GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Həsrətin məni bitirməmiş gəl!

Həsrətin məni bitirməmiş gəl!

Tarix: 24-02-2016, 15:48 Bölmə :Maraqlı Baxış: 0
Həsrətin məni bitirməmiş gəl!

Könül QULİYEVA

Bu gecə yuxuma gəlmişdin…
Yenə həmişəki kimi səssiz-səmirsiz.
Üsyan dolu yalvarışlı baxışlarınla sanki məndən imdad diləyirdin. Mən də səni bağrıma basıb öpərək, qucaqlayıb yalvarırdım…
Bircə kəlmə danişasan deyə yalvarırdım. Nə qədər çox susurdunsa bir o qədər də ürəyimi parçalayırdın. Sənin səssizliyindəki üsyana dözmək cəhənnəm əzabında qır qazanda yanmaqdan daha betəriydi. Nəhayət sənin səssizliyinə dözməyib fırtına kimi kükrəyib hər iki çiyinlərindən tutub silkələyərək üstünə bağırdım. “Susma”, “danış” deyib daha çox silkələyirdim. Mənim bu qəzəbli halım səni yaman qorxuzdu.
Qorxdun və danişdın…
“Ana, danışmağa qorxuram” dedin! Və mənə sarılıb ağladın…
Kaş ki, danışmayaydın, elə susaydın…
Bu üç kəlmədən ibarət cümlən məni pərişan etdi, qəlbimi inildətdi, viran qoydu. O an sanki yer öz oxu ətrafından çıxıb ayağımın altından qaçdı. Hər ikimiz bir-birimizə sarılı vəziyyətdə havada qaldıq. Nə enməsini bildik, nə də uçmasını.
Bu cür çarəsiz durum azmış kimi, bir yandan da göylər üstümüzə gəldi. Elə bir tufan-qasırğa qopdu ki, ayaqlarımızı yerdən üzdüyümüz kimi, əllərimizi də göydən üzdük. Ana-bala çox çarəsiz və ümidsiz idik. Bir anlıq bütün dünya qaralıb zülmətə döndü. Gözlərimi açanda gördüm ki, sən artıq yoxsan və bütün gördüklərim bir yuxu imiş. Ancaq bunun röya olduğuna heç cür inana bilmirdim. Çünki qoxun hələ də burnumdan çəkilməmişdi. Sanki yanımdan ayrıldığıdan saniyələr keçib. Mən bilirəm ki, bu gecə Tanrı bizi yuxularda olsa da qovuşdurmuşdu. Kaş ki, görsəydin mən bu gün necə xoşbəxtəm. Kaş ki, bilsəydin neçə illik həsrətində qaldığım qoxunu necə acgözlüklə çəkdim ciyərlərimə.
Adına röya dediyim bu görüş bir yandan məni xoşbəxt etdisə, bir yandan da çox üzdü. Qəzəbimdən qorxaraq danışmağın da, qorxaraq danışa bilməməyin də, dediyin sözləri də xatırlayanda ürəyim oyuq-oyuq olur. Demək bunca zaman sən qorxudan susurmuşsan, qəzəbdən ehtiyat edirmişsən. Bu qədər qorxunu o kiçicik ürəyinə necə sığışdıra bilmisən? Bu neçə ildə o vahiməni içində necə yaşadıb, böyütmüsən? Axı sənin içində özünlə bərabər böyütməli olduğun gələcək arzuların olmalıdır. Sual verəcəksən ki, “Ana, hansı arzudan danışırsan?
Heç bircə dəfə də olsun arzuladığım kimi ad günümü təmtəraqlı qeyd etdinmi?” Sənə cavabım, “Gozəl qızım haqlısan” olacaqdır. Sən həmişə arzu etdin ki, ad günün restoranda musiqili, əyləncəli olsun. Mən isə səni bu arzuna çatdırmadım. Çünki səbəbini sənə izah etmişdim. Yəqin ki, aradan dörd il zaman keçməsinə baxmayaraq çox gözəl xatırlayırsan. Sən Qan Yaddaşımız “26 fevral Xocali Soyqırımı günü” dünyaya gəlmisən. Belə bir faciəmiz varkən sənə o cür ad günü qeyd etməklə şəhidlərimizin ruhuna qarşı ən böyük hörmətsizlik və günah etmiş olardıq.
Ancaq sən heç bir zaman üzülmə ki, dünyaya gəlişin “Xocalı Soyqrımı” gününə təsadüf edib.
Əksinə, doğum günü tarixinlə fəxr edib, qürur duymalısan. Çünki sən və səninlə bərabər bu tarixdə dünyaya gələn bütün körpələr Tanrıdan valideynlərinə yox, bu Vətənə paydılar. Sən bir şeyi unutma ki, harada doğulsan, yaşasan belə özünü dərk edər-etməz vətəninə dönməlisən. Hər doğum günündə təmtəraqlı ziyafət arzulamaq əvəzinə “Xocali Soyqırımı”nın bütün dünyada tanınması üçün ölkəmizi hər yerdə bacardığın qədər təmsil etməlisən. Mən sənə çox inanır və güvənirəm. Sən həmişə məni anladın, heç vaxt incitmədin, hər zaman balaca köməkçim oldun və ananın səninlə bağlı bütün arzularına çatmağını istədin. Mən isə səni qoruya bilmədim. Bunun üçün qarşında çox günahkaram. Günahım isə bu boyda ölkədə təkliyim, çarəsizliyim oldu. Bilirəm ki, böyüdükcə zamanla hər şeyi çox gözəl dərk edəcəksən.
Ən azı bütün olaylara aydınlıq gətirmək üçün anandan hesab soracaqsan. Bax o hesab sorduğun günü səbirsizliklə gözləyirəm.
Tez gəl! Həsrətin məni bitirməmiş gəl!
İnanıram ki, bir gün qəlbinin hökmü ilə ayaqların ucsuz-bucaqsız yollardan, qərib ellərdən alıb səni mənə gətirəcəkdir. Bu boyda ölkədə tək-tənha və çarəsiz qaldım. Dərdimi deməyə üz tutduğum, imdad dilədiyim bütün dövlət orqanları ana fəryadına qulaqlarını qapadı. Artıq dörd ildir ki, ad gününü sənsiz qarşılayiram. Adına kiçicik hədiyyələr alıb onunla təskinlik tapıram. Ümid edirəm ki, tezliklə gələcək və hədiyyələrinə sahib cıxacaqsan.
Qarşıdan gələn doğum günün mübarək olsun gözəl Münəvvərim!
AZİNFORUM.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Arvadı Nadiri tərk etdi…

    Arvadı Nadiri tərk etdi… ...

    30-09-2016, 21:07

  • 
  • DUAM KEÇMƏDİ, MÖVLUD

    DUAM KEÇMƏDİ, MÖVLUD ...

    17-03-2017, 22:40

  • 
  • Bağışla qızım... Səni böyüdə bilmədik

    Bağışla qızım... Səni böyüdə bilmədik ...

    5-08-2015, 15:04

  • 
  • “Bağışla məni, ana, nə səni yaşada bildim, nə də özümü” – İntihar edən gəncin tükürpədən məktubu

    “Bağışla məni, ana, nə səni yaşada bildim, nə də ...

    21-10-2019, 12:10

  • 
  • Zöhrə Abdullayevadan ürək dağlayan sözlər: "Gəlib desə ki, ana, oxu, səsinçün darıxmışam, o zaman oxuyacam"

    Zöhrə Abdullayevadan ürək dağlayan sözlər: ...

    23-08-2018, 21:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu