GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Ürəkparçalayan təbrik: “Əsl kişilər ağlamağı bacaranlardı, gözəl gözlüm…”

Ürəkparçalayan təbrik: “Əsl kişilər ağlamağı bacaranlardı, gözəl gözlüm…”

Tarix: 19-05-2018, 22:19 Bölmə :Mədəniyyət Baxış: 556
Ürəkparçalayan təbrik: “Əsl kişilər ağlamağı bacaranlardı, gözəl gözlüm…”


Gözlərimdən dodağıma azı bir “rumka” göz yaşı süzülüb – həmin göz yaşlarını SƏNİN SAĞLIĞINA içirəm…

Ölməyə qorxuram, qızım. Əvəlllər də qorxurdum, indi də. Amma indi bu qorxunun dadı başqadı, indi başqa cür qorxuram.

Fiziki yoxluğumu düşünəndə həmişə üşənmişəm, ölüm məchulluqdu çünki. Amma indi fiziki yoxluğumun üşəntisi qorxutmur məni, buna tam olmasa da böyük ölçüdə hazıram. İndi fiziki yoxluğumun SƏNi ağladacağından üşənirəm, mənasız ölümümün səni qorxudacağından qorxuram. Səni qorxutmaqdan qorxuram…
Bilirsənmi, hərdən nə düşünürəm, “qara böcəyim”?

Günün hansısa vaxtı yadıma düşürsən, düşünürəm ki, görəsən bax bu an, elə indi nəylə məşğulsan? Yəqin baxçadasan, mənim baxmalı olduğum, baxa bilmədiyim o gözəl, qara gözlərinlə kiməsə baxırsan… Mənə fərqi yoxdu ya tərbiyəçi, ya da adını da bilmədiyim hansısa baxça yoldaşın… Hərdən Tanrıdan möcüzə istəyirəm, indi sənin baxdığın adamlardan biri olmaq, onlardan hansınasa çevrilmək keçir ürəyimdən…

Bir qədər yaxşılaşmışam, gözəl gözlüm. Əvvəl psixoloji sarsıntılar daha dəhşətli, daha dözülməz idi. Mənə daim elə gəlirdi ki, səni həmişə kimsə incidir, baxçada hansısa uşaq vurur səni… İndi arxayınam, yadındadırmı sonuncu görüşümüzdə özün danışırdın, baxça yoldaşın olan oğlanı döydüyünü. Danışdın onu necə vurduğunu və gülüşdük…

Yadından çıxartmamısan, yumruğu necə vurmaq lazım olduğunu? Bunu hər dəfə öyrədirəm sənə, hər dəfəsində də unudursan. Dediyim kimi vur, yoxsa o gözəl əllərin ağrıyar, gözəl gözlüm… Adamları bir yumruq məsafəsindən yaxına buraxma, bilsinlər ki, hər an vurula bilərlər…

Vurmaq bəzən məcburiyyətdir, qızım. Səni vurmasınlar deyə vurmaq lazım… Vurduqca alışacaqsan, əvvəl əllərin ağrıyacaq vurduğuna görə, sonra ürəyin… Amma inan, dünyanın ən gözəl atasına (bu sənin sözlərindi, “qara böcəyim”), inan ki, vurmasan, səni vuracaqlar…

Bayaq telefonla danışdıq. Haçansa, böyüyəndə və bəlkə “dünyanın ən gözəl atası” dünyada olmayanda oxuyacaqsan bu yazını… Həmin günün böyük qızı üçün yazıram: Sənlə telefonda hər danışandan sonra göz yaşlarıma boğuluram, tək olanda qurd kimi ulayır, sonra ürəyim tam sakitləşənə qədər ağlayıram… Əsl kişilər ağlamağı bacaranlardı, gözəl gözlüm… Bunu da anlayacaqsan, böyüyəndə…

İki gün sonra sənin ad günündü… Çağa qoxulu balamın 5 yaşı olacaq… Görüşəcəyik, həmin gündən ya bir gün qabaq, ya da ad gününün sabahısı… Sənin atan statusunda olan atalar balaları ilə ya ad günlərindən qabaq, ya da bir gün sonra görüşə bilər, bunu da anlayacaqsan…

Mühasirəni yarıb yanına qaçacam. Yəqin bilmirsən, atanı mühasirəyə salıblar. Ata həm də başqa qorxularla otaq yoldaşlığı edir indi. Qorxur ki, saytda hansısa məqalə “əmilərin” xoşuna gəlməz və Prezident Administrasiyasındakı “babalar” bloklayar saytı. Ya atan kimdənsə pul alanda qandallayarlar. Ya da nə bilim, DTX tutub atar içəri…

Tutulmaqdan, qandallanmaqdan qorxmur ki atan… Qorxur ki, sənin görüşünə gələ bilməz və niyə gələ bilmədiyini də anlatmağa imkanı olmaz. Səni incitməkdən, səni ağlatmaqdan qorxur atan…

Əslində nə baş verdiyini sən böyüyəndə bilərsən. Atanla dost olan “əmilər”dən birinin saytında “daha bir “reket” baş redaktor həbs edildi” başlıqlı yazıdan anlarsan olub-bitənləri… O “əmi”yə hirslənməzsən gözəl gözlüm, atanın içində olduğu oyunun kuralları belədi: Çoxdandı ki, bizim camiədə heç kim heç kimi qınamır, sən də qınama…

Hə qızım, çox uzatmayaq, siqaretim bitib, dükana getməliyəm. Bil ki, yazının bu hissəsinə çatana qədər atanın göz yaşları yanaqlarındaydı. Gözlərimdən dodağıma azı bir “rumka” göz yaşı süzülüb. Həmin göz yaşlarını SƏNİN SAĞLIĞINA içirəm.

AD GÜNÜN MÜBARƏK, GÖZƏL GÖZLÜM…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti: "Çox qorxuram"

    Xalq artisti: "Çox qorxuram" ...

    17-03-2016, 12:14

  • 
  • Bağışla qızım... Səni böyüdə bilmədik

    Bağışla qızım... Səni böyüdə bilmədik ...

    5-08-2015, 15:04

  • 
  • Arvadı Nadiri tərk etdi…

    Arvadı Nadiri tərk etdi… ...

    30-09-2016, 21:07

  • 
  • "Ağır günlər keçirirəm" - Namiq Qaraçuxurlu

    "Ağır günlər keçirirəm" - Namiq ...

    10-10-2013, 11:40

  • 
  • Seni yubiley münasibəti ilə təbrik edirik

    Seni yubiley münasibəti ilə təbrik edirik ...

    22-07-2017, 22:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu