Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bizimyol.info xəbər verir ki, APA TV-nin məlumatına görə, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.
1969-cu il təvəllüdlü Əhmədov Vasif Nazim oğlu axşam saatlarında yolu keçmək istəyərkən markası və qeydiyyat nişanı dəqiqləşdirilməyən avtomobillə vurulub.
Naməlum sürücü hadisə yerindən qaçıb. 46 yaşlı Vasif Əhmədov 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı xəstəxanaya daxil olarkən ona qarının küt travması diaqnozu qoyulub.
Ailə üzvlərinin bildirdiyinə görə, Vasif Əhmədov xəstəxanaya gətirilən zaman onun huşu özündə olub. Ancaq cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Bundan sonra mərhumun yaxınları xəstəxanaya hücum edərək, əməliyyat otağının şüşəsini sındırıblar. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda piyadanın ölümünə səbəb olan sürücünün axtarışları davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?