Bu gün səhər saatlarında Ələt-Astara yolunun 79-cu kmdə idarə etməni itirərək aşan “Mercedes”dəkilərin şəxsiyyəti müəyyən olub.
Belə ki, “Mercedes”in sürücüsü, qəza yerində dünyasını dəyişmiş, Bakı şəhər sakini, 1987-ci ildə anadan olmuş Xanəhmədov Elvin Telman oğlu, onun xəsarət almış sərnişinləri, qaynatasının qardaşı, təqaüddə olan müəllim Cəlilabad rayon sakini Quliyev Telman Qulam oğlu, qohumları 1954-cü ildə anadan olmuş Quliyeva Vəsmə Xanoğlan qızı, 1976-cı ildə anadan olmuş Quliyeva Fiqurə Əziz qızı və 1961-ci ildə anadan olmuş Abışova Nigar Əziz qızı olublar.
Xəsarət almış 4 nəfər hazırda Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, sürücü Elvin Xanəhmədov Bakı şəhərinin rayonlarından birində Müəssisədən Kənar Polis Mühafizəsi Bölməsində polis serjantı rütbəsində xidmət edirmiş.
Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırmalara başlanılıb.
* * *11:38
Bir qədər əvvəl Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Dayıkənd kəndindən keçən 79-cu km-də ağır yol nəqliyyat hadisəsi baş verib.
Cəlilabad rayon sakininin idarə etdiyi 90-BA-452 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomaşın sərt döngədə idarəetməni itirərək aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib və avtomaşında olan 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda qəzaya uğrayanların kimliyi müəyyən olunur./Virtualaz.or
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?