Çinin liman şəhəri olan Tyantszində növbəti dəfə partlayış baş verib.
Hadisə bu gün səhər saatlarında baş verib. Əvvəlkindən fərqli olaraq bu dəfə itki olmayıb.
"Bazar ertəs səhər Tyantszin şəhərində növbəti dəfə kiçik partlayış qeydə alınmışdı. Təxminən səhər saat 7 radələrində baş verən partlayış nəticəsində alov və ağ duman əmələ gəlmişdi", - deyə yerli CCTV telekanalı bildirib.
Avqustun 12-də saat 23 radələrində Çinin sənaye şəhəri olan Tyantszində güclü partlayış baş verib. Nəticədə 112 nəfər ölüb, 95 nəfər isə itkin düşüb. Ölənlərdən 24 nəfərin kimliyi müəyyən edilib, itkin düşənlərin 85 nəfəri yanğınsöndürənlərdir.
Hadisə nəticəsində zərər çəkən 722 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 58-nin vəziyyətinin ağır olduğu bildirilir. Partlayışdan sonra həmin yerdə müəyyən vaxtdan bir yeni zəif partlayışlar baş verir.
Bu hadisədən faydalananlar da olub. Məsələn, yeniyetmə qız Twitter-in Çin versiyası olan Veybo sosial şəbəkəsi vasitəsilə partlayış zamanı atasının ölüm xəbərini yazıb. Yardımsevər insanlar "Veybo"-nun "reward" (mükafat) funksiyası vasitəsi ilə yardım kampaniyasına başlayıblar. Bu yolla qız 14 min dollar qazanıb. Amma tezliklə qızın saxtakar olduğu üzə çıxıb və o, Çin polisi tərəfindən saxlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?