Keçirilən tədbiri Cəbrayılın işğalı günü ilə əlaqələndirənlər, düşünməlidir ki, tarixi təhrif etmiş olurlar
Son üç-dörd gün bundan əvvəl bir çox internet saytlarında yayılan məlumatlara istinadən, Gündemxeber.az saytında da belə bir məlumat yayılmışdı ki, 23 avqustda-yəni Cəbrayıl rayonunun işğalı günü, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonda keçirilən şadyanlıq məclisində iştirak edib. Onun belə bir addımı mətbuatın gündəmini zəbt etdiyindən, ilk öncə məlumatı oxuyub biz də təəssüf hissi keçirdik və qərara gəldik ki, yayılan məlumat haqda lazımi araşdırma aparaq. Bu məqsədlə Cənub bölgəsi üzrə əməkdaşımıza lazımi tapşırıqlar verdik ki, rayon sakinləri ilə görüşsün, müxtəlif yollarla lazımi məlumatları əldə edə bilsin. Bölgə müxbirimizin aparığı araşdırmalar zamanı məlum olub ki, şadyanlıq məclisi 23 avqustda deyil, 22 avqustda rayonun Göytəpə şəhərində keçirilib. Tədbir olduqca sadə bir tədbir olduğundan və icra hakimiyyəti proqramından kənar keçirildiyindən, rayon rəhbərliyi də həmin tədbirə dəvət olunur. Aparılan araşdırmalar zamanı sakinlər bildirirlər ki, Əziz Əzizovun həmin tədbirdə iştirakı, onun sadə xalqın içərisində olmaq istəyi ilə bağlı olub. Verilən başqa bir məlumatda o da bildirilirdi ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizovu daşıdığı vəzifəsindən uzaqlaşdırıblar. Bölgə müxbirimizin bu yöndə də apardığı araşdırmalar zamanı o da məlum olub ki, Asif Əzizov daşıdığı vəzifəsindən uzaqlaşdırılmayıb. Sadəcə olaraq o, vəzifəsindən uzaqlaşdırılması üçün həm ərizə yazmış, həm də onun kardioloji problemi olduğundan vəzifəsini lazımınca yerinə yetirə bilməyib, son anda belə bir addımını atmağa məcbur olub. Bu haqda məlumatı Asif Əzizovun yaxın çevrəsindən olan və adının çəkilməsini istəməyən şəxs də təsdiq edib. Yaxın ətrafından olan onu da bildirib ki, “o, 15 il idi ki, daşıdığı vəzifəsində işləyirdi, yəqin ki, ötən illər həm bəhs edər, həm də ki, səhhətində problemi var idi”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?