib DSMF-nun Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadəyə verdim. Lakin bir gün Elşən Əlizadə oğluma bildirdi ki, DSMF-nin müdiri Elman Mehdiyev şəxsən özü tapşırıb ki, adı prokurorluqda hallanan işçinin mənim idarəmdə qalması yol verilməzdir». Mənbənin bildirdiyinə görə, artıq yuxarı dairələr bütün olub-bitənlərdən, Aqil Məmmədovun əməllərindən, yol verilən nöqsanlardan yetərincə məlumatlıdır: «Buna görə də tezliklə Kəlbəcər Rayon İcra Hakimiyyətində ciddi kadr dəyişikliyinin baş tutacağı ehtimal olunur».
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident yeni icra başçısı təyin etdi

    Prezident yeni icra başçısı təyin etdi ...

    13-05-2020, 16:05

  • 
  • Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal

    Cavid Qurbanovun adı keçən yarım milyonluq ...

    22-09-2015, 22:10

  • 
  • Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar etiraza qalxdı

    Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar ...

    12-05-2016, 16:42

  • 
  • İcra başçısının «vurulması» ilə bağlı yuxarı dairələrdə ciddi müzakirələr aparılır

    İcra başçısının «vurulması» ilə bağlı yuxarı ...

    10-12-2013, 18:35

  • 
  • Laçın rayonuna yeni icra başçısı təyin edilib

    Laçın rayonuna yeni icra başçısı təyin edilib ...

    17-06-2016, 00:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu