GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Leyla və Arif Ynuslara hökm oxundu

Leyla və Arif Ynuslara hökm oxundu

Tarix: 23-08-2015, 11:22 Bölmə :Ölkə Baxış: 0
Leyla və Arif Ynuslara hökm oxundu

Məhkəmədə Yunusların vəkilləri cinayət işinin sübut olubnmadığını deyib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Sülh və Demokratiya İnstitutu”adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Leyla Yunus bildirib ki, mədəsi ağrıyır və o, Almaniya səfirliyinin nümyəndələrinə üz tutuaraq, onlardan ağrı kəsici dərman istəyib. O, deyib ki, mədəsinin ağrıması ilə bağlı yemək yeyə bilmir.

Daha sonra Leyla Yunus qeyd edib ki, onun barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi qapalı keçirilir. Məhkəmə zalına adiyyatı olmayan adamların doldurulmasını diqqətə çatdıran hüquq müdafiəçisi qeyd edib ki, hətta qohumları da məhkəmə zalına buraxılmır: “Qohumlarım məhkəmənin binasından içəri buraxılmır. Siz vəhsizi Əfqan Hacıyev”.

Hakim isə Leyla Yunusa “danışığınıza fikir” verin deyərək müdafiə çıxışı etmək üçün sözü vəkil Ramiz Məmmədova verib. Vəkil bildirib ki, Leyla Yunus çoxsaylı xəstəlikdən əziyyət çəkir. Onun sözlərinə görə, Leyla Yunusun həbsxanada ötəri müalicə olunması düzgün deyil: “Məhkəmədən xahiş edirəm ki, Leyla Yunusun səhhəti nəzərə alınsın”.

Vəkilin sözlərinə görə, aprel 2014-cü ildə məhkəmənin qərarı olmadan Leyla Yunus Arif Yunus axtarışa məruz qalıb: “Axtarış zamanı onların üzərindən çoxsaylı sənədləri götürülüb”.

“LeylaYunusun işgəncəyə məruz qalması araşdırılmayıb”

Ramiz Məmmədov daha sonra qeyd edib ki, Leyla Yunusun istintaq orqanı tərəfindən müdafiə hüququ pozulub. Onun sözlərinə görə, Leyla Yunusa hüquqları izah edilməyib, təqsirləndirilən şəxs qismində işə çəlb edilsə də, şahid qismində ifadəsi alınıb: “Təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməsi barədə hüququ var. Amma Leyla Yunus şahid qismində dindirilib, dinidirlməmişdən əvvəl ona yalan ifadə verməyə görə, iltizama imza etdirilib. Bu da müdafiə hüququnun pozulması kimi qiymətləndirilir”.

Vəkil bildirib ki, məhkəmənin hazırlıq iclasında Leyla Yunusun xəstəliyinə istinad edərək onun barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə

vəsatət versələr də, məhkəmə onların vəsatətini təmin etməyib. Ramiz Məmmədov əlavə edib ki, Leyla Yunusa qarşı istintaq təcridxanasında pis rəftar olunub, kamerada döyülməsi, işgəncə verilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub: “Amma kamerada olan və istintaq tərəfindən öyrədilən şəxslər ifadə veriblər ki, belə bir hadisə baş verməyib. Buna görə də LeylaYunusun işgəncəyə məruz qalması obyektiv araşdırılmayıb”.

“Məhkəmə zalı “jek” işçiləri ilə doldurulur”

Vəkilin sözlərinə görə, məhkəmə prosesi keçirilən zal süni şəkildə doldurulur, prosesə gələn ictimayyət nümayəndələriməhkəmə iclasından kənarda qalır: “Məhkəmə zalı “jek” işçiləri ilə doldurulur. Amma Leyla Yunusun məhkəmənin binası qarşısında 2-3 qohumu var, onlarda məhkəmə zalına dəvət edilmir. Buna görə də prosesin qapalı keçirilməsi barədə fikirlərimiz əsaslıdır”.

Vəkil daha sonra əlavə edib ki, cinayət işindən bir neçə sənəd götürmək istəsələr də, onlara həmin sənədlərin sürətinin verilməsi təmin edilməyib. Onun bildirdiyinə görə, belə olan halda bizim müdafiə hüququmuz pozulub. Vəkil onu da əlavə edib ki, Leyla Yunusun ilkin dövrlərdə 6 vəkili olub: “Amma sonradan həmin vəkillər işdən kənarlaşdırılıb. Vəkil Cavad Cavadlının guya Leyla Yunusla hansısa əlaqəsi olması nəticəsinə gəliblər, onu şahid qismində dindirəndən sonra işdən kənarlaşdırılıb. Eyni vəziyyət digər vəkillər Xalid Bağırov və Əlayif Həsənova da şamil edilib. Hər iki vəkilin vəkillik fəaliyyətinə qanunsuz olaraq xitam verilib”.

Ramiz Məmmədov bildirib ki, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əziovanı burada qəhrəman edirlər. Onun sözlərinə görə, Mətanət Əzizovanın Leyla Yunusu işfa etməsi barədə ərizəsinin də əsası yoxdur. O, Leyla Yunusun absurd ittihamlarla mühakimə edilməsini deyib.

“Leyla Yunusa bəraət istəyirəm”

Vəkil qeyd edib ki, donor təşkilatlar qrant müqavilələrinə nəzarət edirlər, həmin donor təşkilatlar da verilən pulun yiyəsidir. O, qrantların verilməsi, başqa-başqa yerlərə xərclənməsi barədə verilən ittihamların sübuta yetirilmədiyini bildirib. Vəkil 2014-cü ildə aparılan bank əməliyyatları ilə bağlı olan ittihamlaerında əsası olmadığını deyib.

Vəkil Ön Qafqazda Qadınlarının Cəmiyyətin zərərçəkmiş kimi tanınması barədə verilən ittihamın da əsası olmayıb: “Belə olan halda maddi, mənəvi, fiziki zərərçəkən tanınmalıdır. Bununla bağlı əvvəllər cəmiyyətdə olan Rəna Səfərəliyevanın ifadəsi var. Guya cəmiyyətə mənəvi ziyan dəyib. Dələduzluq cinayətlərində mənəvi ziyanla

bağlı hissə mübahisəlidir. Cəmiyyətin təsisçiləri Zərifə və Adilə məhkəmədə ifadə verdilər. Ortalıqda ümumiyyətlə mənəvi ziyanda yoxdur. Belə olan halda dələduzluq ittihamı absurdur. Qrantlar Ön Qafqazda Qadınlarının Cəmiyyətin adına verilib. Belə olan halda Rəna Səfərəliyevaya alınan qrantların adiyyatı yoxdur. Rəna Səfərəliyevanın da ifadəsindən məlum olub ki, cəmiyyətə sədr beş ildən bir seçilir. Rəna Səfərəliyeva 2005-ci ildə cəmiyyətə sədrlikdən öz ərizəsi ilə gedib. Amma 2014-cü ildə Rəna Səfərəliyeva təsisçiləri bir araya toplayaraq yenidən iclas keçirib və cəmiyyətin ləğv edilməsi ilə bağlı qərar qəbul ediblər. Cəmiyyətin ləğvedicisi kimi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək lazımdır. Amma buna baxmayaraq Rəna Səfərəliyeva hüquqi şəxs kimi etibarnamə verərək nümayəndəsini məhkəməyə göndərir. Bu da qanunsuzdur. Biz Rəna Səfərəliyevanı zərərçəkmiş şəxs qismində tanımır. Əgər bu işdə zərərçəkmiş olsaydı, bu da donor təşkilatlar olardı. Donor təşkilatlarda Leyla Yunusdan da, Arif Ynusdan da şikayət etməyiblər. Leyla Yunusun aldığı qrantların dövlət büdcəsinə adiyyatı olmayıb. Qeyri bir dövlət təşkilatının ayırdığı pulun hesabatını Maliyyə Nazirliyinə verilməsinə də əsas yoxdur. Buna görə də Leyla Yunusun barəsində bəraət hökmünün çıxarılmasını istəyirəm”.

“Leyla Yunusun həbs edilməsi qisas almaq kimi qiymətləndirilir”

Leyla Yunusun digər vəkili Elçin Qəmbərov bildirib ki, bu məhkəmə Amerkada, Norveçdə, Fransada qurulsaydı başa düşülən hal olardı: “Leyla Yunusun qrant alması ilə bağlı cinayət işinin Azərbaycanda açılmasını başa düşmək mümkün deyil. Kimin ziyan çəkməsi, cinayət təqibinə məruz qalması müəyyən edilməyib. Ukraynada və digər ölkələrdə narıncı inqilabların baş tutmasında QHT rəhbərlərinin mühüm rolu olub. Azərbaycan höküməti də QHT rəhbələrinə qarşı etdiyi bu cinayət təqibləri bir növ qabaqlayıcı tədbirlərdən xəbər verir. Leyla Yunus 60 yaşında xəstə qadındır. Onun barəsində həbs verilməsi qisas almaq kimi qiymətləndirlir”.

“İstintaq orqanı belə şahidlərlə iş araşdırması gülüncdür”

Elçin Qəmbərov əlavə edib ki, Leyla Yunus siyasi məhbuslarla bağlı bir çox işlər görüb. Onun sözlərinə görə, Leyla Yunus 100 minlərlə insana hüquqi yuardım göstərib, müxtəlif insanlara köməklik edib, siyasi dustaqlara, vicdan məıhbuslarının məsələsini beynəlxalq təşkilatlar qarşısında qaldırıb: “Amma Leyla Yunusun hərəkətləri ilə bağlı əks təbliğatlar aparılır. Təbliğat aparılır ki, guya o, ermənilərlə işbirliyi qurub, ona verilən cəza halaldır. Leyla Yunusa verilən ittihamlardan biri də dövlətə xəyanət cinayətdir. Həmin cinayət iş ayrılıb və ayrı icraatda aparılır. Məhkəmədə isə dələduzluq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui istifadə

ittihamları araşdırılır. Dövlətə xəyanət ittihamı üzrə ifadə verən şahidlərin bu məhkəməyə çağırılmasını hansı əsası olub? Həmin şahidlər burada nə gəzir? Burada Təhmasib Novruzov kimi birisinin ifadəsi alınır. O, bildirir ki, Leyla Yunusla bağlı məlumatları qəzetlərdən oxudum və onun erməni işbirliyi qurması barədə məndən fikir yarandı. Istintaq orqanı belə şahidlərlə iş araşdırması gülüncdür. Rauf Mirqədirovun keçmiş həyat yoldaşının şahid qimsində dindirilməsini qeyri ciddi qəbul edirik”.

Vəkil əlavə edib ki, Leyla Yunusun xarici təşkilatlarla uzun müddət işləyib və onların etibarını qazanib: “Hətta bəzi məsələlərdə xarici təşkilatların rəhbərləri Leyla Yunus ilə məsləhətləşiblər. Onlar Leyla Yunusa inanıblar, etibar ediblər. Bunu əksi olsaydı, həmin xarici təşkilatlar Leyla Yunusla bağlı məsələyə vaxtından əvvəl xitam verərdilər. Qərb ölkələrini nümayəndələri 1 sentlərinin də qədrini bilirlər”.

“Cinayətin obyekti yoxdur”

Elçin Qəmbərov bildirib ki, Azərbaycan məhkəməsi Leyla Yunusun barəsində bəraət hökmü çıxarmalıdır: “Onsuzda Avropa Məhkəməsi Leyla Yunusla bağlı bəraət qərarını çıxaracaq. Bunun vaxtında öz məhkəməmiz etməlidir. Belə bir qərarı Avropa Məhkəməsi çıxarsa Azərbaycan məhkəməsinə, hüquq sisteminə ləkə gətirəcək. Biz məhkəmənin ədalətli qərar çıxaracağına inanırıq”.

Arif Yunusun vəkili Əfqan Məmmədov bildirib ki, cinayət işinin təkzib olunması ilə bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim ediblər. Onun sözlərinə görə, prokurorun 9 il cəza istənməsi əsası yoxdur: “Hər bir vətəndaşın son ümid yeri məhkəmədir. Biz məhkəmənin qərarına inanırıq. Buna görə də hesab edirik ki, Arif Yunusun əməlində cinayət tərkibi yoxdur və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Nə istintaqda, nə də məhkəmədə Arif Yunusa verilən ittihamlarla bağlı mötəbər sübut yoxdur. Məhkəmədə dindirilən şahidlərin Arif Yunusa qarşı iddiaları və tələbləri olmadığını bildiriblər. Hətta cinayət işində zərərçəkmiş kimi tanınmış Rəna Səfərəliyevadan soruşdum ki, Arif Yunsa qarşı iddian var?, o, Arif Yunusu tanımadığını bildirdi. Belə olan halda cinayətin obyekti yoxdur. Burada kim ziyan çəkib, bu da aydın deyil”.

Əfqan Məmmədov Arif Yunusun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Fövlət ittihamçısı Fərid Nağıyev replika hüququndan istifadə edib. Prokuror vəkillərin təqsirləndirilən şəxslərə bəraət verilməsi haqda söylədiklərinin əsassız olduğunu deyib. O, Leyla Yunusa təzyiq olması barədə deyilənlərin də həqiqətəuyğun olmadığını bildirib.

Leyla və Arif Yunusların son sözü

Daha sonra son sözlə çıxış edən Leyla Yunus vəkillərinə təşəkkür edib. O bildirib ki, siyasi məhbusları müdafiə etmək cəsarət tələb edir: “Mənim birinci vəkilim Xalid Bağırlı istintaq zamanı müdafiədən kənarlaşdırıldı, ikinci vəkilim Əlayif Həsənov mənə olan təzyiqlərlə bağlı mətbuata açıqlama verəndən sonra müdafiədən kənarlaşdırıldı. Cavad Cavadlı isə şahid qismində ifadə verdiyindən müdafiədən kənarlaşdırıldı. Fariz Namazlı gəncdir, Vəkillər Kollegiyasından kənarlaşdırılmaması üçün mən özüm ondan imtina etdim. Bu bir ildə 4 vəkil işdən kənarlaşdırılıb. Azərbaycanda bu işi aparmaq cəsarət tələb edir”.

Leyla Yunus ona qarşı irəli sürülən ittihamların saxta olduğunu deyib: “Rəhbərlik etdiyim təşkilat ayrılan qrantla minlərlə qadına kömək edib, Qarabağ münaqişəsi ilə bağlı tədbirlər keçirib. Siz ancaq sözə görə qorxursunuz. Siz sözdən qorxursunuz. Buna görə də bizim barəmizdə ölüm hökmü çıxarırsınız. Bizim yaşımızın elə vaxtıdır ki, biz bunu yaşamayacağıq”.

Arif Yunus isə çıxışında Leyla Yunusla fəxr etdiyini söyləyib: “Mən fəxr edirəm ki, həyat yoldaşım Leyla Yunusdur”.

Arif Yunus son sözü deyərkən vəziyyəti qəfildən pisləşib və prosesdə qısa fasilə elan edilib və fasilə zamanı həkim Arif Yunusa tibbi yardım göstərib. Tibbi yardım göstəriləndən sonra proses Arif Yunusun son çıxışı ilə yekunlaşıb. Daha sonra hakim heyəti qərar qəbul etmək üçün müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər Leyla Yunusa 8 il 6 ay, Arif Yunusa 7 il cəza verilib.

Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.

Mətləb Balakişiyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Leyla Yunusa təzyiq var

    Leyla Yunusa təzyiq var ...

    15-08-2014, 17:02

  • 
  • Leyla və Arif Yunusun məhkəməsi başladı

    Leyla və Arif Yunusun məhkəməsi başladı ...

    15-07-2015, 15:26

  • 
  • Leyla Yunus MTN-in təcridxanasına köçürüldü

    Leyla Yunus MTN-in təcridxanasına köçürüldü ...

    20-10-2014, 11:16

  • 
  • Leyla Yunus kameraya qaytarılıb

    Leyla Yunus kameraya qaytarılıb ...

    20-08-2015, 21:55

  • 
  • Leyla Yunus İstintaq İdarəsinə aparıldı

    Leyla Yunus İstintaq İdarəsinə aparıldı ...

    29-04-2014, 10:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu