Çinin mərkəzində təbii qaz stansiyasında partlayış nəticəsində ölənlərin sayı 12-ə çatıb.
Çinin Fövqəladə Hallar İdarəsinin bildirib ki, bundan əlavə 13 nəfər ciddi xəsarət alıb, üç digər insan isə itkin düşüb. Nazirlik axtarış və xilasetmə işlərinə təxminən 270 yanğınsöndürən və xilasetmə işçisinin cəlb olunduğunu bildirib.
Çinin dövlət mediasının verdiyi məlumata görə, cümə günü Henan vilayətində Yima şəhərinda baş verən partlayış nəticəsində 3 kilometr uzaqlıqda binaların pəncərələri və qapıları sınıb.
Rəsmi Xinhua xəbər agentliyi bildirib ki, partlayış Henan Yima Kömür Qazı Co., Ltd şirkətinin qaz zavodunun hava ayırma bölümündə baş verib. Partlayış qaz çənlərinin olduğu ərazilərdə olmayıb və bütün istehsal dayandırılıb.
Çində mərkəzi hökümətin zavodlarda, elektrik stansiyalarında və mədənlərdə təhlükəsizliyin artırılmasına dair göstərişlərinə baxmayaraq tez-tez sənaye qəzaları baş verir.
Mart ayında şərqi Cianqsu vilayətində kimya zavodunda partlayış nətəcisəidnə 60-dan çox insan həyatını itirib.
Ən pis qəzalar arasında 2015-ci ildə Tiancin liman şəhərində kimya anbarında 173 nəfərin ölümü ilə nəticələnən nəhəng partlayış var. Həmin partlayış nəticəsində ölənlərin çoxu yanğınsödürənlər və polis zabitləri olub və partlayışa qeyri-qanuni tikinti və təhlükəli materialların təhlükəli şəkiləd saxlanılması səbəb olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?