GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Mən dövlətçiliyimiz üçün narahatam”

“Mən dövlətçiliyimiz üçün narahatam”

Tarix: 25-08-2015, 19:50 Bölmə :Ölkə Baxış: 0
“Mən dövlətçiliyimiz üçün narahatam”

Xədicə İsmayılın məhkəmə istintaqı yekunlaşdı

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın məhkəməsi davam edib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Bakı Vergilər Departamentinin vergi müfəttişi İmran Nurməmmədov Xədicə İsmayılın və onun vəkillərinin suallarını cavablandırıb.

Xədicə İsmayıl ondan uçot sənədlərinin qanunla neçə il saxlanmalı olduğunu soruşub. Ekspert deyib ki, əmək haqqı ilə bağlı sənədlər 25 ilədək saxlanıla bilər. Sualları cavablandıran İmran Nurməmmədovun sözlərinə görə, Azadlıq Radiosunun Bakı ofisinə götürülən sənədlər arasında xeyli uçot sənədləri olmadığı üçün ödənişlərin təyinatlarını müəyyənləşdirmək mümkün olmayıb. Daha sonra Xədicə İsmayıl vergi müfəttişinə suallarü ünvalayıb və o da suallara cavab verib.

-Siz Azadlıq Radiosunun Bakı ofisində aparılan axtarışda iştirak etmisizmi?

-Xeyr, olmamışam. İstintaq orqanının mənə təqdim etdiyi sənədləri araşdırmışam.

- Həmin sənədlərdə mənim imzamı görmüsüzmü?

- Yox. Siz büro rəhbəri olduğunuz üçün cavabdehsiniz.

- Məni işə götürən şəxslə müqavilə yadınızdadırmı?

- Bəli.

- Mənim vəzifəm necə gedirdi?

Bu zaman prokuror sual-cavaba müdaxilə edib, bildirib ki, suallar Aralıq Aktı ilə bağlı verilməlidir. Xədicə İsmayıl üzünü hakimə tutaraq deyib: “Prokurorun icazəsi ilə siz icazə verirsizmi davam edim?”

Hakim: “Mən müstəqiləm. Heç kim mənə icazə verə bilməz”.

Xədicə İsmayıl daha sonra ekspertə suallarını davam etdirib:

- Con Katlerin etibarnaməsi əsasında Yəhya Mirzəyev fəaliyyət göstərib. Mənim etibarnaməm olmayıb. Siz Azadlıq Radiosunun nizamnaməyə uyğun fəaliyyət göstərmədiyini deyirsiz. Bunu necə sübut edirsiz?

- Siz “Fərqli düşüncə” qəzetinə ofisdə yer vermisiz.

- Bu barədə bir azdan sual verəcəm. İndi isə deyin, sizin Azadlıq Radiosunun gəlirlərinə nəzarət imkanınız olubmu?

- Bəli.

- Azadlıq Radiosu hansı mənbələrdən gəlir əldə edib?

- Sizin bank hesabınıza xaricdən dollarlar daxil olub. Başqa mənbə görmürəm.

Xadicə İsmayıl ekspertdən “xaric” deyərkən haranı nəzərdə tutduğunu soruşub. Müfəttiş "radionun baş ofisindən” - cavabını verib. Ekspert deyib ki, onda olan sənədlər radionun işçilərinin verdiyi sənədlər olub. Xədicə İsmayıl ondan Beynəlxalq Bankda maliyyə sərəncamçısı kimi kimin adının getdiyini soruşub. İmran Nurməmmədov isə deyib ki, Xədicə İsmayılın bankla heç bir əlaqəsi olmayıb.

- Xidməti müqavilə sizin tərtib etdiyiniz aktdan qeyri-qanuni əməyə cəlb kimi təqdim olunur.

- Əgər həmin şəxslər sizin əmlakdan istifadə edirdilərsə, mütləq onlarla əmək müqaviləsi bağlanmalı idi. Siz xidməti müqavilə bağlamaqla onların 14 faiz deyil, 4 faiz vergi ödəmələrinə şərait yaratmısız. Bununla da vergidən yayınmısız.

- Harada göstərilib ki, xidməti müqavilə bağlanan şəxs ofisin avadanlığından istifadə edə bilməz?

- Xidməti müqavilə ilə əmək müqaviləsi arasındakı fərq elə bundan ibarətdir.

- Bunu hansı qanuna əsasən deyirsiz?

Ekspert bu sualı cavablandıra bilməyib. Vəkil Cavad Cavadov “siz bunu aralıq aktında qadağan olunmuş norma kimi göstərmisiz. Bunu qadağan edən norma varmı” - deyə soruşub.

Xədicə İsmayıl: “Mən sizə görə yox, dövlətçiliyimiz üçün narahatam”

Prokuror sualın təkrar olduğunu əsas gətirərək çıxarılmasını istəyib. Xədicə İsmayıl yenə üzünü hakimə tutaraq “prokurorun icazəsi ilə icazə verirsizsə, mən danışım” - deyib.

Ramella Allahverdiyeva: “Sən mənə görə narahat olma, danış”.

Xədicə İsmayıl: “Mən sizə görə yox, dövlətçiliyimiz üçün narahatam”.

Daha sonra vəkil Fariz Namazlı ekspertə sual verib: “Əgər əmək müqaviləsi bağlanmayıbsa, deməli, nümayəndəliyin rəhbəri inzibati məsuliyyət daşıyır. Siz bununla bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət etmisizmi?”.

Ekspert cavabında etmədiyini deyib. Daha sonra Xədicə İsmayıl vergi müfəttişinə sualalr ünvanlamaqda davam edib.

- Siz AzadlıqRadiosunun nə satıb, nə aldığını bilirdiz?

- Siz ancaq kağız-kuğuz almısız.

- Biz Azadlıq Radiosuna beynimizin məhsulunu satmışıq.

- Sizin 12 işçiniz vardısa, niyə ofisinizdə 30 kompüter var? Bu da onu göstərir ki, xidməti müqavilə bağlayanlar əslində radionun işçisi olublar.

Daha sonra Xədicə İsmayıl sual edib ki, onun radioda rəhbərlik dövrü 2008-2010-cu illəri əhatə etdiyi halda, niyə 2014-cü ilədək olan fəaliyyəti araşdırılıb. Ekspert buna cavab olaraq bildirib ki, Xədicə İsmayıl rəhbər kimi işdən çıxdıqdan sonra akkreditasiyası olmadan gəlir əldə edib və yalnız sadələşdirilmiş vergi ödəyib.

Xədicə İsmayıl:

- Aralıq aktında Xədicə İsmayıl vergi ödəyicisi kimi tanınırmı? Söhbət sadələşdirilmiş vergidən getmir.

- Siz rəhbər kimi məsuliyyət daşımısız.

- Əgər vergi ödəyicisinin təmsilçisiyəmsə, mənim hüquqlarım da var idi. Vergi Məcəlləsinin 15-ci madəsinə əsasən siz akt tərtib edəndə mənə sual verməli, məlumatlandırmalı idiniz, amma siz məni görməmisiz. Əgər vergi ödəyicisi idimsə, bunu niyə etməmisiz?Ekspert bu suala da cavab verə bilməyib.

- Aralıq aktından görünür ki, siz ödənişin bir hissəsinin təyinatını müəyyən edə bilmisiz. Bu halda deyə bilərsizmi, təyinatın hansı hissəsi doğru deyil?

- Radio 12-14 nəfərin əmək haqlarından vergi ödəyib, bunlar qanunidir.

- O zaman niyə bütünlükdə radionun fəaliyyətini qanunsuz hesab etmisiz?

- Çünki siz lisenziyasız fəaliyyət göstərmisiz.

- Siz ofisin axtarışı ilə bağlı video-foto çəkilişə baxmısız?

- Xeyr.

- Siz Azadlıq Radiosunun ofisində olmusuz?

- Xeyr.

- O zaman niyə Azadlıq Radiosunda “Fərqli düşüncə” qəzetinin otağının olduğunu yazmısız?

- Mənə prokurorluqdan şəkil göstərilib, həmin şəkildə qapının üstündə “Fərqli düşüncə” yazılıb.

- Axı dediniz ki, siz heç bir video-fotoya baxmamısız? Belə bir otaq yox idisə, deməli, prokuror sizə saxtalaşdırılmış sənəd göstərib.

Vəkil Fariz Namazlı ekspertdən soruşub ki, radionun lisenziyasının olub-olmamasını Milli Teleradio Şurasından deqiqləşdiribmi. Ekspert cavabında “yox” deyib.

Sorğu-sualın bitdiyini görüb zalı tərk etmək istəyən vergi müfəttişinə Xədicə İsmayıl sonuncu sualını da verib:

Xədicə İsmayılın bu sualı zalda gülüş yaradıb, İmran Nurməmmədov isə bu sualı cavablandırmadan zalı tərk edib.

Daha sonra digər vergi müfəttişi Elçin Əliyev müdafiə tərəfinin suallarını cavablandırıb.

- Biz görüşmüşükmü? Siz mənə hər hansı sənəd təqdim etmisizmi?

- Xeyr.

- Mənim vəzifəm, müqaviləm yadınızdadırmı?

- Bəli. Siz radionun Azərbaycan nümayəndəliyinin rəhbəri olmusuz. Qurum nümayəndəlik kimi qeydə alınıb, əgər nümayəndəlik kimi fəaliyyətini dayandırmışdısa, nümayəndə Vergilər Nazirliyinə məlumat verməli idi, deməli, nümayəndəlik kimi qeydiyyatdan keçib, büro kimi fəaliyyət göstərib. Müqavilədən də görünür ki, siz büro rəhbərisiz.

- Hansısa sənəddə lisenziyanın kimə verildiyi göstərilib?

- Azərbaycanda bu radionun yayımı üçün tezlik sizə verilib.

- Tezliyin nə olduğunu bilirsiz? O tezlikdən başqa kim istifadə edirdi?

- Bilmirəm. Konkret 101.7-də “Azadlıq” göstərilir.

- Bəlkə “Azadlıq” qəzeti nəzərdə tutulur?

- Tezlik sizdə idisə, məsuliyyəti də siz daşıyırsız.

- Onda belə çıxır ki, Azərbaycan televiziyaları hind kinosu verirsə, rejissor məsuliyyətə cəlb olunmalıdır. Sizdə Azadlıq Radiosunun məhsullarının satışı ilə bağlı məlumat varmı?

- Siz “Fərqli düşüncə” üçün maliyyə ayırmısız, ofis vermisiz, KİV kimi fəaliyyət göstərdiyiniz üçün əlavə dəyər vergisindən azadsız, ancaq gəliriniz mənfəət vergisinə cəlb olunmalı idi. Biz bununla bağlı Babək Bəkirli və Zeynal Məmmədli ilə görüşmüşük.

- Onların iş təyinatı ilə mənimki arasında fərq olubmu?

- Siz maliyyə təminatçısı kimi tanınmamısınız.

- Mənə müqavilədə nəzərdə tutlan əmək haqqından başqa vəsait ödənilibmi?

- Xeyr ödənməyib, amma siz fəaliyyətiniz dövründə xidməti müqavilə bağlamış şəxslərin ofisdən istifadəsinə icazə vermisiz.

- Axı şahidlərin heç biri bunu deməyib, siz necə bu qənaətə gəlmisiz?

- Mənə verilən istintaq sənədləri əsasında.

- Aralıq Aktında belə bir nəticəyə gəlmisiz ki, ödənişlərin təyinatı şübhəlidir. Nəyə əsasən bunu yazmısız?

- Təyinatı müəyyənləşdirmək mümknü olmadığından istintaq materiallarındakı ifadələrdən istifadə etmişik.

- Maliyyə məsuliyyətli şəxsin müəyyənləşməsi üçün Azadlıq Radiosunun baş ofisinə müraciət etmisizmi?

- Xeyr.

Xədicə İsmayıl ekspertdən Azadlıq Radiosunun ofisində olub-olmadığını soruşub. Ekspert olmadığını deyib. Belə olan halda Xədicə İsmayıl ondan nəyə əsasən ofisdə “Fərqli düşüncə” qəzetinə məxsus otağın olduğunu iddia etdiyini soruşub. Ekspert cavab olaraq bildirib ki, istintaq materiallarında qəzetə məsul olan Şahvələd

Namazovun ifadəsinə əsasən bu iddiadadır. Xədicə İsmayıl Şahvələd Namazovun nə istintaqda, nə də məhkəmədə belə ifadə vermədiyini, ekspertin yalan fadəyə görə məsuliyyət daşıdığını bildirib.

Prosesdə vəkil Fariz Namazlı Aralıq Aktının sənədlər siyahısından çıxarılması barədə vəsatət qaldırıb. Bildirib ki, Vergilər Məcəlləsində belə bir anlayış yoxdur, səyyar yoxlama olubsa, bu barədə nümayəndəliyə sənəd təqdim olunmalı idi: “Aralıq Aktı Vergilər Məcəlləsinin tələblərinə ziddir, Bakı şəhər Vergi Departamenti Azadlıq Radiosunda vegi yoxlaması həyata keçirir, amma hələ ki bununla bağlı vergi məsuliyyəti çıxarılmayıb, ona görə də akt şübhə altına düşür və sənədlər siyahısından çıxarılmalıdır”.

Xədicə İsmayıl bu vəsatətə münasibətində deyib: “Mənim həbsim lazım idi, bu bir siyasi sifariş idi, buna görə də vergi yoxlamalarına başlandı, həbs olundum və yoxlama da dayandırıldı. Məqsəd İlham Əliyevin ailə biznesi ilə bağlı araşdırmalarımın qarşısını almaq idi”.

Hakim onun sözünü yarımçıq kəsib. Prokuror vəsatətə etiraz edib. Hakim bildirib ki, vəsatət təmin edilməməlidir və hökmdən öncə müşavirə otağında həmin sənədə baxılacaq.

Daha sonra vəkil Cavad Cavadov vəsatət qaldırıb: “ANS telekanalı ilə Vergilər Nazirliyi arasında eyni məzmunlu çəkişmə olmuşdu. Vergilər Nazirliyi eyni qaydada akt tərtib edib, maliyyə sanksiyası tətbiq etmişdi. ANS məhkəməyə müraciət etmişdi, orada sübut olunmuşdu ki, kiminlə xidməti, kiminlə isə əmək müqaviləsi bağlamaq işəgötürənin öz hüququdur. ANS bu məhkəməni uddu. Qanun bir quruma başqa, digərinə isə başqa cür yanaşmadığı üçün həmin məhkəmə qərarının bu işə əlavə edilməsini istəyirik”.

Sonra hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, cinayət işi üzrə məhkəmə istintaqı kifayət qədər araşdırılıb və sənədlər tədqiq edilib. O, məhkəmə istintaqının tamamlanmasını istəyib. Xədicə İsmayıl və onun vəkilləri də məhkəmə istintaqının tamamlanmasına etiraz etməyiblər. Yerində müşavirə keçirən hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və ittiham nitqi ilə çıxış etməsi üçün dövlət ittihamçısına söz veriblər. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün hakimlərdən 1 gün vaxt istəyib. Onun istəyini nəzərə alan hakim heyəti məhkəmənin davamını avqustun 21-nə təyin ediblər.

Mətləb Balakişiyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xədicə İsmayılın məhkəməsi 20 gün sonraya qaldı

    Xədicə İsmayılın məhkəməsi 20 gün sonraya qaldı ...

    29-10-2015, 20:38

  • 
  • Fransa Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat verib

    Fransa Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat ...

    15-12-2014, 20:33

  • 
  • Müsavat jurnalist Xədicə İsmayılın həbs edilməsiylə bağlı bəyanat yaydı

    Müsavat jurnalist Xədicə İsmayılın həbs ...

    5-12-2014, 22:41

  • 
  • ABŞ Dövlət Departamenti Xədicə İsmayılın həbsinə reaksiya verdi

    ABŞ Dövlət Departamenti Xədicə İsmayılın həbsinə ...

    6-12-2014, 23:42

  • 
  • Xədicə İsmayıl partiya yaradır

    Xədicə İsmayıl partiya yaradır ...

    3-02-2014, 14:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu