Son vaxtlar müxalif siyasi düşərgədə yaşananlar daha çox diqqəti cəlb etməkdədir. Buna səbəb, bəzi siyasi partiyalarda “yarpaq tökümü”nün baş verməsi, yeni siyasi qüvvələrin güc mərkəzinə çevrilmək istəyini ortaya qoyması və.s kimi halların baş verməsidir. Bu sırada AXCP adına iddiasını ortaya qoyan və Razi Nurullayevin rəhbərlik etdiyi siyasi təşkilatın da, yeni yanaşma ilə meydana atılması, gündəmi zəbt edən mövzulardan birinə çevrildi. “Gəncliyə yol, köhnələrin yenilər ilə əvəzlənməsi” prinsipi ilə fəaliyyətə başlayan bu təşkilatın başlıca məqsədi, əsas məramı, cəmiyyətə yeniliklərini bəxş etməkdir. Belə bir səbəblər üzündəndir ki, Razi Nurullayevin Türkiyə modelini Azərbaycana tətbiq etmək istəyi, digərləri kimi bizim də diqqətimizi cəlb etdiyindən, onunla görüşüb məsələlərə aydınlıq gətirməsini istədik. Odur ki, ondan götürdüyümüz canlı VİDEO müsahibəni sizlərə təqdim edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?