GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şahbaz Xuduoğlu: “O kitabı heç vaxt dərc etmərəm...”

Şahbaz Xuduoğlu: “O kitabı heç vaxt dərc etmərəm...”

Tarix: 17-08-2015, 22:17 Bölmə :Ölkə Baxış: 0
Şahbaz Xuduoğlu: “O kitabı heç vaxt dərc etmərəm...”

Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu ilə təşkil etdiyi növbəti yarmarkasında həmsöhbət olduq. Kitab təbliğatına ənənəvi olaraq şəxsən qoşulan sahibkarla söhbətimizin qayəsində də kitab dayanırdı. Yazarlara qonorar ödəyə bilmək üçün... – Hazırda ölkəmizdə kitab sənayesinin vəziyyəti necədir? – Yaxşıdır. Çox da bədgüman olmayaq. Əvvəlki illərlə müqayisədə hər il hansısa bir dəyişiklik olur. İrəliləyiş, təbii ki, var. Artıq adamlar kitabları görəndə əvvəlki kimi təəccüblənmirlər, kitablara yaxınlaşıb onlara toxunmağa, vərəqləməyə, məzmunu ilə tanış olmağa ehtiyatlanmırlar. Əvvəllər biz yanımızdan keçən adamları dayandırıb, onlara kitablar haqda danışırdıq, amma indi adamlar özləri ayaq saxlayıb kitablarla maraqlanır. Fərq budur. – Belə bir deyim vardı: Nəşriyyat və poliqrafiya müəssisələri pul çap edir. Bu deyim reallığa nə qədər yaxındır? – Görüntü baxımından indi elə görünür, amma reallıqda belə deyil. Dünyada fəaliyyət göstərən bütün nəşriyyatlar dotasiya ilə işləyir – haradansa mütləq yardım alırlar. Yazarlara qonorar ödəmək, kitabların qiymətini nisbətən ucuz etmək, mükafatlar təsis edə bilmək, təbliğat aparmaq imkanı qazanmaq üçün maliyyə dəstəyi şərtdir. Buna görə də kitab nəşr edənlərin çox qazandığı deyimi bizim ölkədə aktiv deyil. Onların təkliflərini dəyərləndirirəm – Çap etdiyiniz kitabları hansı meyarlara uyğun seçirsiniz? – Mən hər zaman çapa hansı kitab və müəlliflərin təqdim edilməsi ilə maraqlanıram. Elə kitablar var ki, məsələn, klassik ədəbiyyatdan nə zamansa oxumuşam, görmüşəm ki, Azərbaycan dilində yoxdur, onu çap etmişəm və edirəm. Və yaxud da zövqünə inandığım adamlar var ki, onların təkliflərini dəyərləndirirəm. Bununla yanaşı, xarici ölkə agentlikləri və nəşriyyatları bizə bir çox kitab təklif edir. – Bəs hər hansı gənc yazar sizə öz əsərini çap etmək üçün müraciət edəndə kitabı özünüz oxuyursunuz? –Nəşr etdiyim kitabların əksəriyyətini özüm oxuyuram. Mən o kitabı nəşr etmərəm –Nəşrindən imtina etdiyiniz kitab varmı? – Məsələn, “Mayn Kampf”ı ( Adolf Hitlerin “Mənim mübarizəm” kitabı ) dəfələrlə bizdən soruşublar. Gənclər tez-tez yaxınlaşıb o kitabla maraqlanır. Amma mən həmişə deyirəm, o kitabda ki, şeytan var, sevgi yoxdur, birgə yaşayış qaydaları şəffaf və aydın deyil, onu oxumaq nəyə lazımdır? Niyə sizi qəddarlaşdıran kitabları oxumağa üstünlük verirsiniz? Görünür, cəmiyyətin ab-havası diktə edir ki, hər kəs ona meyillənsin. Amma buna baxmayaraq, böyük tələbat olsa da, mən o kitabı nəşr