Saatlı rayonunda icra hakimiyyəti rəsmilərinin yayım firmalarına verdikləri göstəriş əsasında, qəzetimizin satışına qadağa qoyulub. Belə ki, əldə etdiyimiz dəqiq məlumatlara görə, şəxsən rayon icra başçısı Siraqəddin Cabbarov "Azərmətbuatyayımı" ASC və "Qaya" MMC yayım firmalarından, "Gündəm Xəbər" qəzetini satış nöqtələrindən yığdıraraq, icra hakimiyyətinin binasında gizlətdirib. Buna səbəb, bugünkü sayımızda "ŞOK: Saatlıda liseyin direktoru vəzifəsi 30 min manata satılır" başlıqlı tənqidi məqalənin işıq üzü görməsi, icra başçısını olduqca narahat etdiyindən, o, belə bir addımın atılması haqda lazımi tapşırıqlarını verir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?