“Abşeron” gənclər şəhərciyində yaşayanlar sosial problemlər məngənəsində can verir
“Akkord” ASC-nin inşa etdiyi “Abşeron” gənclər şəhərciyi kifayət qədər neqativ informasiyalarla yadda qalır. “Gündəm-xəbər”ə şikayət edən sakinlər binaların keyfiyyətsiz tikilməsi və qiymətlərin həddən artıq bahalığı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Sakinlər bildiriblər ki, şəhərcikdə 4 ilə yaxındır məskunlaşmalarına baxmayaraq şəhərcik nə tam təhvil verilib, nə də ki, qazlaşdırılıb. Qış aylarında külli miqdarda elektrik enerjisinə pul ödədiklərini bildirən sakinlər, qazın olmaması ilə bağlı həddən artıq əziyyət çəkdiklərini söyləyirlər.
Məlumata görə problemlər nəinki həll olunub, hətta daha da artıb.
Belə ki, 5 ildir ki, şirkət tərəfindən qazın verilməsi ilə bağlı vədlərin boşa çıxması sakinlərin səbr kasasını doldurub.
Qazın olmamasına görə insanlar elektrik enerjisinə xeyli vəsait ödəmək məcburiyyətindədirlər. Bundan başqa qış aylarında elektrik enerjisi ümumiyyətlə evin tam isinməsi üçün kifayət etmir. Bəzi hallarda sakinlər kənd yerlərində olduğu kimi odun peçlərindən istifadə etmək məcburiyyətində qalırlar. Digər ciddi problem isə su ilə bağlıdır. 40 dərəcədən artıq istilən keçdiyi bir vaxtda bu şəhərcikdə su tezdən saat 7-dən 8-dək və axşam saat 7-dən 8-dək verilir.
Sorğu
Yeni dizaynımız necədir?