Rusiyanın Stavropol diyarı İrakli aulu imamının müavini, 32 yaşlı Zakirbek Mahmutov ötən gün gecə saatlarında öldürülüb.
gundemxeber.az TASS-a istinadən xəbər verir ki, bu haqda diyarın Müsəlman Ruhaniləri İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, onun meyiti avqustun 20-də səhər saatlarında diyarın Neftekum rayonunun Qara-Tübe kəndində yaşadığı evin 100 metrliyində aşkarlanıb. Xəbərə görə, onun meyitinin boynunda və bədənində güllə yaraları olub.
Stavropol müftiliyindən bildirilib ki, Zakirbek Mahmutov uşaqlara "Qurani-Kərim"i və ərəb dilini öyrədirmiş: "O, fəal din xadimi və ictimaiyyətçi idi".
Yerli hüquq-mühafizə orqanları qatilin ona həm də avtomat silahdan atəş açdığını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?