etmirəm, bu barədə düşünmürəm də. Köhnə oxucuları qoruyub saxlamaq lazımdır. Belə bir deyim var ki, adətən yaxşı naşir kitab oxuyanların rəflərini hesablamalıdır. Yəni daimi oxucunu hesablayıb kitab nəşr etməlisən. – Bir neçə il öncə “Qanun” Nəşrlər Evinin təbliğatı daha yaxşı aparılırdı. Sonra nədənsə durğunluq yarandı. Ruh düşkünlüyüdürmü bu? – Yox, həvəsdən düşməmişik. Azərbaycanda keçirilən Avropa Oyunları ilə əlaqədar olaraq yarmarka keçirə bilmirdik. Oyunlar bitdi, artıq əvvəlki kimi – hər həftəsonu kitab yarmarkaları təşkil edirik. Əgər yarmarkaların davamlı keçirilməsinə icazə versələr, bu il təbliğatla bağlı daha kreativ üsullar olacaq. Biz indi bunun üzərində işləyirik – Müasir yerli yazarlara kömək məqsədilə onların kitablarını çap edir və tiraja görə qonorar verirdiniz. Bu kampaniya niyə dayandırıldı? – İndi durumumuz bir az yaxşı deyil – üzərimizdə vergi cəriməsi var. Tərcüməçilərimizin də qonorarını verə bilmirik. Hətta müəllif izni aldığımız bəzi xarici yazarların da qonorarını ödəməkdə problemlə üzləşmişik. Maddi çətinliklə bağlı nəinki köhnə redaktor və tərcüməçilərimizin qonorarını verə bilirik, eyni zamanda, yeni müəlliflər və nəşrlər haqda da düşünmürük. – “Qanun” Nəşrlər Evinin redaktor və tərcüməçilər məktəbi formalaşmağa başlamışdı. Bu məktəb indi hansı fəaliyyətlə məşğuldur? –Bu məktəb indi də mövcuddur. Düşünürəm ki, kitablar yavaş-yavaş tərcüməçilərə yönəlməlidir. Yəni deyilməlidir ki, filan tərcüməçinin kitabı. Vurğunu tərcüməçilərin üzərinə vurmaq çox əhəmiyyətlidir. Biz indi bunun üzərində işləyirik və gələcəkdə yolumuzu daha aydın şəkildə davam etdirəcəyik. Çalışırıq ki, peşəkarlığına inandığımız, zəhmətsevər və davamlı bu işlə məşğul olan tərcüməçiləri, redaktorları qoruyub saxlayaq. Bu layihə bizim planımızda var – Avropada bir çox nəşriyyat hansısa məşhur bir yazıçını dəvət edib onu oxucularla tanış edir. Bizdə belə bir tədbirin təşkili gözlənilirmi? – Biz dünyanın ən çox oxunan yazarlarını nəşr edirik. Deyək ki, 135 milyon kitabı satılan Paulo Koelyonu da, nobelçiləri də, hər 30 saniyədə dünyada kitabı satılan Yo Nesbonu da. Bizim bu yazarları ölkəmizə dəvət etmək fürsətimiz var. Amma bunun üçün dəstək lazımdır. Yalnız dövlətin dəstəyi ilə biz bunları gerçəkləşdirə bilərik. Nobel mükafatlı bir yazıçının Bakıya gəlməsinin, hətta nobelçi olmasa belə, tanınmış bir yazarın, məsələn, Xalid Hüseyninin ölkəmizə səfərinin aktyor və şou ulduzlarının gəlişindən daha böyük əhəmiyyəti olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Əslində, bu layihə bizim perspektiv planımızda var. Əgər Mədəniyyət Nazirliyi bizə müsbət cavab versə, əlbəttə ki, bu layihəni reallaşdırmağı düşünürük. – Elektron kitablara münasibətiniz necədir? Bildiyim qədər, siz artıq onlayn kitab satışına da başlamısınız. – Bizim qanun.az saytında elektron kitablar bölməsində e-buklar mövcuddur. – Bu kitablara maraq qənaətbəxşdirmi? – Hələ ki, kifayət qədər deyil. Amma məncə, artacaq. Biz zamanla uyğunlaşmalıyıq. Əslində, e-bukla adi kitablar bir-birinin bazarına girmir və bir-birinə mane olmur. Xarici bir təşkilatla danışıqlar mərhələsində bir layihəmiz var. Bu layihə ilə biz kitablarımızın elektron versiyasını xarici bazara çıxarmağı düşünürük. Sanki hamı qulağını qapayıb danışır – Bədii yaradıcılığınızda bir yenilik varmı? – Sistemli bir yazım var – bədii əsərdir. Hələ ki, onun üzərində işləyirəm. Amma çox ləng və tənbələm. – Müasir dövrdə sözün dəyəri nə qədərdir? – Məncə, bizim sözün dəyərini, ilk növbədə, sözlə işləyən adamlar müəyyən etməlidir. Mənə elə gəlir ki, söz bazarını formalaşdıran böyük bir çevrə var. Bunlar jurnalistlər, filoloqlar, kitabxanaçılar, yazıçılardır. Bütün universitetlər insanları hazırlayır, bu bazara göndərir, amma bu bazarın əmtəəsi yoxdur. Son anda əmtəə göz qabağındadır – kitab, kitabın az miqdarda sayı bundan xəbər verir ki, bizdə sözün dəyəri çox aşağıdır. Sözün dəyərli olsaydı, bir nəfər danışanda digərləri susub onu dinləyərdi. – Son oxuduğunuz hansı əsər sizi dəyişdirib? – Ən son oxuduğum kitab “Nəhəng şaftalı”dır. Uşaq kitabıdır. Roald Dahl Azərbaycanda tanınmasa da, kifayət qədər məşhur yazıçıdır. Çətin həyatı olub. Uşaqlardan xoşu gəlməməsinə baxmayaraq, möhtəşəm uşaq ədəbiyyatı nümunələri yaradıb. Kitabı oxuyanda anladım ki, bu yazıçının tükənməz fantaziyası var. Bu fantaziya uşaqların inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Hər bir kitab oxucuya mütləq nəsə verməlidir. Əgər vermirsə, onda ona vaxt sərf etmək lazım deyil. Hər bir insan oxuduğu kitabdan nəsə almalıdır. Bu bir investisiyadır, kapitaldır. Bu kapitalı sən özünə və düşüncənə qoyursan.

Şahbaz Xuduoğlu: “O kitabı heç vaxt dərc etmərəm...”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şahbaz Xuduoğludan Operativ Qərargaha MÜRACİƏT - "Kitab dükanlarının açılacağını gözləyirdim"

    Şahbaz Xuduoğludan Operativ Qərargaha MÜRACİƏT - ...

    5-08-2020, 16:56

  • 
  • Şahbaz Xuduoğlu: “2 gün sonra hər şey aydın olacaq”

    Şahbaz Xuduoğlu: “2 gün sonra hər şey aydın ...

    6-11-2013, 17:24

  • 
  • Şahbaz Xuduoğlu: “İmkan verirlər ki, işləyək!?”

    Şahbaz Xuduoğlu: “İmkan verirlər ki, işləyək!?” ...

    18-11-2013, 12:14

  • 
  • Şahbaz Xuduoğlu auditorların yalanını çıxardı

    Şahbaz Xuduoğlu auditorların yalanını çıxardı ...

    13-11-2013, 12:53

  • 
  • Şahbaz Xuduoğlunun ofisindən seyf oğurlandı - İçində 13 min dollar var imiş

    Şahbaz Xuduoğlunun ofisindən seyf oğurlandı - ...

    28-09-2015, 14:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu