Vergilər Nazirliyi 2012-2014-cü illərdə mürəkkəb tərkibli cinayət əməlini törətməkdə şübhəli bilinən mütəşəkkil dəstənin aşkar edidiyi haqda məlumat yayıb. Bu qruplardakı 2 şübhəli şəxs barədə Turan 2014-2015-ci illərdə yazmışdı.
Vergilər Nazirliyi qeyd edir ki, qruplara “Atrabank”ın Nəsimi filialında vəzifəli şəxs olan Həsənağa Babayev və Səbuhi Qazıyev adlı şəxs başçılıq edib. Bu şəxslər 107 şirkət yaradıb. Onlar dövlət büdcəsindən 1 milyon 270,8 min manat oğurlayıb.
9 nəfərlik mütəşəkkil qrupa Əlirza Kərimov və Elvin Cəmil oğlu Əsgərov daxil olub.
Turan yazmışdı ki, (http://contact.az/docs/2015/Economics&Finance/032800110841az.htm#.Vc9xCfntmko), Kərimovun adı 74 şirkətin iştirakı ilə 563 dövlət satınalmasında keçir. Kərimov bunların çoxunda direktor olub. 2010-2013-cü illərdə bu şirkətlər 9 mln manat məbləğində tenderləri udub. Bu ilin martında bu şirkətlərin ləğvi başlayıb.
2014-cü ilin fevralında Turan bildirmişdi ki, (http://www.contact.az/docs/2014/Economics&Finance/021200068840az.htm#.Vc9zNPntmko), Elvin Cəmil oğlu Əsgərov 18 noyabr 2013-cü ildən 9 yanvar 2014-cü ilə kimi 67 şirkətin yaradılmasında iştirak edib.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti qrupa dövlət büdcəsinə 190 550 manatı ödətdirib, 363 987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vergi cinayətində ittham olunan 9 nəfərdən 7-ə qarşı həbs qətimkan tədbiri seçilib. -08B-
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?