Çinin liman şəhəri olan Ningboda baş vermiş güclü partlayış nəticəsində azı iki nəfər ölüb, onlarla adam yaralanıb, yerli rəsmilər bildirib.
Partlayış şəhərin Jiangbei rayonundakı fabriklərdən birində dünən yerli vaxtla saat 09:00-da (05:00 - Bakı vaxtı) baş verib. Fabrikə yaxın olan bəzi binalar partlayış nəticəsində uçub. Dövlət mediasının məlumatına əsasən, xilasetmə əməliyyatı nəticəsində azı 30 nəfər hospitallara aparılıb. Sənaye müəssisələrində bədbəxt hadisələrin baş verməsi Çində nadir hal deyil. Son zamanlarda hökümət sənayedə təhlükəsizlik tələblərini sərtləşdirir və təhlükəsizlik qaydalarının pozuntusuna görə cəzaları ağırlaşdırır. Bununla belə, son il ərzində sənayədə qəza hadisələrinin sayı 29000 təşkil edib, baxmayaraq ki, iş yerində ölüm hallarının sayı ötən illə müqayisədə 25 faiz azalıb. binaların və avtomobillərin şüşələri qırılıb. Çinin iri beynəlxalq əhəmiyyətli liman şəhəri olan Ningbo-da avtomobil istehsalı yerləşir, məşhur Volvo şirkətinin Çin sahibi olan Geely qrupu da məhz bu şəhərdə mənzillənir. Bəzi yerli mənbələrin yaydığı xəbərlərə görə, partlayan qaz balonları ola bilərdi. Partlayış o dərəcədə güclü olub ki, hadisə yerindən 1 km məsafədə yerləşən binaların pəncərə şüşələri tökülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?