GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “MTN əməkdaşları göy sellofanda narkotik verdilər”

“MTN əməkdaşları göy sellofanda narkotik verdilər”

Tarix: 16-08-2015, 00:43 Bölmə :Ölkə Baxış: 0
“MTN əməkdaşları göy sellofanda narkotik verdilər”

Məhkəmə İranda narkotik daşıyanları cəzalandırdı

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Yusif Quliyev, Sədirədin Zeynalov və Zəfər Feyziyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində Yusif Quliyev, Zəfər Feyziyev və Sədirədin Zeynalov saxlanılıblar. Yusif Quliyev, Zəfər Feyziyev, Sədirədin Zeynalov və digər şəxslər qabaqcadan əlbir olaraq İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İrandan Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, Yusif Quliyev 2011-ci ilin sonlarında İrana gedib və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının İmayət adlı vətəndaşı ilə görüşüb, ona satış məqsədi ilə 2 kiloqram heroin sifariş verib.

Bundan sonra iranlı İmayət külli miqdarda narkotik vasitəni qaçaq yolla Azərbaycan ərazisinə keçirərək qrupun digər üzvü Zəfər Feyziyevə çatdırıb. Yusif Quliyevlə Sədirədin Zeynalov Abşeron rayonunun Aşağı Güzdək kəndinin yaxınlığında Zəfər Feyziyevdən narkotik vasitəni alarkən cinayət başında yaxalanıblar. Keçirilmiş baxış zamanı qrupa məxsus təxminən 2 kiloqram heroin aşkar olunaraq götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Quliyev 14 il, digər iki şəxs isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan Yusif Quliyev apelyasiya şikayəti verib.

“Müalicə olmaq məqsədilə dəfələrlə İrana getmişəm”

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Yusif Quliyev bildirib ki, xəstəliyini müalicə etdirmək məqsədilə 28 aprel 2011-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərindəki xəstəxanaya gedib: “Orada növbəyə yazıldığım həkimlər bir ay yarımdan sonra gəlmək lazım olduğunu dedilər. İranın Ərdəbil şəhərinə gedərək 2011-ci ilin may ayının 3-nə qədər oteldə qaldıqdan sonra

Bakı şəhərinə qayıtdım. Bundan sonra da müalicə olmaq məqsədilə 2011-ci ildə dəfələrlə İrana getmişəm. 2011-ci ilin son aylarında İranın Biləsuvar rayonunun gömrük məntəqəsinin yaxınlığındakı taksi ilə Təbriz şəhərində olan həkimə gedərkən yolda İran vətəndaşı olan Bayram adlı taksi sürücüsü ilə tanış oldum. Bayram söhbət əsnasında həkim tanışının olduğunu və ona baxmağını xahiş edə biləcəyini dedi”.

“10 min ABŞ dolları lazım olduğunu söylədi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Bayramla birlikdə Təbriz şəhərində yerləşən adını bilmədiyi xəstəxanaya gedib və orada qəbul otağında gözləyib: “Bayram isə hansısa həkimin otağına girib-çıxandan sonra həkimin qəbuluna yazdırdığını və ona zəng olunacağını dedi. Bundan sonra həmin gün Bərdəyə qayıtdım. Azərbaycana qayıdandan sonra Bayram zəng edərək həkimin qəbuluna düşməm üçün işləri düzüb-qoşduğunu, əməliyyat üçün 10 min ABŞ dolları lazım olduğunu və həmin məbləği təcili göndərmək lazım olduğunu söylədi. Həmin pulu 2011-ci ilin sonlarında 3 dəfəyə Keşlə bazarının yanındakı Zamin Bankın valyuta dəyişmə məntəqəsi vasitəsilə iranlı Bayrama göndərdim və telefon vasitəsi ilə pulu göndərdiyimi dedim. Pulu Bayrama göndərəndən sonra bir neçə dəfə İrana müalicəyə getsəm də, Bayramla görüşə bilmədim”.

“Pulumu istədim”

Yusif Quliyev bildirib ki, 2012-ci ilin fevral ayının 10-u ərəfələrində Bayram zəng edərək İrana çağırıb: “Fevralın 14-də İranın Biləsuvar rayonunda Bayramla görüşdüm və onun evinə getdik. Fevralın 21-nə kimi onun evində həkimi gözləsəm də, bir nəticə hasil olmadığımdan Bayramla mübahisə etdim. Mübahisə edəndən sonra Azərbaycana qayıtdım. Sonra bir neçə dəfə Bayramla telefon əlaqəsi saxlasam da, o, hər dəfə pulu qaytaracağına söz verdi. Fevralın 26-da yenidən İranın Parsabad .əhərində Parsabad-Aslandüz yolunun kənarında Bayramla görüşdüm və ondan pulumu tələb etdim. Bu zaman Bayram pulun əvəzinə həmin puldan iki qat artıq xeyir qala biləcək narkotik vasitə göndərə biləcəyini dedi. Bayramın təklifi ilə razılaşmayaraq pulumu geri istədim. Həmin gün axşam İmayət adlı iranlı tanışının Germi rayonundakı evində gecələdim. İmayətgildə olarkən digər təqsirləndirilən şəxs olan Sədirədin Zeynalovla tanış oldum. Söhbət əsnasında Sədirədin Bayramdan pulu almaqda köməklik edəcəyinə söz verdi. Beləliklə fevralın 27-də Sədirədin Zeynalovla Astara gömrük məntəqəsindən keçərək Bakı şəhərinə gəldik. Elə həmin gün saat 20.00-da Bakıdan Bərdəyə getdim”.

“Pulumu almaq üçün gəldiyimi göstərdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 3-də Sədirədinlə əlaqə saxlayaraq pulunu nə vaxt qaytaracağı barədə soruşub: “Sədirədin pulun artıq Bayramdan alınaraq İrandan Bakıya yolladıqlarını bildirdi. Bakıya gələrək Sədirədinlə 8-ci kilometr qəsəbəsində, Xan bağı restoranının yaxınlığında görüşdük. Görüş zamanı Sədirədin dedi ki, İmayət pulunu göndərib. Bundan sonra İmayətə zəng vurdum. İmayət dedi ki, telefon nömrəni pulu göndərdiyi adama verib, həmin adam Bakıya çatanda mənə zəng vurmalıdır. Martın 5-də tanımadığım nömrədən zəng gəldi, həmin adam dedi ki, İrandan Bayram pulunu göndərib. Sədirədinə bu barədə deyərək onunla birlikdə pulu həmin adam dediyi yerdə almağı təklif etdim. Sədirədin də mənimlə razılaşdı. Sədirədinlə Keşlə yolunun üstündə görüşdük və Binə ticarət mərkəzinin yanındakı körpünün altına gələrək orada zəng vurmuş şəxslə, yəni digər təqsirləndirilən şəxs Zəfər Quliyevlə yenidən zəngləşdik. Zəfər Quliyevi tanımasam da, hiss etdim ki, Sədirədin məni yaxşı tanıyır. Görüşə gələn Zəfər Quliyevdən pulu istədim. O, pulun bacısıgildə olmasını bildirdi. Zəfərlə birlikdə “07” markalı taksi avtomaşınına əyləşərək Biləcəri qəsəbəsindəki “Bulaq” restoranına gəldik və orada nahar etdik. Nahar etdikdən sonra üçümüz də birlikdə pulu almaq məqsədi ilə başqa taksi avtomaşını ilə yola düşərək Abşeron rayonunun Piriküşkül qəsəbəsinə gəldik. Orada Zəfərlə Sədirədin avtomaşından düşərək maşından aralandılar. Mən də taksinin pulunu verərək onu yola saldım. Sədirədinlə görüşə gələn Zəfər Quliyev piyada əsas yola qayıtmağı məsləhət gördü və özü də tezliklə pulu götürərək qayıdacağını bildirdi. Əsas yola çatanda özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq onlarla getməyi təklif etdi. Onlar məni Sədirədingildən ayrıldığım yerə gətirdilər. Orada yalnız Sədirədini və içində külli miqdarda narkotik vasitə olan göy selofan gördüm. Həmin selofan hal şahidlərinin yanında açıldıqda selofanın içindəki paltarların altından təxminən iki kiloqrama yaxın narkotik vasitə olan heroinə bənzər maddə aşkar edildi. Sonra həmin göy sellofan MTN-nin əməkdaşları tərəfindən möhürlənərək götürüldü və bu barədə protokol tərtib olundu. Digər iştirakçılar həmin protokolu imzalasalar da, mən imzalamaqdan imtina etdim. Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmədiyimi, hadisə yerinə pulumu almaq üçün gəldiyimi göstərdim”.

Həbsxanadan gələn zəng

Digər təqsirləndirilən Sədirədin Zeynalovun sözlərinə görə, qardaşı Vaqif Zeynalov təxminən 2011-ci ilin dekabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Biləsuvar rayonunda həbs olunub: “2012-ci ilin fevral ayının əvvəllərində qardaşımın tanışı olan Dəyanət adlı şəxs mənə zəng vurdu və Vaqiflə Lənkəranda məhkəmədə

görüşəcəyini dedi: “Dəyanət Vaqifin mobil nömrəsini verdi. Bir gün sonra Dəyanətin verdiyi mobil nömrədən istifadəmdə olan mobil nömrəyə zəng gəldi. Həmin nömrəyə zəng vuraraq qardaşım Vaqiflə danışdım. Vaqif Yusif adlı tanışının mobil nömrəsini verdi və həmin şəxsə onun adından zəng vurmağı və ona köməklik göstərilməsini tapşırdı. Mən də Yusifə zəng vurdum və Vaqifin dediklərini ona çatdırdım”.

Onun sözlərinə görə, 2012-ci ilin fevral ayının 13-də müalicəsi ilə əlaqədar İranın Təbriz şəhərinə gedib və İranda qaldığı müddətdə Germi şəhərində Vaqifin iranlı tanışı Savad adlı şəxslə görüşərək ondan qardaşı Vaqifə olan borcunu istəyib: “Savad bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən firmaya pul göndərəcək, ona çatası pulu da həmin pulla birlikdə göndərəcək. Sonra Savad Germi şəhərində 4 nəfərin olduğu bir evə gətirdi ki, onlardan da biri Yusif, digəri isə Savadın qohumu Yamin adlı şəxs olub, digər iki nəfər şəxsin adlarını isə bilməmişəm. Gecəni həmin evdə qaldım, səhəri gün Yamin məni və Yusifi İran Astarasından yola saldı. Azərbaycan Astarasına keçəndən sonra Yusif məndən mobil nömrəmi aldı. Azərbaycana qayıtdıqdan bir müddət sonra Savad zəng vuraraq bildirdi ki, çatası pulu göndərib. Mart ayının 5-də Yusif zəng vurdum və Babək prospektində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin qarşısında görüşdük. Görüş zamanı Yusif Lökbatanın dairəsinə pul götürmək üçün getməyi təklif etdi”.

Daha sonra Sədirədin Zeynalov pul götürmək məqsədilə Lökbatan dairəsinin yanına getmələri, sonra Biləcəri qəsəbəsindəki “Bulaq” restoranına gəlmələrindən, sonda isə həbs olunmalarından danışıb.

Məhkəmə digər təqsirləndirilənin də ifadəsini dinləyəndən sonra qərar elan edib. Qərara görə, Yusif Quliyevin apelyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • İrandan narkotik gətirənin şikayəti təmin edilmədi

    İrandan narkotik gətirənin şikayəti təmin edilmədi ...

    15-09-2016, 12:32

  • 
  • Ölkələr arası narkotik biznesi

    Ölkələr arası narkotik biznesi ...

    28-12-2015, 21:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu